az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Feyzi Bağırov: “Həyat özü insanı bizneslə məşğul olmağa həvəsləndirir”

17.07.2012 | Sergey Osin

Biznesinfo.az-n “Two Hemispheres Consulting” Şirkətinin (ABŞ) prezidenti, Biznes İdarəetməsi magistri Feyzi Bağırovla müsahibəsi

- ABŞ-a necə getdiniz? Azərbaycanı niyə tərk etdiniz?

- Özəl Azərbaycan Universitetini bitirdikdən sonra, 1996-cı ildə mənə Neft Şirkətində tərcüməçi işləmək təklif edildi. Lakin daha çox şey istəyirdim.

Mən təhsilimi davam etdirmək üçün Amerikaya köçməyi planlaşdırmağa başladım. Dostlarım Green Card lotareyasında iştirak etməyi məsləhət gördülər, elə alındı ki, mən onu uddum.

- Siz ABŞ-n dəniz piyadası qoşunlarında xidmət etmisiniz. Dəniz piyadaçısı necə biznesmen oldu?

- Mən xidmətə könüllü getdim, hərbi karyeranı yoxlamaq istədim və istənilən şəraitdə fəaliyyət göstərən dəniz piyada qoşunlarını seçdim.  
Xidmət, ilk növbədə, öz işini qurmaqda lazım olan intizam və liderlik keyfiyyətlərini aşılayır.  

- ABŞ-da qeyri-vətəndaşların iqtisadiyyat və ya biznesdə aparıcı vəzifələr tutmasına mane olan məşhur “şüşə tavan” mövcuddurmu?

- Maliyyə Siyasəti İnstitutunun (“InstituteofFiscalPolicy”) bu günlərdə apardığı mühacirət tədqiqatında göstərilir ki, ABŞ-da kiçik biznes sahiblərinin 18%-ni mühacirlər təşkil edir, bu isə 20 il əvvəlkindən 6% çoxdur. Həmin tədqiqatda mühacir-sahibkarların 37%-nin restoranları, 49%-nin ərzaq mağazaları və 49%-nin camaşırxana və ya kimyəvi təmizləmə məntəqələri olduğu bildirilir.

Mühacir-sahibkarlar digər sahələrdə də uğur qazanıblar. Google, eBay və s. aparıcı texnoloji şirkətlər də məhz mühacirlər tərəfindən yaradılıb.

- Google yəqin qaydaların istisnasıdır. Sadə sahibkar üçün belə zirvələr, şübhəsiz, əlçatmazdır...

- ABŞ-da işə qəbul zamanı istənilən ayrı-seçkiliyə və s. qadağan qoyan Bərabər İmkanlar Haqqında Akt (Equal Opportunity Act) mövcuddur. Belə ki, sizi heç kəs dayandıra bilməz.

Bundan başqa, ABŞ hökümətinin mühacir-sahibkarlara və sərmayədarlara Birləşmiş Ştatlarda yaşayışa icazə verilməsinin mümkünlüyü haqqında təşəbbüsü mövcuddur. Vətəndaş və ya yaşamağa icazə verən vəsiqə sahibliyindən (Green Card) asılı olmayaraq, burada xüsusi məhdudiyyətlər olmadan işləmək və biznes yaratmaq olar.

- ABŞ-da biznesi nədən başlamalı? Bu nə dərəcədə mürəkkəbdir?

- Sizin məhsula və ya xidmətə pul verməyə hazır müştərilərin axtarışından; yaxşı mühasibdən (sizə vergi ödənişi nöqteyi-nəzərindən düzgün, rəsmi biznes formasını seçməkdə kömək edər) və qeydiyyatdan.  

Çoxları elə hesab edir ki, biznesə başlayarkən ən çətini ideya axtarışıdır. Gerçəklikdə düzgün yerinə yetirmə ideyadan daha ağırdır. Nə qədər hesab etsəniz ki, təkəriniz bazarda hamınınkından daha yaxşıdır, əgər siz alıcı tapmasanız, istehsalı təşkil etməsəniz, səlahiyyətli insanları tutmasanız, sizin təkəri heç kəs almayacaq.

- Yəni ideyalar heç kəsə lazım deyil?!

