az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Kollektivdə subordinasiya: Lehinə və əleyhinə

22.01.2013 | Fatima Səmədova Jobs.day.az

İlk tanışlıq zamanı həmişə müəyyən bir rəsmiyyət pərdəsi olur ki, buna da subordinasiya deyilir. Yəni, «Siz» deyə müraciət, gülərüzlük və güzəştə getmə. Lakin, vaxt keçdikcə, rəsmiyyət aradan qalxır.

Uşaqlıqdan bizi tərbiyə edərək başa salırlar ki, tanış olmayan adamlara müraciət edərkən, hörmət əlaməti olaraq, yalnız «Siz» deyə müraciət etmək lazımdır. Bu qaydanı biz birdəfəlik yadımızda saxlayır və bütün növ tanışlıqlar zamanı, o cümlədən işdə də tətbiq edirik. Kollektivdə ilk günlər elə bu minvalla keçir: biz həmkarlarımızı tanımırıq, onlar isə bizi tanımır. Tədricən, ilk tanışlıq mərhələləri geridə qalır və biz  həmkarlara «sən» deyə müraciət edərək, getdikcə şəxsi münasibətlərə keçirik.

Sözsüz ki, bu rəhbərliyə aid deyil və rəhbər şəxslərə münasibətdə həmin qayda həmişə qüvvədə olur. Hətta sizin rəisiniz sizdən yaşda kiçik olsa da, belə bir yazılmamış qanun var ki, «kiçiklər böyüklərə, tabe olanlar isə rəislərə hörmətlə yanaşmalıdırlar».

Kollektivdə qarşılıqlı münasibətlərin necə qurulması ilə bağlı fikirlər müxtəlifdir: bir çoxları iddia edirlər ki, subordinasiyanın pozulması (açıq-saçıqlıq) əmək məhsuldarlığına güclü təsir edir və sonradan bu münaqişələrin başlanması üçün səbəb ola bilər.

«Dostluq öz yerində, iş öz yerində» – bu fikir işçilərin vəzifə borclarını dəqiq əks etdirir. Rəhbərliyin öz tanışlarını işə dəvət etməsinə dair çoxlu sayda nümunələr göstərmək olar. Bunun nə kimi ziyanı ola bilər? Bu halda məsafə saxlayaraq, tanışa rəsmi müraciət etmək çətin olacaq, müxtəlif qəziyyələr baş verəcək ki, onlar da sonradan bütün kollektivin müzakirə mövzusuna çevriləcək. Hətta bu işçi öz işinin ustası olsa belə, kollektivdə onun qabiliyyətləri ilə bağlı mübahisələr yaranacaq, bu isə intriqa və paxıllığa yol açacaq.

İstənilən halda təzə işçi ilə yaxından tanış olmağa can atan bir «aktivist» tapılacaq. O dərhal etimad qazanaraq şəxsi məkana müdaxilə etməyə çalışacaq. Bu halda işçi özü üçün iş vəzifələrini yumşaq şəkildə haşiyəyə almalı və həmkara başa salmalıdır ki, fərqli bir işlə məşğuldur.

Bəzi kollektivlərdə işçilərin bir-birinə «sən» deyə müraciət etməsi qəbul olunur. Bu halda işçilərdə onların hamısının bərabər olması və hamının vahid məqsəd üçün çalışması fikri yaranır. Əsasən, bu metodika iri şirkətlərdə, işçilərin bir-biri ilə məsafədən ünsiyyətdə olduğu müəssisələrdə tətbiq olunur.

Korporativ məclis subordinasiyanın bir hissəsi kimi. İşdən kənar münasibətlər əksər hallarda korporativ tədbirlərdə, bütün kollektivin işdən sonrakı vaxtını birlikdə keçirmək üçün bir yerə toplaşdığı günlərdə formalaşır. Bu cür tədbirlərin təşkili vacib və lazımlıdır, lakin heç də bütün rəhbərlər bunu vaxtında diqqət yetirmirlər. Korporativ məclis dedikdə biz təkcə bayram günlərini deyil, həmçinin iri layihələrin işə salınmasından sonrakı günləri də nəzərdə tuturuq. Əlamətdar hadisələrin birlikdə qeyd olunması kollektivə təkcə istirahət imkanı deyil, həmçinin rəhbərin dəstəyini və minnətdarlığını qəbul etmək imkanı verir.

