az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Mehmanxana biznesində uğurun sirri

26.09.2012 | İnna Qrişuk

Ölkəmizdə mehmanxana biznesi daha çox dünya şöhrətli operatorları cəlb etməkdədir. Son bir neçə ildə onlar, ölkədə yüksək səviyyəli otellər açmaqla, iştirak sahəsini genişləndiriblər. Bazarın yeni oyunçuları rəqabət yaratmaqla yanaşı, uzun illər boyu mehmanxana biznesi liderləri tərəfindən işlənmiş və dünyanın əksər ölkələrində uğurla tətbiq edilən korporativ standartları tətbiq etməyə başlayıblar.

Otellərdə korporativ standartlar

İstənilən otelin başlıca vəzifəsi – müştərinin xoşuna gəlmək və onun bir daha qayıtması üçün əlindən gələni etməkdir. “Uğurun düsturu – gülərüz heyət və keyfiyyətli xidmətdir, – Four Seasons Hotel Baku PR üzrə meneceri Aynur Məmmədova əmindir. – Hər iki anlayış bir-biri ilə o qədər bağlıdır ki, onlardan hansının birinci yerə qoyulduğunu söyləmək çətindir”.

Kempinski Hotel Badamdar” İctimaiyyətlə Əlaqələr və Sosial Məsələlər üzrə direktoru Zərifə Mirzəyevanın fikrincə, yaxşı işçi, ilk növbədə, öz işini sevməli və onun mənasını anlamalıdır. Mehmanxanaya evi, qonaqlara isə - qəbul etməkdən məmnunluq duyduğu insanlar kimi münasibət bəsləməlidir. Həmsöhbətimin sözlərinə görə, buna öyrətmək çətindir, ona görə də müsahibə zamanı insanın otelin qonaqlarını mehribanlıqla və səmimiyyətlə qəbul edə biləcəyini aydınlaşdırmaq lazımdır.  

“Four Seasons”da heyətin seçimi mərhələsində iki meyar əsas idi: gözlərdə parıltı və böyük işləmək həvəsi. “Hamıya düzgün təqdim etməyi və ya xidmət göstərməyi öyrətmək olar. Buna 3-6 ay tələb olunacaq, – Aynur Məmmədova deyir. – Lakin ürəkdən gülümsəməyi və otelin qonaqlarının qayğısına qalmağı öyrətmək mümkün deyil”. Bundan əlavə, həqiqətən də əsl keyfiyyətli xidmət təqdim etmək üçün “Four Seasons” əməkdaşlarının təkcə qonaqların deyil, həmkarlarının da köməyinə gəlmək təşəbbüsü olmalıdır. “Biz – böyük ailəyik, menecer və xörəkpaylayana bölünmürük”, – Aynur Məmmədova fikrini yekunlaşdırdı.

Əməkdaşlar defisit olub

JW Marriott Absheron Baku” PR və markektinq üzrə meneceri Aleksandra Semyonovanın sözlərinə görə, bu gün ölkənin mehmanxana bazarında heyətin çatışmamazlığı hiss olunur. Qəribə deyil, axı son il ərzində Bakıda çoxlu yeni brend mehmanxanalar açılıb. Məsələn, “JW Marriott Absheron Baku əməkdaşları xüsusi diqqətlə seçir və onlara təlim keçir. Burada hər yeni işçi əvvəlcə şirkətin siyasəti və xüsusiyyətləri ilə tanış olur, sonra isə öz sahəsi üzrə ixtisaslaşmış təlimlər keçir.

Four Seasons Hotel Bakumehmanxanasında da bu qaydalar qüvvədədir. Burada heyətin hazırlığına mehmanxananın açılışından yarım il əvvəl başladılar. Əvvəlcə əməkdaşlar nəzəriyyəni öyrənir, sonra hər gün onun təcrübədə düzgün tətbiqinin üzərində işləyirdilər.

Məlum oldu ki, mehmanxanalara işləməyə çox vaxt xüsusi təhsili olmayan insanlar gəlirlər. Əlbəttə, Turizm İnstitutu mehmanxana biznesində işləyə bilən mütəxəssisləri hazırlayır: “Ölkə ildə turizm üzrə 25 mütəxəssis əldə edir, bu isə inkişaf edən mehmanxana təsərrüfatı bazarı üçün kifayət deyil”, – Aleksandra Semyonova deyir.

