az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

İş vaxtının bölgüsü: tayam menecmentə dair qısa kurs

23.04.2013 | Fatimə Səmədova, Jobs.day.az

İşə gecikməmək üçün evdən vaxtında çıxa bilmirsiniz? Ofisdə də bütün işlərinizi yerinə yetirmək üçün vaxtınız çatmır? Problem iş vaxtı çatışmazlığında deyil, prioritetlərin düzgün müəyyən edilməməsindədir.

Taym-menecment – işləri vaxta görə düzgün bölüşdürmək sənətidir. Bu, qarşıya qoyulmuş işlərin həlli üçün yalnız lazımi qədər vaxt ayıraraq, əlavə vaxt itirməməyi nəzərdə tutur. Taym-menecment elmi əlavə məsrəf və ya hansısa fövqəladə bacarıqlar tələb etmir.

Vaxt bölgüsü nədən başlayır?

«Dünən nə baş verməsindən, yerinə yetirilmiş işlərdən, habelə təqvimdə nəzərdlə tutulmuş işlərdən asılı olmayaraq, növbəti günün işləri planlaşdırılır», – deyə ARPA İctimai birliyin icraçı direktoru Nərmin Qəniyeva bildirir.

«Bu zaman qarşıda duran vəzifələrin prioritetliyi və müəyyən işlərin həmkarlara tapşırılması imkanları nəzərə alınır», - deyə şirkət rəhbəri vurğulayır.

Nə qədər sadə səslənsə də, amma yalnız işlərinizin planlaşdırılması sizə qarşıda duran məsələlərin həlli üçün sizə nə qədər vaxt lazım olduğunu dəqiq dərk etməyə imkan verər.

İşləri əhəmiyyətinə görə bir neçə mərhələyə bölürlər:

  • Çox əhəmiyyətli – siyahıda ən prioritet işlər, əsasən, vaxtı dəqiq müəyyən olunan və nadir hallarda dəyişdirilən görüşlər və danışıqlar.
  • Orta əhəmiyyətli – yerinə yetiriləcəyi vaxt müəyyən olunmamış işlər, kommersiya təklifinin hazırlanması, yüksək əhəmiyyətli işlər arası vaxtlarda yerinə yetirilir və elə həmin işlərə görə yarımçıq qala bilər.
  • Az əhəmiyyətli işlər – bir növ xatırlatmalar, planlı işlər, məsələn, layihənin icrasının yoxlanması, həmkara zəng.
  • Təcili işlər – qəflətən meydana çıxır və tezliklə həllini tələb edir. Bu cür işlərə təcili xəbərlərin dərc olunması və ya kranın təmir olunması.

Sabahkı işlərin bölüşdürülməsi

Qısamüddətli işləri, yəni yaxın vaxt ərzində və uzunmüddətli işləri, mərhələli şəkildə həll ediləsi işləri nəzərə almaq lazımdır.

Bunun üçün bütün işləri iki sütuna yazmaq lazımdır. Birinci sütunda sabah yerinə yetirməli olduğunuz işləri, ikinci sütunda isə o qədər də təcili olmayan işləri qeyd edin. Birinci sütunda qeyd olunmuş işlərdən sabah üçün plan tərtib olunur. İkinci sütunda qeyd olunmuş işlərdən isə bu plana 12—dən artıq iş əlavə etmək lazım deyil. Bu, iş qrafikini həddən artıq yükləmədən bir neçə işi eyni zamanda görməyə kömək edəcək.

Növbəti iş günü üçün plan tərtib olunarkən orta və az əhəmiyyətli işləri çox əhəmiyyətli işlərin arasına salmaq lazımdır. Çünki məhz çox əhəmiyyətli işlərin vaxtı dəqiq müəyyən olunmuş olur.

«Hər bir məsələ həll olunarkən prioritetlərin müəyyən olunmasında dəqiqlik, diqqətin cəmləşdirilməsi və hər bir icra mərhələsinə nəzarət vacibdir, –  deyə Unibank-ın marketinq şöbəsinin rəhbəri Yevgeni Soltanov bildirir. «Gün ərzində insanın beynində minlərlə ideya, fikir meydana gəlir ki, onları yerinə yetirmək istəyirsən. Və əgər onları sistemləşdirməsən, onların heç biri həyata keçməyəcək», - deyə bank nümayəndəsi bildirir.

