az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Azərbaycan qadınları nadir hallarda vəzifədə yüksəliş gözləyirlər

13.06.2013 | Jobs.day.az

Hər bir insan üçün həmkarlarının ona münasibəti və işdə müəyyən imtiyazların olması vacib məsələdir. Lakin zərif cinsin nümayəndələrini fərdlərarası münasibətlər, habelə karyera və ailə həyatının bir araya sığışdırılması məsələləri daha çox düşündürür.

Məni kollektivdə yaxşı başa düşürlərmi? Şirkət mənə hədiyyə verirmi? Vacib işlərim olanda məni işdən buraxırlarmı?

Aparılmış sorğunun nəticələrinə əsasən, Azərbaycanda işləyən qadınların 47%-i həmkarlarının və rəhbərliyin onlara münasibətindən razıdırlar. Rəyi soruşulan xanımların 33%-i hesab edirlər ki, onlara qarşı həmkarların münasibəti daha yaxşı ola da bilərdi, respondentlərin 20%-i isə həmkarların onlara kifayət qədər yaxşı münasibət bəsləmədiyi fikrindədirlər.

Azərbaycan qadınları üçün, sözsüz ki, həmkarlarının və rəhbərliyin hörməti, layiqli əməkhaqqı və onlara bir işçi kimi loyal münasibəti, habelə karyera yüksəlişi imkanları vacib amillərdir.

Respondentlərin 35%-i karyera yüksəlişini az ehtimal edirlər, rəyi soruşulan qadınların 40%-i vəzifədə irəliləmək istədiklərini bildiriblər. Rəyi soruşulanların 25%-ni isə bu məsələ narahat etmir.

Rəhbərlərin əksəriyyəti (75%) tabeliyində olan qadınlara yaxşı münasibət bəsləyir, onlara səhhəti və ya şəxsi məsələlərlə əlaqədar olaraq işdən getməyə icazə verirlər. Rəislərin 15%-i qadınları nadir hallarda işdən buraxırlar. Rəhbərlərin 10%-i əksər hallarda işçilərə işdən ayrılmağa icazə vermirlər.

Respondentlərin 45%-i analıq məzuniyyətindən sonra əvvəlki iş yerində qalmaq istəyir, 25%-i isə fəaliyyət sahəsini dəyişmək barədə düşünür. Rəyi soruşulanların 22%-i isə özlərini tamamilə ailəyə həsr etmək arzusunda olduqlarını ifadə ediblər, 8%-i isə hələ ki, seçim etməyiblər.

Demək olar ki, bütün qadınlara bayramlarda hədiyyələr təqdim olunur. Rəyi soruşulan qadınların 60%-inə ən azı ildə bir dəfə, 35%-inə isə ildə iki dəfə nə isə hədiyyə olunur. Qadınların beş faizi isə işdə heç bir hədiyyə almadıqlarını bildiriblər.

Ümumilikdə, Azərbaycanda işəgötürənlər işləyən qadınlara loyal münasibət bəsləyirlər. Bu gender paritetinə riayət etmək istəyi ilə deyil, daha çox, qadın-əməkdaşların işinin nəticələri və keyfiyyət göstəriciləri ilə bağlıdır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.