az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Dəbdəbə sənayesi: lüks dərəcəli məhsullar necə satılır

27.11.2012 | Sergey OSİN, Balifa BAXŞIYEVA

Məşhur Koko Şanel hesab edirdi ki, dəbdəbənin başlanğıcı – zərurətin bitdiyi yerdədir. Həqiqətən də, hələ heç kim xoşuna gələn brend malı ala bilmədiyi üçün çətin vəziyyətə düşməyib.

Lüks dərəcəli əşyalar adi mallardan fərqli xüsusiyyətlərə malik olur. Onlar məhdud sayda hazırlanır, qiyməti baha olur və onlar yüksək keyfiyyəti ilə seçilir. Dəbdəbəli əşyalar alarkən, onun sahibi adi funksionallıqdan daha yüksək qiymətləndirilən müəyyən imic əldə edir. Bu sənayenin mahiyyəti – bizim arzularımızı həyata keçirmək və uğur, xoşbəxtlik simvolunu bizə satmaqdır. Biznesin bu seqmenti qibtə ediləcək sabitliklə dünyada baş verən bütün böhranlarına davam gətirir, az sürətlə, lakin sabit şəkildə artır və hər il iki yüz milyard dollarlıq dövriyyə edir.

Dəbdəbəhəyatın bir hissəsi kimi

Cah-calal ilə adi şeylər arasında sərhəd daim silinir gedir və dəyişir. Ölkələrin iqtisadiyyatı genişlənir, həddən artıq inkişaf edir, insanlar varlanır və rifah halı yüksəldikcə, «dəbdəbə», «cah-calal», «təmtəraq» anlayışlarının izahı da dəyişir.

Bəzən bir nəslin əldə edə bilmədiyi əşyalar növbəti nəsil üçün zəruri həyat atributuna və az qala, hamının əldə edə biləcəyi şeylərə çevrilir.

Azərbaycanda dəbdəbə sənayesini hərəkətə gətirən mühərrik rolunu “Hugo Boss”, “GUESS”, “Versace" kimi bahalı, dəbli beynəlxalq brendlərin məhsullarını satan butiklər oynayır. Bahalı paltar satışı Bakıda geniş vüsət alıb – məşhur, bahalı markaların mağazalarına şəhərin mərkəzində və ticarət “mol”larında rast gəlmək olar.

«Ölkəmizdə dəbdəbəli əşyaların satışı yüksək səviyyədədir. Bizim mağazaya gələn insanlarla işləmək çox asandır. Əgər onlar mağazaya daxil olursa, onlar hara və nə üçün gəldiklərini dəqiq bilirlər», - deyə «Hugo Boss» şirkətinin brend-meneceri Rauf Dünyamalıyev fikirləri ilə bölüşür.

Lakin malların yalnız lüks dərəcəli olduğu, geniş reklam olunduğu, yaxşı keyfiyyətə və dizayna malik olduqları üçün yaxşı satıldığı vaxtlar artıq geridə qalıb. Bu gün dəbdəbəli əşyaların istehlakçıları brendlərdən yaxşı baş çıxarır, nə istədiklərini yaxşı bilir və fərdiyyəti dəyərləndirirlər. Hazırda bu cür məhsulların istehlakçılarının orta yaş həddi aşağı düşüb. Gənclər texnoloji yeniliklərdən daha çox istifadə etmək istəyirlər, hazırda İnternet və sosial şəbəkələr yüksək trendə sahibdirlər. Məsələn, Yaponiyada lüks malların 25%-i iPad vasitəsilə alınır.

SINTEKS MMC-nin marketinq meneceri Gülər Fətullayeva hesab edir ki, «son zamanlar adi istehlakçıların bilik və tələbkarlıq səviyyəsi çox yüksəlib. Buna həm internetin inkişafı, həm də ümumilikdə Azərbaycanda bazarın inkişafı səbəb olub. Belə ki, bazarın inkişafı yeni brendlərin meydana gəlməsini şərtləndirir».

Son illərin daha bir trendi – mix&match. Bu termin həyatda bahalı və ucuz şeylərin ahəngini ifadə edir. Sizin qarderobunuzda “Jimmy Choo” istehsalı olan 500 dollarlıq ayaqqabı və ya “Collins” markalı 50 dollarlıq cins şalvarın olması artıq heç kimi təəccübləndirə bilməz. Amma 10-15 il əvvəl bunu təsəvvür etmək belə çətin idi.

