az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Əmək müfəttişliyinin yoxlamasına necə hazırlaşmalı

21.02.2013 | Tatyana Lebedeva

Əmək müfəttişliyinin yoxlama keçirəcəyi barədə xəbər əksər hallarda firmalar üçün gözlənilməz olur. Bəs sənədlər hamısı qaydasındadırmı? Qarışıqlıqda vacib bir şey yaddan çıxmayıb ki? Yarımçıq qalmış işləri «təmizləməyi» yaddan çıxmayıb ki?

Nəyi yoxlayırlar?

Əmək müfəttişliyi iki istiqamətdə «işləyir». Birincisi, əməyin mühafizəsinə dair sənədləri yoxlayır. İkincisi, ümumilikdə əmək münasibətlərinə dair (kadrlarla iş üzrə) bütün sənədləri nəzərdən keçirir. Buna görə də, hər şeydən əvvəl, şirkətinizdə qanunla tələb olunan bütün zəruri sənədlərin olub-olmamasını dəqiqləşdirin. Heç şübhəniz olmasın ki, müfəttişlər məhz bu sənədləri istəyəcəklər.

Beləliklə, əməyin mühafizəsinə dair sənədlərə aşağıdakılar şamil olunur: əməyin mühafizəsinə dair təlimat, işçilərin müvafiq təlimatlandırma və tibbi baxışdan (zəruri hallarda) keçmələri barədə diplomlar və arayışlar, təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırma jurnalı.

Kadr sənədlərinə isə təsis sənədləri dəsti, kollektiv müqavilə (əgər müqavilə bağlanıbsa), əməyin ödənilməsinə dair bütün sənədlər (mükafatlandırmalar, əlavələr barədə əsasnamə, hesablaşma vərəqləri), daxili əmək intizamı qaydaları, əmək müqavilələri, iş vaxtının uçotuna dair ştat cədvəli, əməkhaqqı hesablanması tabelləri, xəstəlik vərəqələri aiddir. Bundan əlavə, məzuniyyət qrafiki, şəxsi vərəqələr, əmrlər də bura daxildir. Sözsüz ki, müfəttişlər əmək kitabçalarını, əmək kitabçalarının və onlara əlavələrin hərəkətinin uçotu kitabını da tələb edəcəklər.

«Əmək Müfəttişliyinin fəaliyyətini tənzimləyən normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Hər bir sahibkar çek-list – əmək müfəttişliyinin subyektlərə irəli sürdüyü sualların-tələblərin tam siyahısı üzrə öz hazırlığını yoxlaya bilər.

Bu sənəd Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) dəstəyi ilə işlənib hazırlanıb və əmək müfəttişliyi tərəfindən alət kimi qəbul olunub», — deyə BMK-nın iqtisadçısı Həsən Hüseynov bildirib.

Özünü yoxlama zamanı necə aparmalı?

Yoxlamanı Dövlət Əmək Müfəttişliyinin (DƏM) müfəttişləri aparır. Onlar bütün firmalara nəzarət etmək hüququna malikdirlər. Onlar yoxlama prosesində qeyri-leqal işçiləri, əməyin təhlükəsizliyi qaydalarının pozulması hallarını və bir çox başqa çatışmazlıqları axtara bilərlər.

Minimax konsaltinq şirkətinin direktoru İlqar Baharovun sözlərinə görə, ən yaxşısı əmək müfəttişliyinin gəlməsinə şirkət rəhbərliyinin və işçilərin sakit münasibət bəsləməsidir. «Lakin eyni zamanda göstərmək lazımdır ki, öz hüquqlarınızı və vəzifələrinizi bilirsiniz. Əgər müfəttiş qanunvericilikdən kənara çıxmaların olduğunu müəyyən edibsə, çox diskussiya aparmaq lazım deyil. Yoxlama aktında əksini tapmış bütün mübahisəli məsələlər üzrə inzibati-prosessual məcəlləyə və Konstitusiya Məhkəməsinin əmək münasibətləri ilə bağlı qərarlarına müraciət etmək olar».

Bir çox hallarda yoxlamalar bilavasitə işçilərin şikayətləri əsasında təşkil olunur. Bəzən incidilmiş əməkdaş son instansiya kimi əmək müfəttişlərinin ədaləti bərpa edəcəyinə ümid edir.

Belə işçinin şikayəti təşkilat üçün hətta plandankənar yoxlama ilə də nəticələnə bilər. Hal bu ki, adi yoxlamalar ildə bir dəfədən çox keçirilmir. Bundan əlavə, pozuntular barədə məlumatı əmək müfəttişi işə qəbulla bağlı reklam təkliflərindən də əldə edə bilər. Belə ki, bəzi elanlar əmək qanunvericiliyinin pozulmasına dəlalət edə bilər.