Siqaret çəkilən otaq və ya mətbəx. Bəs işdə siqaret çəkmək üçün yalnız bir yerin olduğu və ya rəhbərliyin işçilərlə birlikdə nahar etdiyi hallarda nə etməli? Bu halda özünü necə aparmaq lazımdır? İstənilən i məkan, hətta o istirahət üçün uyğunlaşdırılıbsa da, ofisin zaman çərçivəsində yerləşir. Müvafiq olaraq, işçilərin həmin yerlərdə davranışı da normalarla şərtlənməlidir. Rəhbərliyin yanında siqaret çəkib-çəkməmək mübahisəli məsələdir və bu rəhbərliyin yanaşmasından asılıdır. Qida qəbuluna gəlincə isə, bu təbii prosesdir və sizi qətiyyən utandırmamalıdır. Əgər siz təsadüfən kafedə rəhbərinizlə rastlaşmısınızsa, onun əvəzinə yeməyin pulunu ödəyib-ödəməmək sizin öz işinizdir.

Subordinasiya istənilən dedi-qodu probleminin – kollektivdə kiçik müzakirələrdən tutmuş, rəhbərliklə qarşılıqlı münasibətlərə dair uzun söhbətlərə qədər bütün məsələləri həll edə bilər.

«TBC Kredit»-in  marketinq üzrə meneceri Yuliya Camalova:

– Zənnimcə, istənilən təşkilatda subordinasiya, «siz» deyə müraciət, həmkarlara və rəhbərliyə hörmət olmalıdır. İşdəki münasibətlərdə müəyyən məsafə saxlamaq lazımdır. Bu məsafəni qısaltsanız, sonra tabelikdə olanlardan öz vəzifələrinin icrasını lazımınca tələb etmək çətin olur. Necə deyərlər, dostluq öz yerində, iş öz yerində.

Kollektiv, təbii ki, birlikdə bayram şənlikləri keçirə bilər, hansısa hadisəni qeyd edə bilər, birlikdə idmana və ya karaoke oxumağa gedə bilər. Bu cür hallarda sərhədi qorumaq bəzən çətin olur. Hər şey insanın özündən asılıdır. Kimi yaxın buraxmaq olar, kimi olmaz, insan bunu özü hiss edir. İşçilərdən biri bunu adekvat qiymətləndirə bilər, digəri isə, özünü boş buraxaraq sabah «sizin başınıza otura» bilər.

«Prosper» rəqəmsal agentliyinin banisi Vüqar Səfərov:

– Biz bir komandayıq, böyük bir ailə kimiyik və heç kim bir-birinə «siz» deyə müraciət etmir. Biz şəxsi məkana, həmkarlara ona görə hörmətlə yanaşmırıq ki, onlar bizim həmkarlarımızdır. Biz onlara işinə görə, işə can yandırdıqlarına görə hörmət edirik. Bizim kollektivdə dedi-qodu və ya gizlin incikliklər yoxdur. Əgər nəsə kiminsə xoşuna gəlmirsə, həmin şəxsin üzünə deyib fikrimizi əsaslandırırıq.  Biz effektivliyə istiqamətlənirik və çalışırıq ki, hər bir işçiyə işdə xoş olsun, özünü komandanın bir hissəsi hesab etsin!

Hesab edirəm ki, subordinasiya müştərilərlə ünsiyyət səviyyəsində lazımdır. Burada biznes-etikanın bütün prinsiplərinə riayət etmək, və onlardan kənara çıxmamaq lazımdır. Çünki, bu şirkətin adına, şöhrəting təsir edən amildir.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.