- Sözsüz ki, məhsulun və ya xidmətin ideyasından başlamaq olar, lakin uğurlu test üçün əksər başlyan şirkətlərdə fəaliyyətin əvvəlində olmayan, əhəmiyyətli maliyyə və insan ehtiyatları lazımdır. İstisnalar həmişə var, lakin satışlar – istənilən şirkətin yaşamasının əsasıdır.

- Siz biznesinizi nədən başladınız, Şirkətiniz nə ilə məşğuldur?

- MBA bitirdikdən sonra, mən “Two Hemispheres” Konsaltinq Şirkətini açdım. Biz İT, marketinq, məlumatların təhlili üzrə məsləhətlərlə məşğuluq, həmçinin İnternet-layihələr də işləyib hazırlayırıq. Bu gün yalnız ABŞ-da işləyirik, perspektivdə isə Amerikanın hüdudlarından kənarda da layihələrə başlamağı planlaşdırırıq.  

- ABŞ-da və Azərbaycanda biznesin aparılma şəraiti nə ilə fərqlənir?

- Statistikaya görə, ABŞ-da kiçik şirkətlər 90-cı illərin əvvəllərində 65% (10 mln.-a yaxın) yeni iş yerləri yaradıblar. Amerika höküməti ənənəvi olaraq, sahibkarlığın inkişafını dəstəkləyir.

Bir qayda olaraq, yeni biznes ilk bir neçə ildə gəlir gətirmir. Sahibkarlar saatlarla, kiçik əmək haqqı ilə, bəzən isə onsuz biznesin inkişafı üzərində işləyirlər. Belə vəziyyətdə enerji verən yeganə şey irəliləməkdir – bu işinə ehtiras və onun gəlirli olacağına inamdır.

Azərbaycanın xüsusiyyəti – burada həyatın özünün insanı bizneslə məşğul olmağa həvəsləndirməsidir. Yüksək səviyyədə işsizlik şəraitində (Amerikadan çox) əksər insanların, sadəcə, başqa seçimi yoxdur.  

- Siz Vətənlə biznes əlaqələrinizi saxlamısınızmı?  

- Nə işgüzar, nə də dostluq əlaqələrinizə heç vaxt laqeyd olmayın... Sabah hansı imkanların açılacağını heç kəs bilmir.  

- Linkedin-də Siz nəhəng Azərbaycan biznes icmasına rəhbərlik edirsiniz. O necə yaranıb və nə üçündür?

- “Biz Azerbaijan” ideyası 2008-ci ildə yaranıb, onda mən “Dassault Systemes”də işləyirdim. Həmin vaxt mən “Dassault” biznesi üçün Azərbaycanda imkanlar axtarırdım. Müəyyən etdim ki, ölkədə insanların biznesi aparmaq üçün tərəfdaşlar, müştərilər axtarmaq və ya iş təklif etməyə icmaları yoxdur.  

Bu gün bizim 758 qeydiyyatdan keçmiş iştirakçımız var. Maraqlıdır ki, iştirakçıların 40%-i yalnız coğrafi nöqteyi-nəzərdən Azərbaycandadırlar. 9%-ə yaxını neft və qaz sənayesində, hər 5%-i isə infrastruktur sənayelərində (tikinti, informasiya texnologiyaları, telekommunikasiyalar), həmçinin konsaltinq və ticarət sahələrində işləyirlər.

- Azərbaycan müştərək biznes layihələrinə hazırdırmı? Gələcəkdə Transmilli Azərbaycan Şirkəti yaradıla bilərmi?

- Əgər belə şirkətlər əksəriyyət təşkil etməzsə, təəccüblənərəm. Kommunikasiyalar və qiymət rəqabəti yaxşılaşdıqca, şirkətlər artıq sərhədlərə diqqət yetirmirlər, onlar bizneslə sərfəli yerdə məşğul olurlar.

- İşlərin aparılmasında biznes təhsilinin rolu nə dərəcədə böyükdür?

- Uğurlu biznes yaratmaq üçün təhsil vacibdirmi? Xeyr. Sahibkarlar əksər hallarda sınaqlardan və səhvlərdən öyrənirlər. Lakin düzgün biznes təhsili imkanları yaxşı anlamaqda və baha başa gələn səhvlərə yol verməməkdə kömək edər.  
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.