az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

İşçilərə işə gecikməyi necə tərgitdirmək olar

17.12.2012 | İnna QRİŞUK, Balifa BAXŞIYEVA

“Tıxaca düşdüm”, “yatıb qalmışam”, “evdən gec çıxmışam və vaxtı düz hesablamamışam” – bütün bu cavablar işə öz həmkarlarından 15-20 dəqiqə gec gəlməyə adət etmiş əməkdaşın klassik bəhanələridir. Bu dəfə biz əməkdaşlara işə gecikməyi tərgitdirməyin yollarını araşdırmaq qərarına gəlmişik. Bu, həllini tələb edən məsələ bir çox rəhbər işçiləri narahat edir. Yəqin ki, bütün işçilərinin «almanlar qədər  dəqiqliyi» ilə öyünə biləcək firma çətin tapılsın.

Dəqiqlik harada lazım deyil?

Bəzi firmalarda işə gecikməyə görə işdən çıxarılma təhlükəsi var, bəzi firmalarda isə, hətta nahara güclə gəlib çıxan işçini yalnız yüngülcə danlaya bilərlər. Ekspertlərə belə bir sualla müraciət etdik: «Elə sahələr var ki, orada işçilərin dəqiq qrafik üzrə işləməsi lazım olmasın?»

«Bu sualı mənə rəhbər işçilər tez-tez verirlər, – deyə «HR & Training Company Germes» şirkətinin baş direktoru, insan resursları üzrə məsləhətçi, biznes-trener Milana Rəhimova sualımıza cavab verir. «Son vaxtların bir neçə böhran dalğası biznes sahiblərinə göstərdi ki, işdə saat 9.00-dan 18.00-a qədər «şalvarlarını stula sürtməklə» məşğul olan bir çox işçilərin olması qətiyyən lazım deyil». Məlum olub ki, hər hansı savadlı maliyyə məsləhətçisini və ya mühasibi tam iş gününə işə götürməklə, daha keyfiyyətli işçi əldə etmək və bununla da həm vaxt, həm də pula qənaət etmək mümkündür. Bir qayda olaraq, güclü məsləhətçilər (hüquqşünaslar, maliyyəçilər, insan resursları üzrə məsləhətçilər, ISO üzrə məsləhətçilər, biznes-trenerlər və nadir IT-həllər üzrə məsləhətçilər) müxtəlif sahələrdə eyni zamanda müxtəlif şirkətlərin işlərini aparırlar ki, bu da hər iki tərəfi tam qane edir. Yaxşı dizaynerlər, reklamçılar, hətta tərcüməçilər də tərəflərin qarşılıqlı razılığı əsasında saat 90.00-dan 18.00-a qədər, qrafiklə işləməyə bilərlər.

«Məsələn, «Google» şirkəti ən cəlbedici işəgötürən hesab olunur, çünki əməkdaşlarına tam sərbəstlik verir, - deyə Milana Rəhimova bildirir. – “İşçilər üçün dress-kod yoxdur, işə nə vaxt rahat olsa, o vaxt gəlmək olar. Lakin, görünür, bu şirkətdə işçilər rəhbərliyin münasibətindən sui-istifadə etmirlər».

Söhbət istehsalat mühitindən, bankdan, neft və ya mədən sənayesindən gedirsə, burada tam dəqiqlik tələb olunur. Çünki, bütün əsas biznes-proseslər fasiləsiz davam edir. Elə istehsalat sahələri var ki, orada deyək ki, bir saat ərzində boş dayanma ümumilikdə istehsal prosesinin uzunmüddətli dayanmasına gətirə bilər. Bunun səbəbi isə insan faktoru ola bilər.

jobs.day.az portalının marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Fatimə Səmədovanın sözlərinə görə, dəqiqlik bütün sahələrdə zəruridir. “Axı, işçi vaxta necə münasibət bəsləyirsə, bu onun məsuliyyət və işə münasibətinin göstəricisidir. Əgər Siz görüşə gecikirsinizsə, o zaman sizin tərəfdaşınız çətin ki, əməkdaşlığa bu cür münasibətinizdən məmnun olar. Bu təkcə sövdələşməni deyil, ümumilikdə şirkətin imicini zərbə altına qoya bilər», – deyə ekspert əminliklə bildirir.

Cərimə etməli, yoxsa bağışlamalı?

