az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Bakıda əmək bazarı: hazırkı vəziyyət və perspektivlər

12.09.2013 | Fuad Cəfərli

Yeni texnologiyaların inkişafı nəticəsində iş yerlərinin sayının azlığı və tələbatın azlığı ilə əlaqədar olaraq, şəhərdəki əmək bazarında rəqabət daha da artır. Kənd əhalisinin bir xidmət sahəsindən digərinə keçməklə dolanışıq tapmaq üçün özünə şəhərdə yer tapa biləcəyi fikri doğru ola bilər. Lakin bu məsələni artıq şəhərdə mövcud olan ixtisaslı əmək ehtiyatları ilə uyğunlaşdırmaq olar? Yaxın gələcəkdə onları nə narahat etməlidir? Şəhər kifayət qədər iş yerinin yaradılmasına dair hər-hansı bir zəmanət verirmi?

Bakını keçmiş SSRİ şəhərləri arasında sənayenin yenidən qurulması, yenidən məskunlaşma və yenidən strukturlaşma nöqteyi-nəzərindən ən uğurlu şəhərlərdən biri hesab etmək olar. Buna baxmayaraq, bu yaxşılaşmaların nəticəsində yeni, problemli aspektlər meydana çıxıb.

Şəhər sakinlərinin əksəriyyəti üçün iqtisadi uğur iş yerləri və onlarda yaradılan gəlirlərlə müəyyən olunur. Neft sənayesi və onunla əlaqədar olan digər təchizat sahələri yeni bazar zəncirini yaradıb ki, bura da xidmət və texnoloji sektoru daxildir.

Yeni əmək bazarı müvafiq səriştəyə malik, enerjili və yeni ideyaları olan şəxslər üçün əlverişli oldu. Neft sənayesi və onunla əlaqədar olan digər sahələr ölkənin əmək ehtiyatlarını çoxsaylı ixtisaslı işçilərlə doldurdu, habelə daha aşağı texniki təhsil səviyyəsinə malik insanları yeni texnologiyalarla tanış etdi ki, bununla da onların peşəkar vərdişlərini inkişaf etdirdi.

Geniş profilli mütəxəssislərin sayı da həmçinin tədricən artır; kənardan ixtisaslı məsləhətçilərin cəlb olunması ilə qısamüddətli layihələrin həyata keçirilməsi artıq Azərbaycanın əmək bazarı üçün yenilik deyil. 

Yeni neft iqtisadiyyatı sahibkarlıq fəaliyyəti ilə birlikdə şəhər əmək bazarının yeni iştirakçı nəslinin formalaşdırdı ki, bu da Bakıda yeni rəhbər kadrların, kreativ sinfin, təchizat kanalları provayderlərinin və s. meydana çıxmasına şərait yaratdı.

Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) tərəfindən əmək bazarına dair toplanan illik məlumatlar bir çox hallarda kifayət deyil. Ədədi göstəricilər Bakı və paytaxt regionuna xas dinamikanı əks etdirir. Ölkənin əməkqabiliyyətli əhalisinin demək olar ki, yarısı, yəni 1 387500 nəfərdən 599 000 nəfəri Bakıda işləyirdi (DSK-nın 2011-ci il üçün məlumatları).

Qeyd etmək lazımdır ki, Bakıda nominal əmək haqqı ölkənin digər şəhər və rayonlarında olduğundan 30% yüksəkdir. Orta aylıq əməkhaqqı Bakıda 474,80 manat təşkil edir. Bu isə ölkənin rayonlarının əksəriyyətindəki göstəricidən təqribən 2 dəfə artıqdır. Bundan əlavə, Bakıdakı neft-qaz sənayesi işçilərinin əməkhaqqı da digər sektorlarda olduğundan yüksəkdir.

Aydındır ki, neftin hasilatından əldə olunan gəlirlər zaman keçdikcə ixtisara düşəcək və hökumət zaman keçdikcə regionlar üçün yeni iqtisadi imkanlar yaratmaq lazım olacaq. Mövcud əmək ehtiyatlarının gələcəyi əvvəlki kimi, sual altındadır.

Şəhər əmək bazarındakı vəziyyəti təhlil edərək, yaxın müddətli perspektivdə iki əsas məsələyə diqqəti cəlb etmək istərdik. Birincisi, şəhər əmək bazarının gələcək fəaliyyət üçün sistematik və təzə məlumatlara çıxışı olmalıdır. Lakin son 15-20 il ərzində şəhərdəki əmək bazarı ilə bağlı məlumatlardakı empirik boşluqları doldura biləcək tədqiqat və təhlil aparılmayıb. Nə hökumət, nə də digər alternativ elmi-tədqiqat institutları indiyə qədər şəhərlərdə məşğulluq və sahələrarası dinamikanın baza təhlilini aparmayıblar.

Bunlar olmadan əmək bazarının real dəyərini təxmini olaraq hesablamaq və qiymətləndirmək və ya gələcək üçün proqnozlar vermək mümkün deyil. Müasir şəhər əmək ehtiyatları Sovet dövründə mövcud olmuş keçmiş sənaye iyerarxiyasından neft quyularının qazılması, korporativ idarəetmə, maliyyə və sair kimi yeni sistemlərə keçiblər. Son illər şəhər əmək bazarı kənd yerlərindən çoxlu sayda işçilərlə dolub. 90-cı illərin ikinci yarısında aqrar əmək ehtiyatları Bakıya, habelə Rusiya və Ukraynanın iri şəhərlərinə miqrasiya ediblər.

Dövlət kənd təsərrüfatı sisteminin dağılması məşğulluq sahəsində ümumi vəziyyətə pis təsir edib, lakin eyni zamanda Azərbaycanın daha zəif rayonlarının əhalisinə yeni sənaye sahələrinə inteqrasiya etməsi üçün imkanlar yaradıb.

Rəsmi iqtisadiyyata əlavə olaraq, gizlin iqtisadiyyat həmçinin şəhər əmək bazarının formalaşmasında vacib rol oynayır.

İkincisi, güman olunur ki, təqribən 20 il sonra Azərbaycan «urbanizasiyalaşmış ölkəyə» çevriləcək. Bu halda əmək ehtiyatları ümumilikdə şəhər əmək ehtiyatlarına çevriləcək və aqlomerasiya iqtisadiyyatı başqa yanaşma və təhlillər tələb edəcək.

Ölkənin iqtisadi perspektivləri və adaptasiya planı hələ də müzakirə mərhələsindədir. Neft dövründən sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatı üçün hansı sahələr və xidmətlər faydalı ola biləcəklər? Biz hələ də bu suallara cavab üzərində çalışırıq, doqquz milyonluq millətin «bebi-bumer»ləri artıq bu gün inkişaf üçün imkanlar və yaxşı həyat şəraiti axtarırlar.

Mənbə: IMPACT jurnalı, Azərbaycandakı Amerika Ticarət Palatasının rəsmi nəşri, Buraxılış № 16.
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.