az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

«Ofis planktonu»nu necə aşkara çıxarmalı

26.11.2012 | İnna QRİŞUK, Balifa BAXŞIYEVA

Demək olar ki, hər bir şirkətdə həftənin 5 günü, səhər saat 9.00-dan axşam saat 18.00-a qədər iş vaxtını boş-boşuna keçirən, kompüterdə pasyans oyunundan yalnız siqaret çəkmək üçün ayrılan, eyni zamanda əmək haqqı alaraq güc və sağlamlıqlarını iş üçün sərf etməyən işçilər var.

Tanış olun: «ofis planktonu»

Biznes-trener, insan resursları, menecment və davranış psixologiyası üzrə mütəxəssis Milana Rəhimovanın fikrincə, adi şirkətlərdə əməkdaşları üç tipə ayırmaq olar. Birinci tip ideal işçilərdir, onlar öz vəzifələrin qüsursuz yerinə yetirirlər. Bu tip işçiləri «şirkətin qızıl fondu» da adlandırmaq olar. Lakin bu tip işçilərin sayı çox azdır. İkinci tip işçilərə orta səviyyəli, daha yaxşı işləmək istəyən və bunu öyrənməyə qadir olan işçilər aiddir. Üçüncü tip işçilər isə - «ofis planktonu»dur.

Bu, müasir jarqon ifadədir. İş gününü yalnız çay içməklə, Facebook-da ünsiyyət və iş yoldaşları ilə söhbətdə keçən ofis işçiləri, bəzən isə hətta menecerləri də məhz bu cür adlandırırlar.

Bu cür işçilər adətən iri şirkətlərdə olur. Belə ki, əksər hallarda, iri şirkətlərin ştatı kifayət qədər «şişirdilmiş» olur və kiçik və orta səviyyəli şirkətdə yalnız bir nəfərin yerinə yetirdiyi vəzifələr iri şirkətdə dörd və ya beş nəfər arasında bölüşdürülür.

«Ofis planktonunun» öz səciyyəvi xüsusiyyətləri, əlamətləri var ki, bu əlamətlərə əsasən də onları çox tez müəyyən etmək mümkündür. Bu cür işçilər bir qayda olaraq hər zaman əməkhaqqından və tutduqları vəzifədən narazıdırlar, onlar ümumiyyətlə hər şeydən narazıdırlar» - deyə, M.Rəhimova qeyd edir.

Bundan əlavə, «ofis planktonu», komandada işləyərkən, həmişə iş yoldaşlarının «səhvlərini» axtarır və bu barədə rəhbərliyə danışmağı xoşlayır. Onların motivasiyası “iki vurulsun iki” qədər çox sadədir. «Onlar düşünürlər ki, rəhbərliyin diqqətini həmkarlarının səhvlərinə yönəltməklə, onların özlərinin tam səriştəsizliyini heç kim görməyəcək», – deyə, ekspert bildirir.

«Ofis planktonu»nun nəyi təhlükəlidir?

Belə düşünmək olar ki, «ofis planktonu» heç bir təhlükə kəsb etmir. Axı bu tip insanlara, bir qayda olaraq, vacib və təcili işləri, vaxtında yerinə yetirilməməsi şirkətə ziyan vura biləcək işləri tapşırmırlar. Lakin vəziyyətə başqa nöqteyi-nəzərdən də diqqət yetirmək olar.

“Anglo-American Business Services” şirkətinin insan resursları və rekrutinq üzrə mütəxəssisi Liya Beliyeva «ofis planktonunu» - yeri, vaxtı (işəgötürənin) və maddi nemətlərini «udan» müftəxorlar adlandırır. Axı, onların fəaliyyəti heç də şirkətin aktiv praktiki nəticələrinə istiqamətlənməyib. Həqiqətən də, hər bir işçi şirkətin büdcəsində müəyyən məsrəflər deməkdir. Axı bu cür işçilər də əməkhaqqı alır, ödənişli məzuniyyətdən, xəstəliyə görə ödənilən vəsaitlərdən istifadə edir, korporativ tədbirlərə və treninqlərə gedir, ofisdə yer tutur, kompüter və telefondan, ofis materiallarından istifadə edir və s.

Lakin bu, hələ hamısı deyil. Planktonun fəaliyyətsizliyindən işləyə bilən, bacaran və son nəticə üçün çalışmaq istəyən digər işçilər əziyyət çəkir və hətta işdən gedirlər. Əgər rəhbər bu cür prosesi vaxtında görüb qarşısını almasa, o zaman ciddi problemlərlə üzləşə bilər.

