az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Ətriyyatçı: ətir biznesinin tarixi

05.04.2012 | Rəhim Həsənov

Kosmetika və ətriyyat - ərzaq və geyim kimi böhranlara davamlı əmtəələrdir. Ona görə də bu biznes çoxsaylı sahibkarı cəlb edir.
Bu gün Bakıda bazarın böyük bir hissəsini tanınmış ətriyyat mağazaları şəbəkəsi tutur. Onlarla rəqabət aparmaq çox çətindir, onların çeşidləri müxtəlif, qiymətləri münasibdir və əksəriyyəti eksklüziv əmtəələrdir. Fərdi mağazalara getdikcə daha az yer verilir. Lakin fəaliyyətsiz dayanmaq üçün heç bir səbəb yoxdur. İdeal Tanınmış şəbəkəsi ilk mağazasını açarkən, bazarda artıq bir neçə il idi ki, Parfume de France və Sabina kimi nəhənglər hakim idi. Lakin bunlar yeni şirkətin inkişaf edərək, Azərbaycanda ətriyyat və kosmetika üzrə satış nəhənginə çevrilməsinə mane olmadı.

Bu gün uğurlu ətriyyat biznesini açmaq üçün nə tələb olunur?

Çeşid seçimi

İlk növbədə, sizin mağazada böyük və daim yenilənən ətriyyat məhsulları çeşidi olmalıdır və hökmən tanınmış kosmetika və ətir markalarının təqdim edilməsi vacibdir. Bütün ölkələrdə satılan və hər yerdə eyni dərəcədə yaxşı yayılan dünya liderlərinin məhsulları mövcuddur. Chanel, Dior, Lancôme, Guerlain və s. belə şirkətlərdəndir. Onların çox güclü reklam kompaniyaları, böyük imkanları mövcuddur, onların məhsulu birmənalı olaraq öz alıcısını tapır.

“Son zamanlar kosmetikanın lüks markalarına tələbat artır, istehlakçılar yaxşı məhsullardan istifadə etmək istəyirlər və make-up və ya qulluq üçün üzə vurulan məmulatların seçiminə diqqətlə yanaşırlar, - “Sabina” Şirkətinin kommersiya direktoru Anastasiya Koşelko belə deyir. – Bundan başqa, eksklüziv ətriyyat markalarına tələbat da artır – insanlar onların ətrinin tək yaxşı deyil, həm də fərqli olmasını istəyirlər”.

Piştaxtalarda L'Oreal, Maybelline, Max Factor və s. kimi kütləvi kosmetikanın ən çox tələb olunan brendləri mütləq təqdim edilməlidir. Sıravi alıcılar məhz onları daha çox tələb edir və ətriyyat mağazalarının əsas satış həcmlərini formalaşdırırlar.

Bundan başqa, bu gün uşaq kosmetikasına da tələbat var. “Bu kosmetikada vitaminlər və bitki cövhərləri var, onlar hipoallergendirlər və təbii əsaslıdırlar, bəzən böyüklər də bunlardan istifadə edirlər”, - “Maryam Gallery” salonunun brend-meneceri Fərəh Hacıyeva belə deyir.
İslam dininin üstünlük təşkil etdiyi Azərbaycanda tərkibində spirt olmayan ətriyyat və kosmetika məmulatlarının olmamasına da diqqət yetirmək lazımdır.

Sifarişlərin tərtibi

“Xaricdən əcnəbi brendlərinin kosmetikasının gətirilməsi problemləri sizi narahat etməsin, - “Charmelie” ətriyyat butikinin inzibatçısı Nigar Axundova belə deyir. – Şirkətlərin əksəriyyəti əmtəələri birbaşa satmır, onlar distribütorların xidmətlərindən istifadə edirlər. Ona görə də siz kosmetika və ətriyyatı müvafiq markaların lokal distribütorlarına müraciət etməklə, tələb olunan sənədlərlə birlikdə birbaşa Azərbaycandan ala bilərsiniz. Distribütorlar haqqında ətraflı məlumat almaq üçün Azərbaycanda ətriyyat şəbəkələrində işləyən menecerlərə müraciət etmək kifayətdir”.

Əlbəttə, öz əmtəələrini müstəqil yayan distribütorlar da mövcuddur (L'Occitane və ya Yves Rocher). Elə brendlər də var ki, onlar pərakəndə mağazalar şəbəkəsi ilə deyil, məhsullarını yalnız şəbəkə marketinqi (Oriflame, Amway və s.) vasitəsilə yayırlar.

Ticarət yerinin tərtibatı

Tanınmış markalarla işin mürəkkəbliyi onların çətinliklə əldə olunmasındadır. Mağaza müəyyən tələblərə cavab verməlidir.

“Kosmetika və ətriyyat mağazasının açılışı zamanı mühüm amili – mağazanın uğurlu yerləşməsidir, - təcrübəli rieltor Elçin Əmirov belə deyir. – O keçilən yerdə: mərkəzi küçədə və ya iri ticarət mərkəzində yerləşməlidir. Kosmetika mağazalarından bazarlıq tez-tez impulsiv olur, ona görə də sizin müəssisənin daha çox potensial alıcılarının olması vacibdir.