Azərbaycana dəbdəbə satırıq

Beynəlxalq təcrübəyə əsasən, dəbdəbə kateqoriyasına aid brendlər bəzi xüsusiyyətləri özündə əks etdirməlidir.

  • Bütün dünyada qəbul olunma
  • Xüsusi peşəkar keyfiyyətlər
  • Məhsulun yüksək keyfiyyəti və yenilikçilik
  • Güclü reklam
  • Tamamilə qüsursuz mağazalar
  • Yüksək xidmət səviyyəsi

Lüks brendlər bizdə istehsal olunmadığı üçün, bunun bizə aid olunacaq tərəfləri son iki bənddə qeyd olunanlardır: mağazalar və xidmət.

Lüks dərəcəli məhsulların satışına düzgün və təfərrüatlı yanaşma üçün, sözsüz ki, satış yerinin tərtibatı, butikin imici və statusu vacib amilə çevrilir.

Dizayn – istehlakçıya təsir edən ilk amildir. Buna görə də, butiklərin böyük əksəriyyəti işlənib hazırlanmış beynəlxalq standartlara – “qaydlaynlar”a (guide line – standartlar pasportu) uyğun işləyirlər.

Buna görə də, Bakıdakı butiklərin vitrinləri və otaqlarının bəzək-düzəyi elə həmin brendin Milandakı mağazasından praktik olaraq heç nə ilə fərqlənmir.

«Bakıdakı bütün vitrinlər tərəfdaşlarımızın bütün tələblərinə və standartlarına dəqiq uyğun gəlir. İstənilən dəyişiklik hökmən onlarla müzakirə olunur, bəzən nə isə əlavə olunur, nə isə təshih edilir. Buna baxmayaraq, müəyyən regionda yerinə yetirilmiş istənilən sifariş lokal bazarın tələblərinə cavab verir. Buna görə də, məhsulun çeşidində, rəngində və modellərində cüzi fərqlər ola bilər», – deyə G.Fətullayeva bildirir.

İstehlakçılar üçün ikinci və bir çox hallarda həlledici amil xidmət səviyyəsidir. Lüks dərəcəli malların alıcısı – eksklüziv obyektdir, ona praktik olaraq tək-tək rast gəlinir. Satıcının günahı üzündən belə müştərini əldən buraxmaq bağışlanmaz israfçılıqdır.

Dəbdəbə sferasında işləyən işçi heyət ən azı yaxşı xarici görünüşə malik olmalı, üzərindən yaxşı ətir gəlməli, öz məhsulunu tanımalı, satış texnikalarını bilməli və müştəri ilə həmişə gülərüz olmalıdır.

Beynəlxalq sorğuların nəticələri sübut edir ki, elit brend satıcısı ilə alıcı arasında insani qarşılıqlı münasibətlərin qurulması zəruri bir faktdır. Əgər satıcı müştəridə rəğbət hissi oyada bildisə, həmin müştəri mağazada istədiyindən iki dəfə artıq pul qoyub gedəcək və bu zaman onun brendə loyallığı da qorunub saxlanacaq.

«Servis hər zaman yüksək səviyyədə olmalıdır. Bizim işimizdə ən əsası – emosiyalar, təbəssüm, təbəssüm və hər şeyə rəğmən, yenə də təbəssümdür. Hətta müştəri alışdan imtina etsə belə, onu hər zaman xoş qarşılamaq və təbəssümlə yola salmaq lazımdır», – deyə “GUESS” butikin meneceri İnna Novikova bildirir.

Lüks məhsulların mövqeyi

Dəbdəbəli məhsul, həqiqətən, heç də hamı üçün deyil. Bu məhsul çox məhdud hədəf qrupu üçün nəzərdə tutulur və bu auditoriyadan ayrılıqda mövcud deyil. Dəbdəbəli məhsulun əslində reklama ehtiyacı yoxdur. Zəruri rifah halına çatmış şəxs artıq fərqi görməyi və zəhlə tökən danışıq olmadan da düşünülmüş seçim etməyi öyrənir.

Lüks brendlər heç də qiymətlə müəyyən olunmur, onlar bu müstəvidən kənarda mövcuddurlar. Lüks brendlər həyat tərzinin daim hərəkətdə olan müvazinətində, istehlak mədəniyyətində və onları müşayiət edən servisdə mövcuddur. Hazırda məhsul öz istehlak xüsusiyyətləri barədə heç nə demir, alıcılar özləri həmin malı, onun uzun-uzadı siyahıda göstərilmiş xüsusiyyətlərindən daha yüksək qiymətləndirirlər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.