az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

“MBA-yə ehtiyac günbəgün artır”

14.09.2012 | Sergey Osin

Azərbaycan Universitetinin MBA proqramının direktoru, elmlər namizədi Tofiq Əhmədov biznesinfo.az-a müasir cəmiyyətdə biznes təhsilinin rolundan danışdı.

- MBA ikinci ali təhsildən nə ilə fərqlənir?

– Ali təhsildən fərqli olaraq, ali təhsilin ikinci pilləsi kimi, MBA proqramlarında, tələbələrin biznes inzibatçılığı üzrə əldə etdikləri təcrübi biliklərə xüsusi önəm verilir. Yeni bazarın tələblərini nəzərə alsaq, MBA proqramları üzrə təhsilə ehtiyac günbəgün artır.

Bizim MBA proqramı bakalavrlara əmək bazarının tələblərinə müvafiq olaraq, daha böyük ixtisas seçimi təklif edir. Proqramı uğurla başa vurmuş magistrlər özlərini göstərmək və uğurlu karyera inkişafı üçün bütün imkanlara malikdirlər.

- Keyfiyyətli MBA proqramını necə seçməli, bu zaman nəyə diqqət yetirilməsi vacibdir?
 
- Məlumatsız insanlar üçün keyfiyyətli MBA proqramı seçmək – çətin işdir. Seçilən bu və ya digər proqramın namizədin arzusuna müvafiqliyinin tam və hərtərəfli qiymətləndirilməsi zamanı, tam kurrikulum üzrə ixtisaslı məsləhət verilməlidir, bu isə kifayət qədər mürəkkəbdir.

Seçimin daha sadə və səmərəli üsulları proqramın tərkib hissələri ilə, müəllim heyətinin keyfiyyəti ilə tanışlıq, universitetə gəlmək və proqram üzrə təhsil alan magistrlərlə fikir mübadiləsi aparmaq, (dekanın icazəsi ilə) məşğələlərdə bilavasitə tanışlıq məqsədilə iştirak, uyğun proqram məzunlarının fikirlərini bilmək, müvafiq sahədə nüfuzlu mütəxəssislərlə məsləhətləşmələrdir.

- Universitetə qəbul zamanı abituriyentlər hansı imtahanları verirlər? Onlar test, esse yazırlarmı, müsahibə keçirlərmi, tövsiyələr müəyyən rol oynayırmı?

- Azərbaycan Universitetində MBA proqramına qəbul ümumi əsaslarla, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə həyata keçirilir. Xaricilər üçün magistraturaya qəbul zamanı Boloniya prosesinin ümumi qəbul olunmuş şərtlərinə bənzər, asan prosedur mövcuddur.  

- Sizin MBA proqramları hansı təhsil müddətlərini nəzərdə tutur? Onlar üçün təhsil ilinin qiyməti neçədir?

– Universitetimizdə proqramlar üzrə tədris yalnız ingilis dilində aparılır. Tələbələr tam kursu iki il ərzində keçirlər, əyani təhsil formasında illik ödəniş bu gün 2 000 manat təşkil edir.

- Universitet tələbələrinə təqaüdlər, qrantlar və s. şəklində maliyyə dəstəyi göstərirmi?

– Tələbələr arxayınlıqla bizim köməyimizə ümid bəsləyə bilərlər. Azərbaycan Universiteti magistrlərə Heydər Əliyev, Aida İmanquliyeva adına təqaüdlər, həmçinin adi əlaçı təqaüdləri verir. Hazırda BBA proqramı üzrə 5 tələbə Atlantada, GSU və AU-nun müştərək qrantları, həmçinin təsisçilərimizin və sponsorlarımızın qrantları ilə təhsil alır.  

- Hansı xarici təşkilatlarla və ali məktəblərlə əməkdaşlıq edirsiniz? Bundan fayda varmı?

– Azərbaycan Universitetində MBA proqramı artıq 5 ildir ki, mövcuddur, biz ən yaxşı xarici ali məktəblərlə əməkdaşlıq edirik. Onların arasında – Georgia State University (Atlanta, USA) göstərmək olar.

