az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Mehmanxanalara «ulduzlar» nəyə görə verilir?

09.01.2013 | Sergey Osin, Balifa Baxşıyeva

Ötən ilin oktyabr ayında mehmanxana və mehmanxana tipli obyektlər üçün yeni standartların ilkin variantı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin müzakirəsinə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanan bu sənəd 2006-cı ildə qəbul olunmuş və mənəvi cəhətdən köhnəlmiş standartları əvəz edəcək. Nazirliyin nümayəndəsi Rəhman Oruclunun sözlərinə görə, mehmanxana biznesi üçün yeni qaydaların tətbiqi zəruridir.

Yeni standartların kimə xeyri olacaq?

2012-ci il ərzində ondan artıq mehmanxana vaxtı keçmiş lisenziyalardan tutmuş, fasadlara vurulmuş saxta «ulduzlara» qədər, müxtəlif səpgili ciddi qayda pozuntularına görə məsuliyyətə cəlb olunublar. Əlbəttə, yeni standartlar səhlənkar mehmanxana sahiblərini bütün qaydalara riayət etməyə məcbur edə bilməyəcək. İri, beynəlxalq mehmanxanalara gəldikdə isə, standartların sərtləşdirilməsi onların yalnız xeyrinədir.

«2006-cı ildə Bakıda beşulduzlu mehmanxanaların sayı o qədər də çox deyildi. Yalnız «Hilton», «Four Seasons», «JW Marriott hotel Absheron Baku» və sair oyunçuların bazara daxil olmasından sonra vəziyyət dəyişdi. Standartların səviyyəsi də dəyişdi. Beynəlxalq səviyyəli mehmanxana üçün qonaqlara həmişə yüksək səviyyəli xidmət göstərilməsi vacibdir ki, onlar yenidən həmin otelə gəlmək istəsinlər», - deyə «Four Seasons otel Baku» mehmanxanasının ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynur Məmmədova bildirir.

Onun sözlərinə görə, qonaqların mehmanxanaya yenidən qayıtması üçün, göstərilən xidmətlərin səviyyəsini daim yüksəltmək vacibdir. «Lakin bəzi yanaşı məsələləri də yaddan çıxarmaq olmaz. Bu, ulduzlarının sayından asılı olmayaraq, istənilən mehmanxananın öz inkişafı üçün bərabər imkanlara sahib olması üçün şəraitin yaradılmasıdır. Bu, həmçinin mehmanxanada çalışan işçi heyətin öyrədilməsi sisteminin inkişafına, ölkədə ərzaq biznesinin dəstəklənməsinə də aiddir. Belə ki, menyuda yeməklərin qiymətləri məhz bu məsələdən asılıdır», - deyə müsahib bildirir.

«Çoxulduzluluq» əfsanəsi

İlk növbədə onu qeyd edək ki, dünyada mehmanxanaların təsnifatı üçün «qızıl standart» yoxdur. Ümumdünya Turizm Təşkilatı bu sahədə qayda-qanun yaratmağa heç çalışmır və ölkələrə bu məsələləri müstəqil şəkildə həll etmək hüququ verir.

Lakin dünyada «Hotelstars Union» kimi ümumi standartlara malik beynəlxalq birliklər var və İsveçrə, Avstriya, Almaniya, Macarıstan, Çexiya, Hollandiya, Latviya, Estoniya, Litva, Lüksemburq və Malta kimi ölkələr bu qurumun üzvləridir. Bu qurumdan «ulduz» almaq üçün mehmanxana istehlakçıların tələbləri əsasında seçilmiş 270 meyara uyğun olmalıdır. Beləliklə, mehmanxananın hətta bir bəndə uyğun gəlməməsi belə binanın fasadına növbəti ulduzu bərkitməyə imkan verməyəcək.

«Kempinski Hotel Badamdar» kompleksinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Zərifə Mirzəyevanın fikrincə, mahiyyət etibarilə, bütün mehmanxanalar eynidir, hamısında çarpayı, stol, televizor var. «Azərbaycan mehmanxanaları ilə, məsələn, Avropa mehmanxanaları arasında əhəmiyyətli bir fərq yoxdur. Təbii ki, qaydalar və standartların yenilənməsinə ehtiyac var, axı hər il mehmanxananın həyatına təsir edən dəyişikliklər baş verir», - deyə mütəxəssis bildirir.

Mədəniyyət və Turizm Nazirliyi «Mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı» üçün yeni standartları hazırlayarkən «ulduzlar» sisteminə əsaslanıb. Bu sistem Avropa ölkələrinin əksəriyyətində, Misirdə, Türkiyədə və Rusiyada geniş yayılıb.

