az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Əməkdaşların məzuniyyətini necə planlaşdırmalı?

01.07.2013 | Jobs.day.az

Yay mövsümü bir çox işçilərdə işləmək deyil, istirahət etmək istəyi doğurur. Bu tamamilə aydındır, axı hamı Bakının istisindən qaçıb dənizə getmək istəyir. Yayda bütün iş prosesləri ləngiyir ki, bu da işçilərə biznesə xələl gətirmədən əlavə istirahət etməyə imkan verir.

Lakin istənilən məzuniyyət işəgötürən və işçinin birgə razılığı əsasında verilməlidir. Bəs işin davam etməsi, şirkətin ziyana düşməməsi və bazarda aktiv mövqeyini saxlaması üçün vaxtı necə düzgün seçməli?

Qanunvericilik aspekti

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, istehsal və işin normal tənzimlənməsi, məzuniyyətlərin uçotunun normal aparılması üçün hər il yanvarın sonuna qədər əmək məzuniyyətlərinin verilməsinin ardıcıllığı qrafiki tərtib oluna bilər. Qrafik işçinin rəyi nəzərə alınmaqla işəgötürən tərəfindən təsdiq olunur.

Əmək məzuniyyətinə uyğun olaraq, işçilər hər il bir dəfə əsas məzuniyyətdən və müvafiq hallarda əlavə məzuniyyətdən, sosial məzuniyyətdən, ödənişsiz və təhsil məzuniyyətlərindən istifadə edə bilərlər. Ödənişli məzuniyyətdən ən azı 21 təqvim günüdür. Əmək məcəlləsinə görə, işçi yeni iş yerində 6 ay işlədikdən sonra ilk məzuniyyətini götürə bilər.

6 aydan az müddət ərzində işləyən işçilər isə məzuniyyət üçün rəhbərə müraciət etməlidirlər. Bəzi şirkətlərdə rəhbərlik güzəştə gedərək işçiyə məzuniyyət və ya onun bir hissəsini verə bilər, digər şirkətlərdə isə, rəhbərlik bundan imtina da edə bilər. Bu qanuni haldır.

Hərbi xidmət keçdikdən sonra əmək fəaliyyətinə başlayan gənclər ehtiyata buraxıldıqdan sonrakı üç ay müddətində məzuniyyət götürmək hüququna malikdirlər. Lakin çoxları bu məzuniyyəti götürməyə razı olmazlar. Çünki rəhbərlik bunu vəzifə öhdəliklərinin yerinə yetirilməsinə qeyri-ciddi münasibət kimi qiymətləndirə bilər.

L'Officiel Azerbaijan jurnalının məsul redaktoru Səbinə Quliyeva hesab edir ki, məzuniyyət müddəti hər bir əməkdaşın, rəhbərin iştirakı və kompromislərin tapılması yolu ilə razılaşdırılmalıdır.

Lakin məzuniyyətlər şirkətin maraqlarına xələl gətirməməlidir. Mən burada iki variant görürəm. Birincisi, işçi məzuniyyətdən əvvəl zəruri işlərin planının tam yerinə yetirir ki, onun iş yerində olmaması şirkətin işinə təsir etməsin. İkincisi, məzuniyyət dövründə işin yerinə yetiriləcəyi şərti ilə öz səlahiyyətlərini başqa əməkdaşa həvalə etmək».

Rəhbərliyin motivləri

Bəzi işçilər şirkətin maraqlarını və görülmüş işin həcmini nəzərə almadan işəgötürəndən məzuniyyət tələb etməyə başlayırlar. Yaddan çıxarmaq olmaz ki, işçinin prioritetləri olduğu kimi, işəgötürənin də öz prioritetləri var.

Əksər hallarda işəgötürənlər məzuniyyətdən sonra daha bir iş həftəsinin boşuna sərf olunmasından ehtiyat edirlər. Belə ki, işçi hələ bir müddət istirahət abı-havasından uzaqlaşaraq iş mühitinə qayıdır.

İşəgötürən hətta bir ildən sonra da işçiyə məzuniyyət verməkdən imtina edirsə, ola bilər ki, onun bunun üçün tutarlı səbəbləri var və buna görə də, o işçiyə uzun müddət işdə olmamasına yol verə bilməz.

Unibank-ın marketinq şöbəsinin müdiri Yevgeni Soltanov hesab edir ki, menecerin qarşısında duran vəzifə işçilərin iş yerində bir-birini qarşılıqlı əvəz etməsinin təmin olunmasıdır. «İşçi məzuniyyət getmiş həmkarının işinin yerinə yetirilməsi üçün lazımi ixtisasa malik olmalıdır. Bu mümkün olan kimi, məzuniyyət problemi aradan qalxır», - deyə şöbə müdiri bildirir.

Vaxt intervalları

Əvəzedilməz işçi olmur. Lakin bəzən elə vaxtlar olur ki, müəyyən işçilər olmadan keçinmək mümkün olmur. Əmək məzuniyyətlərini hər bir bölmə üçün ayrılıqda planlaşdırmaq yaxşıdır. Bu məzuniyyətdə olan işçilərin iş yükünü digər əməkdaşlar arasında bölüşdürməyə imkan verər.

Müvəqqəti vəzifələri əvvəlcədən razılaşdırmaq və kollektivin özünün özünü idarə etməsinə imkan verməmək daha yaxşıdır. Belə ki, məsul işçinin olmadığı təqdirdə bu müəyyən çətinliklər, hətta münaqişələr də yarada bilər.

Bəs, əgər müəssisənin ştatı böyük deyilsə və bəzi şöbələrdə cəmi bir işçi çalışırsa, o zaman nə etməli? Bu məsələ çoxsaylı mübahisələr doğurur, axı öz profili üzrə məsələlərin həllinə cavabdeh olan işçini məzuniyyətə buraxmaq kifayət qədər çətindir. Ola bilər ki, bu halda məzuniyyətin bir neçə hissəyə bölünməsi köməyə çata bilər.

Sözsüz ki, bir çox işçilər öz məzuniyyətlərin sərbəst şəkildə planlaşdıracaq və bundan sonra müəyyən vaxt onlara məzuniyyət verilməsi xahişi ilə müraciət edəcəklər.

Əgər şirkət kiçikdirsə, o zaman işçilərin arzularını nəzərə almaq olar. Amma, söhbət böyük şirkətdən və ya holdinqdən gedirsə, məsələ daha da ciddiləşir. Belə ki, məzuniyyətləri fərdi qaydada nəzərdən keçirmək bu halda çətin olacaq, həm də eyni şöbənin məzuniyyət vaxtları da üst-üstə düşə bilər və bu da onlar arasında çoxlu mübahisələr yarada bilər.

E-Global Trade & Finance şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Fərid Səttarov hesab edir ki, əgər şirkətlərin biznesi mövsümi xarakter daşıyırsa, o zaman şirkəti idarə edən şəxs, habelə əməkdaşlar da nə zaman məzuniyyət istəmək mümkün olduğunu bilirlər.

«Amma əgər biznes ilin hər hansı bir mövsümü ilə əlaqədar deyilsə, o zaman işçilərin məzuniyyətin  elə təşkil etmək lazımdır ki, iş dayanmasın. Beləliklə şirkət itkiləri minimuma endirir. İstənilən halda başa düşmək lazımdır ki, məzuniyyətə getmək vacibdir – insan istirahət etməlidir», - deyə direktor vurğulayıb.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.