az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

İş yerinin şəxsiləşdirilməsi

21.05.2013 | Fatimə Səmədova, Jobs.day.az

Bəziləri hesab edir ki, iş yerində ideal səliqə-sahman olmalıdır. Başqaları isə düşünür ki, masanın üzərində nə qədər çox ləvazimat olarsa, çox iş görüldüyü barədə daha geniş təəssürat yaranar.

Ofis işçiləri orta hesabla gündə 8 saat iş masasının arxasında keçirirlər. Tədricən masa üzərində şəxsi əşyaları peyda olur. Bu əşyalara görə psixoloqlar işçinin hansı növ işlə məşğul olduğunu, habelə onun psixoloji tipini müəyyən edə bilirlər.

Üzərindəki elementlərin sayına görə, masaları üç tipə bölmək olar: şəxsi əşyaların düzüldüyü, iş inventarı ilə yüklənmiş və boş masalar.

Şəxsi əşyaların düzüldüyü masalar

Bəzi içilər öz vaxtlarının əksər hissəsini işdə keçirərək, iş yerini ikinci ev hesab edirlər. Tədricən onların masası üzərində yeni elementlər: suvenirlər, orijinal saatlar, güzgü və kosmetika (qızların masası üzərində) peyda olur. Şəxsi əşyalarla yanaşı bloknot, vərəqlər, «yaddaşnamələr» qələmlər və bir çox digər iş əşyaları da yerləşdirilir.

Masanın üzərində nələrin, iş, yoxsa şəxsi əşyaların çox olmasından asılı olaraq, işçi haqqında müəyyən təsəvvür, daha dəqiq desək, onun işlə məşğul olan, yaxud vaxtın çox hissəsini özünə həsr edən insan olması barədə fikir formalaşır.

«Mənim masamın üzərində noutbuk, təqvim, qələmlər, karandaşlar, sancaqlar, markerlər, sevimli adamların fotoşəkilləri, üzərində işlədiyim sənədlər və sair əşyalar olur. Mən nə həyatımda, nə də iş yerində nizamsızlığı qəbul etmirəm və hesab edirəm ki, əgər bütün məsələlər vaxtında və tez həll olunsa, o zaman masa üzərində heç nə yığılıb qalanmaz», – deyə Restoran sahibi Elnur Ömərov bildirir.

Yüklənmiş iş masası heç də bütün rəhbərlərin xoşuna gəlmir. Hal buk i, bəzi rəhbərlər buna laqeyd yanaşır və qarşıya qoyulmuş vəzifələrin həllini daha prioritetli hesab edirlər.

Məsləhət: Əgər siz masanızın üstünü dekorativ əşyalarla bəzəmək istəyirsinizsə, buna o qədər də aludə olmayın. Sizin əhvalınızı qaldıracaq və masanın üstünü bəzəyəcək iki-üç kiçik elementin olması kifayətdir. Hazırda istifadə etmədiyiniz əşyaları, məsələn sənədləri masanın üzərində saxlamayın. Hər bir əşya öz yerində olmalıdır. Masa – ilk növbədə iş məkanıdır.

İş inventarı ilə yüklənmiş masa

Digər bir işçi tipi üçün masanın üzərində yalnız dəftərxana ləvazimatlarının və iş sənədlərinin olması vacibdir. Lakin düşünməyin ki, bu cür işçilərin masaları ideal vəziyyət olur. Burada da, əvvəlki halda olduğu kimi, tam xaos, həm də səliqə və nizam hökm sürə bilər.

İş masası üzərində kağızların çoxluğu sənədlərin itməsinə və ya onların üzərinə təsadüfən qəhvə dağılmasına gətirə bilər. Bu isə o deməkdir ki, sizə itirilmiş məlumatı tapmaq üçün əlavə vaxt lazım olacaq…

«Mənim masam üzərində qorxunc bir qaydasızlıq var. Masanın üzərində pərakəndə şəkildə vizit kartları, kağızlar, sənədləri surətləri, çap olunmuş yazılar, bir neçə qələm, fleş-kartlar, iki mobil telefon, bir neçə knopka var. Hərdən, dağınıqlıq həddən artıq olanda, mən əsəbiləşməyə başlayıram və iş yerimi qaydaya salmağa başlayıram. Bir-iki gün ideal nizam hökm sürür, lakin sonradan yenə hər şey öz yerinə qayıdır», – deyə ASPI Winery şirkətinin PR meneceri Maksim Kostenko bildirir.