Təcrübədə əmək müfəttişləri müəssisələri digər nəzarət xidmətləri ilə birlikdə də ziyarət edirlər. Biznes nümayəndələrinin həmçinin əmək müfəttişlərinin iş yerlərinin təhlükəsizliyini  yoxlayacaqlarına, səs küy səviyyəsini, tozlanma, hətta, deyək ki, işıqlandırma səviyyəsini ölçəcəklərinə hazır olmaları daha yaxşıdır.

Qanunları bilməmək cərimələrdən azad etmir

«Əmək qanunvericiliyinə riayət olunmasına görə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları» və «İş yerlərinin risklilik dərəcəsinin müəyyən olunması qaydaları» müəssisələr barədə məlumat əsasında əvvəlcədən onlarda risk səviyyəsini müəyyən etməyə və risk səviyyəsi yüksək olan obyektləri yoxlamağa imkan verir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Sənayedə və ticarətdə əməyin təftişi haqqında» 81№-li Konvensiyasına qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq, əmək müfəttişinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə istənilən müəssisəyə daxil olmaq ixtiyarı var. Lakin bu bütün hallarda mümkün deyil.

«Müəssisədəki istənilən çatışmazlıq tənbeh üçün əsas ola bilər. Bu zaman cərimələrin ölçüləri Azərbaycanın inzibati xətalar və cinayət məcəllələri ilə müəyyən olunur. Əsas odur ki, sahibkar müfəttişdən Ədliyyə Nazirliyinin elektron yoxlama reyestrindən çıxarışın olmasını tələb etsin. Bu sənəd olmadan yoxlama qanunsuzdur və bu halda sahibkar müfəttişi obyektə buraxmaya bilər», — deyə ekspert Həsən Hüseynov bildirir.

Hazırda Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə cərimələrin məbləği çox böyükdür və vergi orqanlarının cərimələri ilə müqayisə olunacaq qədərdir: ən az əhəmiyyətli iradlara görə 1000 AZN. Məsələn, əmək fəaliyyəti üçün fərdi icazə olmadan əcnəbilərin işə qəbul olunmasına görə işəgötürən 7 000 AZN cərimə ödəməli olacaq. Qanunsuz güzəştli məzuniyyətin verilməsinə görə də cəzanın qiyməti elə təqribən bu qədər olacaq. Cərimələrin olmaması üçün, Allianz Consult konsaltinq şirkətinin baş direktoru Ülvi Ağayev şirkətin kadrlar üzrə mütəxəssisinin sənədləri necə aparmasına vaxtında fikir verməyi tövsiyə edir.

Bundan əlavə, əmək qanunvericilikdəki «ağ ləkələri», müxtəlif cür şərh etmək mümkün olan yerləri də nəzərə almaq və onlar barədə layiqli hüquqşünasdan məsləhət almaq lazımdır. Məsələn, tutaq ki, əmək müfəttişi müəssisədə attestasiyanın vaxtında keçirilməməsini pozuntu hesab etdi. Onun qərarına etiraz etmək olar. Belə ki, attestasiya işəgötürənin vəzifəsi deyil, hüququdur. Lakin bu həqiqətən zəruri olan «iş yerlərinin attestasiyasına» deyil yalnız «işçilərin attestasiyasına» aiddir.

Təcrübə göstərir ki, Azərbaycanda əmək qanunvericiliyinin tələblərinə riayət edən şirkətlərin sayı o qədər də çox deyil. Özəl şirkətlərin özfəaliyyəti ona gətirir ki, əksər hallarda sənədlərə qanunda əksini tapmış vacib şərtlər daxil edilmir. Məsələn, bir çoxları əmrdə işçinin əsas işə və ya əvəzçiliklə götürüldüyünü qeyd etmirlər. İşçinin hansı tarixdən işə çıxmalı olduğunu və hansı tarixdən işdən azad olunduğunu qeyd etmirlər.

Lazımi formada tərtib olunmamış ştat cədvəllərində əksər hallarda vəzifə maaşları, vəzifə üzrə ştatların sayı və ya vəzifələrin bir hissəsi qeyd olunmur.

Adətən sahibkarlıq subyektlərində əmək hüququna riayət olunmasına görə məsul olan şəxslər bir çox hallarda qanunvericiliyin müddəalarını bilmir, lakin bu, onları məsuliyyətdən azad etmir.

 
Açar sözlər: yoxlama əmək müfəttişliyi
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.