az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Bakıda ixtisasartırma kursları neçəyədir?

24.09.2012 | Cavid Xəlilov, İnna Grişuk

Əlavə peşə və yeni biliklər əldə etmək arzusu və zəruriliyi tez və ya gec hamıda yaranır. Mütəxəssis nə qədər çox şey bacarırsa, o, əmək bazarında bir o qədər dəyərləndirilir. Ona iş yerində möhkəmlənmək, karyera və əlbəttə ki, əmək haqqı yüksəlişini təmin etmək daha asandır.  

İxtisasartırma nəyə lazımdır?

Son zamanlar Azərbaycan şirkətlərinin ixtisaslı kadrlara tələbatı artıb. “ANGLO-AMERİCAN BUSİNESS SERVİCES & ATTAS PR ALLİANCE” Şirkətinin Hazırlıq Kursları Departamentinin meneceri Vüsalə Axundovanın sözlərinə görə, ali təhsil müəssisələrində hazırlıq səviyyəsi çox vaxt korporativ sektorun tələblərinə cavab vermir. İxtisasartırma üçün optimal yol – hazırlıq mərkəzlərinə müraciətdir. Biznesinfo.az biznes kataloqunun məlumatlarına əsasən, paytaxtda belə təlim və kursların təşkili ilə məşğul olan 190 şirkət fəaliyyət göstərir.
Bakıda ilk hazırlıq şirkətləri ötən əsrin 90-cı illərinin birinci yarısında yarandılar. “Son illər ixtisasartırmaya maraq daha da artıb, bazar mütərəqqiləşir”, — V.Axundova qeyd etdi.

“STİMUL Education & Consulting” Şirkətinin direktoru Namiq Veysəlin sözlərinə görə, hazırlıq mərkəzlərinə müraciətlərin sayında artım müşahidə olunur. Bu zaman yay aylarında xidmətlərə tələbat aşağı düşür, sentyabrda isə qalxır.

N.Veysəl qeyd etdi ki, tanınan mərkəzdə hazırlıq keçmək haqqında sertifikat – vakansiyaya namizəd üçün üstünlükdür.

Ən məşhur ixtisaslar və kurslar

“Express Group” Təlim Şirkətinin Baş meneceri Abbas Abbasovun
dediklərinə görə, bu gün müştəri 5-10 il əvvəlkinə nisbətən daha tələbkar və iradcıldır. Ona görə də uzaqgörən şirkət rəhbərləri heyətə müştərilərə savadlı və peşəkarlıqla xidmət göstərməyi öyrədirlər. Müştəri bazası da məhz bunun sayəsində genişlənir. Həmsöhbətimiz onu da qeyd etdi ki, son zamanlar xüsusən banklar, restoranlar, həmçinin ticarət, turizm və tibb müəssisələri tərəfindən belə proqramlara maraq artıb.  

“Şirkətə əsasən xarici dil – xüsusən ingilis dili, həmçinin mühasibatlıq və bank işi kursları keçmək məqsədilə müraciət edirlər. HR (İE) sahəsində kurslara tələbat yüksəkdir, – V.Axundova deyir. – Sadalanan sahələr bazarda ən çox tələb olunan ixtisaslardır”.

N.Veysəl əlavə etdi: ixtisasartırma kurslarının dinləyiciləri arasında İT istiqamətlərinin öyrənilməsi məşhurdur. “ORACLE” kimi proqramlar üzrə ixtisasartırma və hazırlığın keçirilməsi üçün daha tez-tez müraciət edirlər. ACCA Beynəlxalq Sertifikatlaşdırma Sistemi üzrə ixtisasartırma kursları həmçinin tələb olunandır.  

Təlim üzrə qiymətlər

Mərkəzlərdə təlimin dəyəri, onun predmet və formasından asılıdır. Məsələn, “STİMUL”da milli mühasibatlıq üzrə qrup məşğələlərinin qiyməti ayda 80 manat, fərdi hazırlıq isə - 120 manatdır. Beynəlxalq mühasibatlıq kursları üzrə tariflər müvafiq olaraq 250 və 350 manat təşkil edir.  