«Ulduzların sayı çox olduqca, mehmanxana da bir o qədər rahat və qəşəng olur. Adətən bu cür olur, lakin məsələn, Misirdəki və deyək ki, Berlindəki beşulduzlu mehmanxanalar arasında prinsipial fərqlər var», - deyə ekspert bildirir.

Türkiyə

Türkiyədəki mehmanxanalar adi qaydalara uyğun olaraq, 1-dən 5-ə qədər ulduzlar əsasında dərəcələnir. Bir və ya iki ulduzla mükafatlandırılmış mehmanxanalar Türkiyədə motel kateqoriyasına aid edilir. Bundan əlavə, «holiday village» (HV) adlandırılan klub mehmanxanaları də mövcuddur. Bu tipli «kəndlər» iki sinfə bölünür: HV-1 tiplilər 4–5-ulduzlu mehmanxanalara, HV-2 tiplilər isə üçulduzlu mehmanxanalara uyğun gəlir.

Lakin «ulduzların» sayı heç də həmişə keyfiyyət meyarı deyil. Türkiyədə mehmanxana xidməti göstərmək üçün lisenziya almaq olar, lakin onun təsdiq edilməsi ilə bağlı bəzən çətinliklər meydana çıxır və məsələnin həlli bir neçə il uzanır. Həmin vaxt ərzində isə mehmanxana öz zahiri parlaqlığını itirə və köhnəlmiş daxma şəklinə düşə bilər.

Bundan əlavə, servislərin də dərəcələri var: «all inclusive» – pulsuz adi və Türkiyədə istehsal olunmuş spirtli içkilər olan bar, yeməkdə heç bir məhdudiyyətin olmamasını nəzərdə tutur; «ultra all inclusive» dərəcəsi isə pulsuz əla markalı spirtli içkiləri, habelə müxtəlif xidmətləri nəzərdə tutur.

Misir

Misirdə də beş ulduz sistemindən istifadə olunur, lakin burada da o subyektiv xarakter daşıyır. Misir mehmanxanalarında «ulduzların» sayı keyfiyyətlə deyil, göstərilən xidmətlərin spektri ilə müəyyən olunur. Buna görə də, bu ölkəyə səfər edərkən, otaqların vəziyyətinin pis ola biləcəyinə hazır olun və mehmanxana tərəfindən göstərilən pulsuz xidmətlərin siyahısı ilə yaxşı tanış olun.

Almaniya

Bu ölkə «Hotelstars Union» biliyinə daxil olduğu üçün, burada mehmanxanalara «ulduzların» verilməsi qaydaları onların hamısı üçün ədalətlidir.

1 ulduz – turist mehmanxanası: bütün otaqlarda duş və ya vanna otağı, ayaqyolu var, otaq hər gün yığışdırılır, idarəetmə pultu ilə televizor, stol, stul, sabun və duş üçün gel, qəbul-yerləşdirmə xidməti, qonaqlar üçün telefon, səhər yeməyi.

2 ulduz – standart: yuxarıda göstərilən siyahıya bufet-səhər yeməyi, kitab oxumaq üçün çarpayı yanında lampa və ya bra, vanna otağında dəsmal, paltar üçün rəflər, gigiyena vasitələri əlavə olunmalıdır.

3 ulduz – rahat: 14 saat ərzində fəaliyyət göstərən qəbul-yerləşdirmə xidməti, baqaj xidməti, otaqlarda içkilər və telefonlar, İnternetə çıxış, qızdırıcı, fen və vanna otağında salfetlər, böyük güzgü, çamadan, yastıq və ədyalın saxlanması üçün yer.

4 – birinci dərəcəli: 18 saat ərzində fəaliyyət göstərən qəbul-yerləşdirmə xidməti, kreslo və içkilər olan lobbi, bufet-səhər yeməyi, menyu və yeməyin otağa gətirilməsi, sutka ərzində fasiləsiz olaraq mini-bar və içkilər, kosmetik məhsullar, «a la carte» tipli restoran (əlavə haqqı ödənilməklə).

5 ulduz – ali kateqoriyalı, lüks: sutka ərzində fasiləsiz qəbul-yerləşdirmə xidməti, qapıçı, avtomobil dayanacağı xidməti, konsyerj xidməti, xidmətçi, geniş zal, içkilər, hər bir qonağın şəxsən salamlanması, otaqda gül və ya hədiyyələrlə qarşılanma, flakonlarda şəxsi gigiyena vasitələri, otaqdan İnternetə çıxış, seyf, paltar ütülənməsi və ayaqqabıların təmizlənməsi xidmətləri.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.