az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Menecment

Məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı: zəruri sənədlər, üstünlüklər və xüsusiyyətlər

07.10.2011 | İlqar Həsənov

Əgər biznesmen öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirə bilirsə, şirkət onun nəyinə gərəkdir və buradan o, nə mənfəət əldə edir?

İlk baxışdan, bu sualın cavabı aydındır və hüquqi şəxsin yaradılmasında tələbat aktual deyil. Amma sizi məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya səhmdar cəmiyyət (SC) yaratmağa sövq edə biləcək iki əhəmiyyətli səbəb var.

Qeydiyyatın zəruriliyinin ilk səbəbi - sizin daşınar və daşınmaz əmlakınızın mülkiyyət iddialarından qorumaqdır. Şəxsi şirkətin qeydiyyatı, dövlətin və ya üçüncü şəxslərin iddialarından müdafiə və ya sığorta növüdür. Fərz edək ki, siz hüquqi şəxs yaratmadan bizneslə məşğul olursunuz. Kreditorlar sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə) cərimə tətbiq edə bilər.

Firmanın qeydiyyatının zəruriliyinin ikinci səbəbi ƏDV ödənişi ilə bağlıdır. Bəzi hallarda sizdən bu verginin ödəyicisi olmaq və ƏDV məbləği göstərilməklə, qaimələri təqdim etmək hüququna malik olmaq tələb ediləcək. Məsələn, ƏDV ödəyiciləri ilə işləməkdən mənfəət əldə edən iri korporasiyalara mal satarkən və ya xidmət göstərərkən bu cür məsələ meydana çıxa bilər.  

Hüquqi şəxsin yaradılması

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir.

Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. 

MMC-ni kim təsis edə bilər və iştirakçıların sayına məhdudiyyət qoyulurmu? Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər. 

Hal-hazırda minimum nizamnamə kapitalına da heç bir məhdudiyyət qoyulmur. MM-nin 90.1-ci maddəsinə əsasən, nizamnamə kapitalının həcmi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoyulmuş məbləğdən az ola bilməz. 

MM-nin 10 il bundan əvvəl qüvvəyə minməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanı (indiki halda bu, Nazirlər kabinetidir) hələ də bu minimumu təyin etməyib. Analoji hədd cəmiyyətin təsisçilərin sayına da təyin edilməli olsa da, müvafiq sənəd indiyədək qəbul edilməyib.

Eyni zamanda, qeyd edək ki, Avropanın bir çox ölkələrində MMC-nin nizamnamə kapitalının minimal məbləği 10 000 avrodan az ola bilməz.

Qeydiyyat üçün zəruri sənədlər

Vergilər nazirliyində MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bi neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

  • əgər təsisçi(lər) fiziki şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, soyad(lar)ı, ata ad(lar)ı, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix; 
  • əgər təsisçi(lər) hüquqi şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, yerləşdiyi yer və qeydiyyat nömrəsi.

2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır.Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. MM-nin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını (və ya onun bir hissəsini) özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər. Amma əgər bu sizə sərf etmirsə, siz nizamnamədə başqa müddəa qeyd edə və payın (onun bir hissəsinin) başqa şəxslərə satışını qadağan edə bilərsiniz. MMC-nin təqribi nizamnaməsi ilə bizim resursumuzda, yaxud Vergilər nazirliyinin saytında (www.taxes.gov.az) tanış ola bilərsiniz. Həmçinin, qeyd etmək lazımdır ki, nizamnamə təsisçi(lər) tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənməlidir.  

3. Məhdud məsuliyyətli cəmiyyətin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

Beləliklə, MMC-nin təsis edilməsinin əsas üstünlükləri aşağıdakılardır:

  • təsisçinin əmlakını mülkiyyət iddialarından qorumaq və ƏDV ödəyicisi olmaqla, iri şirkətlərə xidmətlər və mallar təklif etmək imkanı var;
  • 11 manat məbləğində dövlət rüsumundan və təsis sənədlərinin və ərizələrin qeydiyyatı ilə əlaqədar notarial xidmətlərə təxminən 10 manat məbləğində çəkilənxərclərdən ibarət olan qeydiyyat xərcləri böyük deyil;
  • minimum nizamnamə kapitalına və iştirakçıların (təsisçilərin) sayına məhdudiyyət qoyulmur;
  • 1 yanvar 2012-ci ildən etibarən bütün hüquqi şəxslərin elektron qeydiyyatı nəzərdə tutulacaq.
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (318)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (255)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.