az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Xarici tərəfdaşla iş

16.08.2012 | Cavid Xəlilov

Xarici və ya müştərək mülkiyyətli müəssisə hər il istismara verilmiş əsas fondların ümumi həcminin 48%-ə yaxınını, əsas kapitala sərmayələrin 33,08%-ni və tikinti işlərinin 25,36%-ni təmin edir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görə, 2005-ci ildə ölkədə 796 belə müəssisə fəaliyyət göstərirdi.

Beş ildən sonra 2010-cu ildə onların sayı 1091 vahidə çatdı. DSK-nın qiymətləndirmələrinə əsasən 2006-2010-cu illər ərzində əsas kapitala yönəlmiş sərmayələrin ən azı dörddə biri xarici və ya müştərək mülkiyyətli müəssisəyə düşürdü.

Müştərək biznesin üstünlükləri

Xaricilər üçün

Belə şirkətlərin böyük hissəsi “ticarət və nəqliyyat vasitələrinin təmiri” sektorunda fəaliyyət göstərir (28,5%). Burada məhsulun illik buraxılışının həcmi orta hesabla 400 min manat təşkil edir. İqtisadi qanunvericilik sahəsində ekspert Əflatun Babayevin qeyd etdiyi kimi, sözügedən sektorda əsasən xarici şirkətlərin yerli nümayəndəlikləri çalışırlar.

Onun sözlərinə görə, onlar Azərbaycana yalnız öz məhsullarının satış bazarı kimi baxırlar. Belə yanaşma sərmayələr tələb etmir, xarici şirkətin baş ofisinin məhsulun satışı coğrafiyasının genişləndirilməsinə çəkilən xərcləri minimuma endirməyə imkan verir. Belə ki, “Cahan Holding” və “ХАЗАР-ЛАДА” kimi avtomobil, məişət texnikası bazarındakı şirkətlərin əksəriyyəti distribusiya ilə məşğuldurlar.

Yerlilər üçün

Yerli biznes sərmayə və yeni texnologiyaları cəlb etmək üçün xarici tərəfdaş tapmağa cəhd edir. Bundan əlavə, xarici tərəfdaş müştəri bazasının genişlənməsinə, texniki və məsləhətçi köməyin alınmasını dəskləyir. Bu məsləhətçi, hüquq məsləhətləri, marketinq və s. işgüzar xidmətlər sahələri üçün xüsusən aktualdır. “MAK Consultancy” Şirkətinin təsisçisi və baş direktoru Zamin Hüseynovun sözlərinə görə, məsləhətçi xidmətlər bazarında işləyən yerli şirkətlərin böyük etimad sahibi deyillər. “Müştəriləri cəlb etmək üçün bizə baş şirkətin məşhur adı lazımdır”.

Xarici tərəfdaşı necə tapmalı?

Xarici tərəfdaşın seçiminə tədbirli yanaşmaq lazımdır. “Həm səlahiyyətli, həm də müsbət background”lu insan olan sahibkarı seçmək lazımdır”, - müstəqil sahibkar Elşən Musayev belə hesab edir. İqtisadi İnkişaf Nazirliyi müntəzəm olaraq xarici sahibkarların iştirakı ilə biznes-forumlar təşkil edir. Azərbaycan Sahibkarlar Konfederasiyası həmçinin yerli sahibkarların xaricə səfərlərini təşkil edir. Bu görüşlərdə iştirak edən Azərbaycan şirkətləri müştərək biznes üçün potensial tərəfdaşlar tapa bilərlər.

Lakin xarici tərəfdaşın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi və beləliklə, yerli sahibkarı mürəkkəb maliyyə vəziyyətinə saldığı hallar da olur. Özünü mümkün risklərdən sığortalamaq üçün xarici tərəfdaşla yazılı müqavilə tərtib edib imzalamaq lazımdır.