Zərifə Mirzəyevanın fikrincə, sahədə dar ixtisaslı mütəxəssislərə kəskin ehtiyac mövcuddur. O, bu ali təhsil ocağı məzunlarının turizm və qonaqpərvərlik sahəsində qlobal biliklər əldə etmələrindən əmindir, lakin otel biznesinin idarəetmə xüsusiyyətlərini heç də həmişə anlamırlar. Xüsusən, onlar lazımi sənədləşməni aparmağı, hesabat tərtib etməyi bacarmırlar.

“Kempinski Hotel Badamdar”da “otel biznesində uğurlu karyera” anlayışının özünün də əlavə reklam tələb etdiyindən əmindirlər. İstedadlı gənclik neft və qaz şirkətlərində işləmək arzusundadır. Lakin onlardan heç biri mehmanxana karyerasının daha sürətli olduğundan şübhələnmir. “Bizim baş menecerlərin əksəriyyəti mətbəxdə, camaşirxanada işləməyə başlayıblar və ya xörəkpaylayan olublar”, – Zərifə Mirzəyeva qeyd etdi.  

Müştəriləri necə cəlb etməli?

Dövlət siyasəti ölkənin turizm cəlbediciliyinin inkişafına istiqamətlənib. Bu mehmanxana biznesinin inkişafı üçün əlverişli şərait yaradır. “Bu il bizdə Avroviziya, FİFA Qadınlar arasında futbol üzrə çempionat keçirildi. Gələn il Azərbaycanda YUNESKO-nun konfransı baş tutacaq. – Aleksandra Semyonova qeyd edir. – Belə tədbirlər Azərbaycana turist axınını artırmağa kömək edir”.

“Xalq otel haqqında danışsın deyə, öz tədbirlərini – sərgilər, konsertlər, tanınmış şəxsiyyətlərin iştirakı ilə xeyriyyə gecələri təşkil etmək vacibdir”, – Zərifə Mirzəyeva təcrübəsi ilə paylaşır. Məsələn, “Kempinski Hotel Badamdar”da oktyabr ayında Vyana balı keçiriləcək, burada xanımlar bal geyimlərində, kişilər isə fraklarda və kəpənəklə Ştrausun musiqisini ifa edən orkestrin təranələri altında rəqs edəcəklər.  

“Facebook sosial şəbəkəsi Azərbaycanda olduqca populyardır, ona görə də bütün xüsusi təklif və xəbərləri biz burada dərc edirik”, – Aleksandra Semyonova əlavə edir.

Ekspertlərin fikrincə, viza rejiminin sadələşdirilməsi də turistlərin, nəticədə isə - mehmanxana müştərilərinin sayının artmasına kömək edəcək. Çoxları bu məsələnin həllini səbirsizliklə gözləyirlər. Onda Azərbaycana gələnlərin sayı təxminən 50%-dən çox arta bilər.

Bakıda hansı mehmanxanalar çatışmır

Bununla belə, Azərbaycanda qonaqpərvərlik sənayesini ideal adlandırmaq hələ tezdir. 18-19 sentyabr tarixlərində Bakıda keçirilmiş MDB ölkələri və Gürcüstan üzrə I Mehmanxana Sərmayə Konfransında qeyd etdilər ki, yaxın 6 ildə bizdə fəal surətdə 4-5 ulduzlu lüks otellər açılacaq. Düzdür, hər qonaq təmtəraqlı apartamentlərdə qalmağı özünə rəva bilməyəcək.

Zərifə Mirzəyevanın qeyd etdiyi kimi, Azərbaycanda uyğun qiymətləri və az da olsa, yaxşı xidməti olan, məsələn, 3 uludzlu mehmanxanalar kifayət qədər deyil. Onun fikrincə, apart-otellər də mehmanxana biznesində çox məhdud təmsil olunublar. Aleksandra Semyonovanın dediyi kimi, çimərlik və dağ-xizək otellərinin inkişafı da aktualdır.

 
Açar sözlər: mehmanxanalar otelər mehmanxana biznesi
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.