«Hər hansı şirkətdə bu cür insanların olması menecmentin zəifliyindən xəbər verir», – deyə M.Rəhimova vurğulayır. Onun fikrincə, “biznesin müəyyən inkişaf mərhələsində, qarşıda duran vəzifələrin kəskin artdığı bir vəziyyətdə, bizə elə gəlir ki, işə nə qədər çox işçi qəbul etsək, bir o qədər çox iş görərik. Əslində isə, keyfiyyət dəyişiklikləri lazımdır”.

Bəs bu cür işçiləri necə tanımaq olar?

İnsan resursları üzrə təcrübəli mütəxəssis artıq ilk müsahibədə «ofis planktonunu» aşkar edə bilər. Bir qayda olaraq, vakant vəzifələrə bu cür namizədlərin təqdim etdiyi “CV” (tərcümeyi-hal) çox gözəl doldurulmuş olur, lakin onlar heç cür əvvəlki iş yerində məhz nə ilə məşğul olduqlarını izah edə bilmirlər.

«Müsahibə əsnasında namizədin bütün sualları şirkətdən sırf hansısa imtiyazların alınmasına istiqamətlənmiş olur», - deyə, M.Rəhimova müşahidələri ilə bölüşür.

«Onun işindən bizim hansı nəticə əldə edəcəyimiz barədə sual isə, bir qayda olaraq, namizədi çıxılmaz vəziyyətə salır və o bildirir ki, hər şeyi təfərrüatı ilə ölçüb-biçmək lazımdır», - deyə, ekspert qeyd edir.

Onu da qeyd etmək lazımdır ki, əgər şirkətdə əməkdaşların işinin qiymətləndirilməsi sistemi və KPİ (Key Performance Indicators – həlledici səmərəlilik göstəriciləri) tətbiq olunubsa, o zaman «ofis planktonu» nümayəndələri, çox  güman ki, həmin işə qəbul olunmaq istəməyəcəklər, hətta onlara yüksək əməkhaqqı təklif olunsa belə. Axı, bu cür şəxslər əsas etibarı ilə, nə işləməyə, nə də görülmüş işlər barədə hesabat yazmağa öyrəşməyiblər.

Optimallaşdırma üsulları

Məntiqi bir sual meydana çıxır: əgər şirkətdə «ofis planktonu» varsa, işəgötürən ondan necə yaxa qurtara bilər? Bu məsələdə mütəxəssislər yekdildirlər: «Plankton» işdən azad edilməlidir!

L.Beliyevanın fikrincə, «planktonu» işlə yükləmək və onu motivasiya etmək faydasızdır. Çünki, bu cür əməkdaşlar həmişə rəhbərliyin tapşırığını yerinə yetirməyinin səbəbini göstərəcək, bir bəhanə tapacaq. «Onlarla ən yaxşı mübarizə metodu, daha doğrusu, bu məsələnin rasional həlli yolu işçi heyətin ciddi seçimi, motivasiya istiqamətində iş və kollektivdə psixoloji mühitin yaxşılaşdırılmasıdır», – deyə, ekspert vurğulayır.

İnkar etmək olmaz ki, «ofis planktonu» adətən vəzifələrin dəqiq bölgüsünün olmadığı və rəhbərliyin vəziyyəti düzəltməyə cəhd etmədiyi şirkətlərdə meydana gəlir.

«Elə şərait yaratmaq lazımdır ki, heç bir iş görməyən işçidə işləmək arzusu, yaradıcı coşqunluq, qarşıdakı məqsədə çatmaq üçün atacağı addımlara inam meydana gəlsin», – deyə L.Beliyeva qeyd edir. Onun sözlərinə görə, buna yalnız şirkət rəhbərliyinin və əməkdaşların vahid bir komandaya çevrildiyi, bir-biri ildə bərabər səviyyəli ünsiyyət qurduğu və tutduqları vəzifədən asılı olmayaraq, bir-birinin fəaliyyətinin əlaqələndirdikləri halda nail olmaq olar.

Aşağıda «ofis» planktonunun meydana gəlməsinin qarşısını almaq üçün bir neçə sadə tövsiyələr göstərilib:

  • Əməkdaşların sayının ağlabatan minimuma qədər azaldılması və hər bir işçinin nə etməli olduğunun, ondan hansı nəticələrin gözlənildiyinin dəqiq müəyyən edilməsi.
  • Texniki işlərin bir hissəsinin kənar təşkilatlara həvalə edilməsi. Məsələn, otaqların yığışdırılması, korporativ sayta dəstək və ya işçi heyətin seçilməsi.
  • Öz işinin fanatlarından və cari işini özünün fərdi inkişafı, öz şəxsi iddialarına nail olmaq imkanı kimi dəyərləndirən işçilərdən maksimum istifadə edilməsi. Qərb təcrübəsi göstərir ki, bir çox effektli top-menecerlər pula görə deyil, ideya xətrinə çalışırlar.
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.