Prioritetlərin müəyyənləşdirilməsi siyahıdakı bütün işlərin yerinə yetirilməsi üçün əsas amillərdən biridir. Vacib işləri günün sonuna saxlamayın. Onları yerinə yetirməyə vaxtınız çatmaya bilər ki, bunun da nəticələri müxtəlif ola bilər.

İşləri vacibliyin azalması sırası ilə qeyd etmək daha rahatdır. Belə olduqda, planda göstərilən bütün işləri yerinə yetirmək ehtimalı artır. İşlərin prioritetliyi dəyişirsə, onların siyahıda yerini dəyişməkdən qorxmaq lazım deyil. Ən əsası odur ki, cari işləri yerinə yetirməkdir.

Yerinə yetirilməsi bir qorxu yaradan, haradan başlayacağınızı bilmədiyiniz iri miqyaslı işlərə də diqqət ayırmaq lazımdır. Bu cür işlərə dissertasiya və ya hansısa iri bir layihənin yazılmasını misal gətirmək olar. Bu cür hallarda tapşırığı mərhələlərə, alt tapşırıqlara, daha kiçik tapşırıqlara bölmək və onları adi işlər kimi yerinə yetirmək də olar.

«Üç işdə işlədiyimi nəzərə alaraq, hər gün hər saatımı planlaşdırıram, – deyə yazıçı Natella Osmanlı bildirir. «Mən bu yaxınlarda başa düşmüşəm ki, sutkada saatların sayı çox azdır, bundan əlavə, insan amili də var. Biz ətrafımızdakı insanlardan və onların iş rejimindən asılıyıq», deyə – yazıçı bildirir.

«Təxirə salma» sindromu

Əgər gün ərzində qarşıda duran tapşırıqların həllin tatdırmaq istəyirsinizsə, xronofaqlardan qaçın! Xronofaqlar bilavasitə tapşırıqların yerinə yetirilmiəsinə manne olan canlı, eyni zamanda cansız obyektlərdir. Xronofaqlara misal olaraq söhbət etmək istəyən həmkarları və ya «təxirə salma» sindromunu (prokrastinasiya) misal gətirmək olar.

AtaHolding-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nizami Mehdiyevin fikrincə, taym-menecmentdə qızıl bir qayda var.

«Öz işlərini prioritetə görə bölmək lazımdır. Əlbəttə, hər şeyə vaxt tapmaq fiziki olaraq mümkün deyil. Bazarın bu inkişaf səviyyəsində biz marketoloqlar daim öz planlarımıza dəyişiklik etməyə məcbur oluruq, amma bunların hamısı şirkətin mənafeyi üçündür», deyə şöbə müdiri bildirir.

Sözsüz ki, istənilən işçinin yerinə yetirilməsini bir sıra səbəblərdən təxirə saldığı işləri olur. Məsələn, uzun müddət növbədə dayanmalı olacağı banka səfər. Bu cür tapşırıqların yeriny yetirilməsi üçün onları da ikinci sütuna qeyd edərək, təcili olmayan işlər sırasına daxil etmək və onları da gündəlik plana eyni prinsiplə daxil etmək lazımdır.

Century 21 şirkətinin rəhbəri Orxan Bağırov isə işlərini iki hissəyə böldüyünü deyir. «Birinci hissə müştərilərlə işdir, bunun üçün hər zaman vaxt və güc tapılır. İkinci hissə isə – qalan işlərdir. İkinci hissəni müxtəlif fors-major hallara görə, məsələn Bakının küçələrindəki tıxaclara görə «sonraya» saxlamaq lazım gəlir.

Taym-menecment heç də istirahətə vaxt ayırmadan işləmək demək deyil. İnsana hökmən iş proseslərindən ayrılmaq lazımdır. Bunun üçün ən azı işi evə daşımamaq və istirahət vaxtı ondan ayrılmaq lazımdır. Qeyri-iş vaxtlarında dincəlmək lazımdır. Əks halda yorğunluq üst-üstə yığılacaq, məhsuldarlıq isə azalacaq.

Taym-menecment – təkcə iş vaxtının planlaşdırılması deyil, bu həm də qarşıya qoyulmuş məqsədlərə nail olma yollarıdır. Ən əsası odur ki, siz effektiv olmaq istəyəsiniz.

 
Açar sözlər: İnsan resursları taym-menecment
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.