Masanın üzərində səliqə-sahman olması yaxşıdır, o vaxat qədər ki, bu zəhlə tökən bir vərdişə çevrilməsin. Əgər işçi səliqəsizlikdən yaxa qurtarmağa çalışırsa, o, təsadüfən kağızlara baxmadan lazımlı bir sənədi tullaya bilər.

Bu halda rəhbərin işçiyə münasibəti, onun bu məsələyə şəxsi münasibətindən asılı olur: rəhbərlərin bəziləri hesab edirlər ki, masanın üzərində kağızların çoxluğu – gərgin əmək fəaliyyətinin göstəricisidir. Digərləri isə hesab edirlər ki, rəhbər həmin işçinin öhdəsindən gələ bilmir. Elə işçinin masasının üzərindəki vəziyyət də bu nöqteyi-nəzərdən qiymətləndirilə bilər.

Məsləhət: Əgər siz iş vaxtı çox sənədlərsiz keçinə bilmirsinizsə, çalışın onları vacibliyinə görə, tapşırıqların yerinə yetirilməsi müddətlərinə görə ayırın. İstifadə olunmuş kağızları masanın üzərində saxlamayın, onları öz yerlərinə yığışdırın. Yox əgər sizin üçün səliqə-sahman vacibdirsə, o zaman zibil qutusuna atmazdan əvvəl bütün sənədləri yoxlayın.

Boş masa

Bu cür masa üzərində siz dəftərxana dəsti və kompüter görə bilərsiniz. Bu cür masanı gördükdə düşünmək olar ki, bu masanı ofisə elə indicə gətiriblər. Bu cür iş yerində çalışan işçi hesab edir ki, işi yerinə yetirən kimi masanın üzərindən artıq şeylərin hamısını yığışdırmaq lazımdır. Səliqə-sahman olmasına çalışmaq təqdirəlayiq haldır, lakin məhz bu qədər səliqəlilik bir qədər artıqdır. Çünki kənardan elə görünə bilər ki, işçi heç bir işlə məşğul deyil.

«Mən işləyərkən iş yerindən asılı olmuram. Mənim iş stolum yoxdur. Noutbukdan əlavə mənim bir cüt telefonum, planşetim və orqanayzerim var, lakin bunların hamısı mənim çantamda «yaşayır», - deyə yazıçı Rəna Yüzbaşı bildirir.

Rəhbər masasının üstü boş olan işçilərə ehtiyatla yanaşacaq. Bu məsələdə yalnız o hallar istisna olur ki, rəhbər özü masanın üzərində artıq şeylərin olmamasında israr edir.

Məsləhət: Əgər minimalizm sizin həyatınızın bir hissəsidirsə, o zaman bunu işə tətbiq etmək lazım deyil. Bu xüsusiyyət ev interyerində qorunub saxlana bilər, amma iş yerində yox.

«İş yeri çox rahat olmamalıdır. Əvvəllər bizdə divan və kreslolar var idi – bu diqqəti cəmləməyə mane olurdu. Xoşlayıram ki, masanın üzərində telefon, qeyd dəftəri və qələmdən başqa heç nə olmasın. Bütün qalan şeylər isə zir-zibilin içində ola bilər. Kağız və sənədləri və rəflərə və istifadə etmədiyimiz masalara yığışdırıram», deyə AIESEC Azərbaycan şirkətinin prezidenti Tatyana Sanina bildirir.

Hər bir işçinin masası təkcə onun işlə məşğul olduğu məkan deyil, həm də onun özünün bir hissəsidir. Fen-şuyun ofisdəki iş yeri ilə bağlı qızıl qaydalarından birində deyilir: şüarları və ilhamlandırıcı deyimləri yaxşı görünən yerdə asın. Digər qaydalarda isə deyilir ki, iş yerini təmiz saxlamaq və sizin üçün xoş olan əşyalarla əhatə etmək lazımdır.

İş yeri rahat olmalı və sizi işə həvəsləndirməlidir. «Qızıl orta» qaydasına riayət edin və o zaman sizin üçün işləmək daha xoş olacaq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.