İlkin mərhələdə mağazanın optimal sahəsi (yardımçı otaqlarla birlikdə) 60 kv. m olmalıdır. Bu gün şəhərin mərkəzində yerin icarə haqqı kv. m.-ə 100-150 manat civarında qeydə alınmışdır. Qeyd edək ki, yerin icarəsi yalnız ilkin mərhələdə cəlbedicidir. Mağaza gəlirli olsun deyə, icarə haqqı əmtəə dövriyyəsinin 10 faizindən çox olmamalıdır; əgər o bu məbləği aşırsa, onda onu davam etdirmək lazım deyil. Əgər mağazanın perspektivli olmasına əminlik varsa, bu yeri almaq daha yaxşıdır”.

İnteryer mağazaya qoyulan mühüm tələbdir. “Burada hər şey müəyyən qaydalara cavab verməlidir, - Nigar Axundova deyir. – Mütləq bol işıqlı, mebel maksimum şüşə rəflərdən ibarət olmalıdır, mağazada üzərində reklam sloqanları, marka və şirkətlərin adları, loqotipləri olan plakatlar asılmalıdır. Bundan başqa, həmişə konkret markanı təmsil edən yer müvafiq tərtib olunaraq aydın görünməlidir”.

Virtual mağaza

Bu gün Azərbaycanda elektron kommersiya daha geniş yayılmağa başlayır (biznesinfo.az səhifəsində bir neçə məqalə bu mövzuya həsr olunmuşdur). İnternet vasitəsilə ətriyyat və kosmetika satışı kifayət qədər sadə və etibarlıdır. Belə satış təcrübəsi, məsələn, Aromat.az və Parfumshop.az populyar İnternet mağazalarında həyata keçirilir.

Ətriyyatın İnternet vasitəsilə satılacaqsa sizin icarə haqqı, yerin alınması və ya tərtibatına xərc çəkmənizə ehtiyacınız qalmaz. İnternet-mağazalarda pul xərcləri olmadığından, qiymətlər pərakəndə şəbəkələrdəki analoji əmtəə ilə müqayisədə 30%-dən aşağı ola bilər.
Nağdsız ödəmə qəbulu imkanı (Golden Pay və ya AzeriCard ödənişləri sistemi modullarının qurulması pulsuzdur, lakin bu operatorlar hər köçürmədən 3,54% tuturlar) olan keyfiyyətli səhifənin (1200 manat və daha yüksək) yaratmağın qayğısına qalmaq kifayətdir.
Çatdırılma kuryer tərəfindən həyata keçirilə bilər. Bu halda ödəniş yerindəcə, müştəri əmtəəni aldıqda aparılır.

İmicin idarə olunması

Ətriyyat mağazasında istənilən digərlərində olduğu kimi, xüsusi idarəetmə aparatı və heyəti mövcuddur.
Müəyyən mağazalara təhkim edilmiş, əmtəələrin tədarükünə cavabdeh menecerlər mövcuddur. İdarəetmənin belə pilləli olması əmtəənin bütün satış nöqtələrinə kifayət qədər operativ çatdırmağa və mərkəzləşdirilmiş idarəetməyə nail olmağa imkan verir.

“Satıcıların ixtisası kosmetika mağazalarında satışa böyük təsir göstərir, - N.Axundova deyir. – Siz heyətin təlimini də təşkil etməlisiniz. Məsləhətçilər göz kölgələrinə hansı tuşun uyğun gəldiyini, bir kremin digərindən niyə baha olduğunu bilməlidirlər. Bu işdə distribütorlar və çox vaxt məhsullarını yaymağı planlaşdırdıqları ticarət nöqtələrinin heyəti ilə təmənnasız treninqlər təşkil edən müxtəlif kosmetika markalarının nümayəndələri də sizə kömək edə bilərlər”.

Mağazalar müştəriləri cəlb etmək məqsədilə mətbuatda reklamdan başqa xüsusi marketinq gedişlərindən də istifadə edirlər, məsələn, yığıcı endirim sistemləri, hər hansı əmtəəni alarkən müəyyən markalardan hədiyyələr və s.
Son vaxtlar şəbəkə mağazalarınin inkişafı meylləri qeydə alınmışdır. Bu meyl ətriyyat-kosmetika mağazalarının inkişafı üçün müəyyən yolu – şəbəkənin yaradılmasını təlqin edir.

Yekunlaşdırma

Kosmetika və ətriyyat mağazasını açmaq – gözəl həyatın hissəsi olmaq demək deyil. Bu biznes yalnız müştərilər üçün gözəl olacaq, sizin isə yalnız kiçik bir hissəsi bu məqalədə işıqlandırılan hər zaman çoxsaylı çətinlikləriniz olacaq. Lakin məqsədyönlü və özünə arxayın olan sahibkar üçün mümkün olmayan heç nə yoxdur. Müəyyən səylər nəticəsində uğurlu mağazanın, gələcəkdə isə ətriyyat şəbəkəsinin sahibi olmaq mümkündür.

Yerin icarəsi – kv. m. 100-150 manat
Yerin ticarət avadanlığı ilə təchizatı – orta hesabla 5-6 min manat.
Əmtəənin alınması – 15 min manatdan başlayaraq və daha yuxarı.
Heyətin ə/h – satıcılar-məsləhətçilər – 250 manatdan, mühasib – 400 manatdan başlayaraq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.