Universitetimizdə istifadə olunan proqramın dizaynı və təhsil planı Atlantadan olan amerikalı həmkarlarımızın uyğunlaşdırılmış proqramı əsasında tərtib olunub. Bizim artıq işlənmiş proqramımıza qoyulmuş zəmin gənc nəsil üçün müasir biznesi təcrübi cəhətdən açmağa əsaslanır.

Bizim tələbələr həmçinin semestr boyu Georgia State University-ndə mübadilə üzrə təhsil almaqla, proqram boyu biliklərini dərinləşdirmək imkanı qazanırlar.  

Ölkəmizdə beynəlxalq standartlar üzrə təlim keçmiş yeni kadrlar tələb olunduğundan, tələbələr bizdə oxumaqla, təhsillərindən faydalana və gələcək karyera yüksəlişində layiqli mövqe tuta bilərlər.

Bundan əlavə, bizim proqramın fərqli xüsusiyyəti GSU-nun məşhur Mak Robinson Biznes Məktəbində və Qafqaz Biznes Məktəbində (Tbilisi) mübadilə üzrə təhsil almaq imkanıdır.

İxtisas proqramı, sosial iş İsveçin Lund Universiteti ilə həyata keçirilir. Tələbə və magistr mübadiləsi, yay məktəbləri, layihələrin hazırlanması, təcrübə mübadiləsi, kurrikulumun inkişafı və s. tərkib hissələri, potensialın gücləndirilməsi – bizim xarici tərəfdaşlarımızla əməkdaşlığımızın əsas istiqamətləridir.  

- Universitet dünya təhsil bazarında mövqelərini möhkəmləndirmək üçün nə edir?

– Böyük hesabla dünya təhsil bazarında möhkəmlənməkdən danışmaq hələ tezdir, hərçənd mən məzunlarımızın Amerikada və digər dünya ölkələrində özünütəsdiqləri haqqında misallar göstərə bilərəm. Lakin birmənalı təsdiq edə bilərəm ki, təkcə MBA deyil, BBA bakalavr proqramları üzrə məzunlarımız da hələ tələbəlik dövründə işə düzəlirlər.

Keyfiyyətli biznes təhsili, əldə olunmuş səlahiyyətlər, yaxşı ingilis və ikinci xarici dil bilgisi genişlənən daxili əmək bazarında rəqabətədavamlılıq üçün ciddi zəmin yaradır. Azərbaycan Universitetinin MBA proqramında təhsil almaq istəyənlərin sayının davamlı artması, bakalavrlar tərəfindən biznes təhsilinin məhz bu nüfuzlu pilləsinin şüurlu seçiminin parlaq göstəricisidir.

- Təhsil zamanı əldə olunan hansı vərdişlər məzunlara perspektivli və yüksək maaşlı işə ümid bəsləməyə imkan verir?
 
– MBA proqramı dünyanın bir çox aparıcı universitetlərində var. Proqram tələbənin ixtisaslı mütəxəssis olacağına və uğurlu karyera quracağına zəmanət verən təhsil modelləri əsasında yaradılır və onlara əsaslanır. Biznesin idarə olunması təlimi yaxşı rəhbər olmaq və öz işini qurmaq istəyən hamıya faydalıdır.

- Sizcə, MBA dərəcəsinin – avtomatik “uğura buraxılış” olduğu müddəası düzgündürmü?

– Təbiətdə həyat uğuruna avtomatik buraxılışlar mövcud deyil. Lakin MBA imkanlarını tam göstərmək, əsassız risklərdən qaçmaq, layiqli menecerlər olmaq, hörmət qazanmaq üçün məqsədyönlü, əməksevər, israrlı və sanballı şans təqdim edir.

- Siz məzunlarınıza işə düzəlməkdə kömək edirsinizmi? Hansı şirkətlər daimi işəgötürənlər siyahısına daxildirlər?

– Xarici tərəfdaşlarla yanaşı, biz iri yerli biznes strukturları, İşəgötürənlərin Milli Konfederasiyası, peşəkar tədqiqat mərkəzləri, sertifikatlaşdırılmış mərkəzlərlə fəal əməkdaşlıq edirik ki, bu da tələbə və magistrlərimizə potensial iş yerlərinə geniş çıxışlar yaradır.  
 

 
Açar sözlər: MBA təhsil universitet Azərbaycan
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (216)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (218)
+ Reklam və ictimai əlaqələr (234)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (286)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (290)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.