V.Axundovanın bildirdiyinə görə, təlimimn dəyəri müəllimdən də asılıdır. Yəni qrup şəklində ingilis dili təlimi üzrə tarif ayda 60 manatdır. Bu zaman yerli müəllimlə fərdi təlimin dəyəri, xarici pedaqoqlara nisbətən əhəmiyyətli dərəcədə aşağıdır. Yerli müəllimlər heç də pis işləmir. Sadəcə dil daşıyıcısı ilə məşğələlər təlimin keyfiyyətinə müsbət təsir göstərir.  

“AKİ CENTER”də hazırlığın dəyəri kurs dinləyicinin seçdiyi proqramdan asılıdır. Burada İELTS və TOEFL sistemləri üzrə ingilis dili təliminin tarifləri qrupda ayda 105 manat, fərdi qaydada isə - 420 manat təşkil edir. “General English” kursu üzrə təlim qrupda 80 manat, fərdi qaydada isə – 150 manat təşkil edir. “Akademik rus dili” proqramı üzrə hazırlığın dəyəri qrupda – 60 manat, fərdi qaydada isə - 80 manatdır.

“Express Group” Şirkətinin rəhbəri əmindir ki, müştəri xidməti sahəsində əməkdaşların təlimi keyfiyyət baxımından ucuz olmamalıdır. Lakin, əgər şirkətin kifayət qədər böyük işçi ştatı varsa, onda korporativ formatda təlim sifariş vermək və 30-40% qənaət etmək olar.

Korporativ hazırlıq nədir?

Hazırlıq mərkəzlərinin qiymətləndirmələrinə görə, Bakıdakı şirkətlər heyətin korporativ hazırlığına böyük maraq göstərirlər. N.Veysəlin sözlərinə görə, “STİMUL”a müraciət edən şirkətlərlə müvafiq müqavilə (predmet, müddətlər və xidmətin digər məqamları) imzalanır.  

Korporativ hazırlığın qiyməti təlimin proqramından və yerindən asılıdır. Heyət ofisdə hazırlandıqda tariflər dəyişmir, sifarişçinin məkanında təlim isə baha olur. Məsələn, sifarişçinin ofisində ingilis dili təlimi, “AKİ CENTER”in qiymətlərinə görə, hər proqram üzrə dəyərin 60 manat artmasına gətirib çıxarır.

Korporativ hazırlıq HR-siyasətinin mühüm elementinə çevrilir. Heyətin ixtisasının artırılmasına sərmayə qoyuluşu böyük fayda gətirə bilər. Lakin bu zaman hazırlıq mərkəzinin düzgün seçilməsi vacibdir.

Dünya Bankının idarəetmə təlimləri və inkişaf üzrə məsləhətçisi Araz Paşayevin fikrincə, yalnız ayrı-ayrı şirkətlər keyfiyyətli kadr hazırlığına qabildirlər. Heyətin korporativ hazırlığı üçün sifarişçi şirkət əvvəlcə heyətin ixtisasının artırılması üzrə təlimin texniki şərtini tərtib etməlidir.

Burada sifarişçinin gözləntiləri, daha dəqiq desək, arzu olunan hazırlıq nəticəsi təsvir edilir. Texniki şərt təlimin addım-addım planını tərtib edən hazırlıq mərkəzlərinə göndərilir.  

Ekspertin məsləhəti

Heyətin korporativ hazırlığı mərkəzini düzgün necə seçməli?

A.Paşayevin dediyi kimi, sifarişçi aşağıdakı tələblərə cavab verən şirkəti seçməlidir:

  • tələb olunan profil üzrə korporativ hazırlıq təcrübəsinə malikdir (xidmət olunmuş şirkətlərin və korporativ hazırlıq istiqamətlərinin siyahısı, sifarişçinin texniki şərtinin yerinə yetirilmə səviyyəsi);
  • profil üzrə sertifikatlı təlimçilərə malikdir (sertifikatlaşdırmanın keçirildiyi yer və tarix).

 

 
Açar sözlər: təhsil kurslar treninqlər ixtisasartırma kursları
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.