Müqavilənin hazırlanması üzrə təkliflər

İqtisadi qanunvericilik sahəsində ekspert Əflatun Babayev:

Təcrübədə yerli biznes əksər hallarda xarici tərəfdaşlarla “centlmen razılaşması” əsasında işləyir. Əgər xarici iqtisadi fəaliyyət (XİF) üzrə müqavilələr bağlansa da, onlar əsasən primitiv xüsusiyyət daşıyırlar. Çox vaxt anlaşılmazlıq mübahisələrə və məhkəmə araşdırmalarına gətirib çıxarır. Ona görə də tərəfdaşla dəqiq və səlis müqavilə bağlanmalıdır.

XİƏ üzrə müqavilə bağlanarkən bir sıra məqamlara xüsusi diqqət yetirilməlidir:

- Müqavilənin predmetini, xüsusən əmtəənin hansı standartlara, tələblərə cavab verməli olduğunu dəqiq göstərin.

- Tərəflərin razılaşmanı yerinə yetirmə qaydalarını və öhdəliklər yerinə yetirilmədiyi təqdirdə məsuliyyətini (cərimə sanksiyalarının həcmlərini) qeyd edin.

- İki dildə müqavilə bağlanarkən, hansı variantın prioritet hesab edildiyini qeyd olunması vacibdir. Çox vaxt yerli sahibkarlar Azərbaycan variantını oxuyur və hər ikisini imzalayırlar. Mübahisə yarandıqda, xarici tərəfdaş ingilis variantında başqa cür göstərildiyini bəyan edir.

- Çox vaxt müqavilədə bütün məqamları nəzərə almaq mümkün deyil, nəticədə mübahisələr yaranır. Onları həll etmək üçün sahibkar müqavilədə ona rahat olan hüquq meydanını (Azərbaycan, Türkiyə qanunvericiliyi və s.) və mübahisələrin həll ediləcəyi məhkəmə instansiyasını göstərməlidir. Məsələn, Türkiyədən olan tərəfdaş müqavilədə mübahisənin Ankara şəhər məhkəməsində həll ediləcəyini qeyd edə bilər. Bilmək lazımdır ki, əgər sahibkar razılaşmanı imzalayırsa, onda mübahisəni həll etmək üçün Türkiyənin paytaxtına getməli olacaq.

Müştərək biznesin qeydiyyatı

Azərbaycan qanunvericiliyi vətəndaşlar və qeyri-vətəndaşlarla biznesin aparılmasının qaydaları və hesabatları arasında fərqlər qoymur. “Yeganə fərq müştərək biznesin qeydiyyatındadır”, - Ə.Babayev qeyd edir. Belə ki, 12 dekabr 2003-cü il tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən strukturun dövlət qeydiyyatı üçün təsisçi/təsisçilər və ya onlar tərəfindən etibar edilərək, notarial qaydada təsdiq edilmiş  şəxs tərəfindən imzalanmış ərizə ilə müraciət etməlidirlər.

Əgər təsisçi xarici hüquqi şəxsdirsə, Qanunun 5-ci maddəsində qeyd edilən sənədlərdən əlavə, onun qeydiyyatını təsdiq edən sənəd  təqdim etməlidir. Əgər təsisçi xarici və ya vətəndaşlığı olmayan şəxsdirsə, onda onun şəxsiyyətini təsdiq edən sənədin nüsxəsi təqdim olunmalıdır. Bundan əlavə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı hər hansı üçüncü ölkədə məşğul olduğu təsərrüfat fəaliyyətini təsdiq edən, Qanunun 7.1.1.-ci maddəsi ilə qanuniləşdirilmiş sənəd təqdim edilməlidir.

Eyni dildə danışdığımız həmvətənlər arasında belə, biznes sahəsində yaxşı işgüzar tərəfdaş tapmaq çətindir. Axı ümumi işgüzar maraqdan başqa, müştərək müəssisədə qarşılıqlı anlaşma, etibarlı münasibətlər, biznesə eyni baxış da vacibdir. Bəzən müştərək başlanğıc itkilər gətirir, ona görə də sahibkarın özünü mümkün risklərdən sığortalaması vacibdir.



DSK iqtisadiyyatın sektorunu müxtəlif altsektorlara ayırmadan, xarici və müştərək müəssisələr üzrə təfsilatlı məlumatlar təqdim edir.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.