«Anglo-American Business Services» şirkətinin insan resursları və rekrutinq üzrə mütəxəssisi Liya Beliyevanın fikrincə, əgər işçilərin gecikməsi adət halına keçirsə, bunun qarşısını almaq lazımdır. «Gecikmələrlə mübarizənin ən yaxşı metodu işdə elə mühit yaratmaqdır ki, işçilər işə bayrama gəlirmiş kimi həvəslə gəlsinlər. Əgər belə demək mümkündürsə, bu, humanist iş prinsipidir. Bundan əlavə direktiv mübarizə metodları da vardır ki, onları da müasir texnologiyalar sayəsində uğurla həyata keçirmək mümkündür. Bunlara elektron açarlar sisteminin, giriş keçidlərində fırlanqıcların qoyulması və başqalarıdır», - deyə ekspert qeyd edir.

Fatimə Səmədovanın sözlərinə görə, işə gecikmə ilə mübarizə metodları tamamilə müxtəlif ola bilər: kollektivdə məzəmmətdən tutmuş, cərimələr və əlavə iş vaxtının təyin edilməsinə qədər. «Lakin çox şey insanın özündən asılıdır. Cəza sistemi, bir qayda olaraq, yüksələn xətt üzrə tətbiq olunur: işəgötürən, gecikmə halı təkrar olunduğu təqdirdə işçinin nəyin gözləyə biləcəyi barədə xəbərdarlıq edir.

«Daimi gecikmə hallarını bağışlamaq vəziyyətdən çıxış yolu deyil, hətta işçi çox qiymətli işçi olsa və şirkətə böyük mənfəət gətirsə belə», – deyə Fatimə Səmədova bildirir və onu əlavə edir ki, «belə halda işçi ilə danışmaq və onun üçün müəyyən qrafik tətbiq etmək lazımdır».

Cəzaların sərtliyi, bir qayda olaraq, çoxlu amillərlə müəyyən olunur. Kimin üçünsə kollektiv qarşısında adi məzəmmət ölümə bərabərdir, digər işçini isə, hətta böyük məbləğdə cərimələr də yuxuya olan məhəbbətdən ayıra bilməz. Əsas odur ki, balans düzgün qorunsun.

Maraqlıdır ki, nə qədər sərt olmasına baxmayaraq, cərimə, mükafatdan məhrumetmə, izahatların yazılması kimi cəzalar gecikmələrlə mübarizə çərçivəsində kifayət qədər səmərəli olur. Lakin Liya Beliyevanın sözlərinə görə, elə həmin tədbirlər də, emosional gərginlik, işdən adi narazılıq yarada bilər ki, bu da son nəticədə iş prosesinə mənfi təsir edə bilər.

Fərdi qrafiklər haqqında bir neçə söz

Liyə Beliyeva fərdi qrafiki insan resursları siyasətinin ən yaxşı aləti hesab edir. Onun qənaətinə görə, şirkət rəhbərləri bu metoda diqqət yetirməlidirlər. Bunun bir neçə səbəbi var. Birincisi, gecikmələrin səbəbi, əslində, insanın fərdi bioritmləri də ola bilər ki, onların da mövcudluğu artıq alimlər tərəfindən çoxdan sübuta yetirilib. İkincisi, bəzi əməkdaşlar müəyyən çeviklik və kreativliyə sahib olurlar. Onlar üçün sərbəstlik hissi iş yerinə bağlılıqdan daha vacibdir.

Bu halda, işçini iş prosesi üzərində diqqətini cəmləşdirmək üçün, ona son müddətlər tətbiq etmək lazımdır. «Əgər bu və ya digər işçinin müsbət iş nəticələri vardırsa, o zaman onun iş qrafiki barədə narahat olmamaq da olar», - deyə Liya Beliyeva bildirir və əlavə edir ki, «yenə də, fərdi iş qrafikinin tətbiqinin daha münasib olacağı sahələri nəzərə almaq lazımdır».

İşdən azad etmə - ən son tədbir kimi

Bəs, o zaman tərbiyə olunmayan, dəqiqliyə öyrətməyin praktiki olaraq mümkün olmadığı işçilərlə nə etməli? «Son 15 il ərzində təqribən 10 nəfər yadıma düşür ki, onlara qeyd olunan metodların heç bir  təsir etmirdi və onlarla sağollaşmalı olurduq», - deyə Milana Rəhimova bildirir.

Fatimə Səmədova isə bildirir ki, əgər işə gecikmə halları sistematik xarakter daşıyırsa, əvvəlcə bunun səbəbini dəqiqləşdirmək, məsələnin həlli üçün müəyyən tədbirlər görmək lazımdır. Əgər insan öz günahını həqiqətən anlayır və öz qrafikini düzəltməyə çalışırsa, təbii ki, qəti tədbirlərə ehtiyac qalmır. Tənbəllər və üzrsüz işi buraxanlara qarşı isə, çətin ki, danışıqlar və cərimələr bir fayda versin.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.