az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Həmkarınızın sosial şəbəkədəki səhifəsi onun haqqında nələri deyə bilər?

02.04.2013 | Jobs.day.az

İşə düzələrkən yeni kollektivlə tanışlıq ehtiyacı yaranır. Amma yəqin ki, insan sosial şəbəkədəki şəxsi səhifəsi onun haqqında özündən daha çox şey deyə bilər.

Son tədqiqatlara əsasən, işçilərin 71%-i iş yoldaşlarını sosial şəbəkədəki səhifədə dostları sırasına əlavə edir, 17%-i əməkdaşlarla dostluqdan imtina edir, 12%-i isə vəziyyətdən asılı olaraq qərar qəbul edir. Kişi işçilərin 75%-i öz həmkarlarını əlavə etməyə hazır olduğu halda, qadın işçilərin cəmi 65%-i buna hazırdır.

Dostluğun qəbul edilməsindən imtina əksər hallarda insanların şəxsi həyatını həmkarlardan və iş fəaliyyətindən ayırmaq istəyindən irəli gəlir. İstifadəçilərin əksəriyyəti sosial şəbəkələrdə nəyi dərc etmək barədə düşünmürlər. Onlar bir qayda olaraq, düşünürlər ki, onların şəxsi məlumatlarını yalnız «Dostluğa» qəbul etdikləri şəxslər baxa biləcəklər.

Əgər işçi sosial şəbəkədəki obrazına uyğun gəlmirsə, həmin insanın şirkətdə yaratdığı imic ciddi şəkildə laxlaya bilər.

Öz həmkarlarını sosial şəbəkədə dostluğa qəbul etmək istəməyən respondentlər yekdil olaraq, iş yoldaşlarının onların şəxsi həyatından xəbərdar olmasını istəmirlər (qadınların 33%-i, kişilərin isə 22%-i). Kişilər qadınlara nisbətən həmkarların dostluğa əlavə olunmasının lazım olub olmaması barədə daha az düşünürlər.

Həmkar dostluğa əlavə olunduqdan sonra, bundan heç də az əhəmiyyət kəsb etməyən sual meydana çıxır: onunla ünsiyyət saxlamaq lazımdır, yoxsa yox?  Rəyi soruşulanların əksəriyyəti (95%) həmkarları ilə ünsiyyət saxlayırlar və cəmi 5%-i isə yalnız yeniliklər lentini nəzərdən keçirir və ya ümumiyyətlə heç bir əlaqə saxlamırlar. Tez-tez həmkarlar bir biri ilə yazışır (46,5%), şəkillərlə bölüşür (36%) və bir birinin fotoşəkillərini nəzərdən keçirirlər.

İlkin tanışlıq mərhələsini keçdikdən və sosial şəbəkədə ünsiyyətə başladıqdan sonra ilkin nəticələr meydana çıxır: ümumi maraqlar və ortaq nöqtələr aşkar olunur. Qadınların 44%-i, kişilərin isə 41%-i öz həmkarları ilə sosial şəbəkələrdə dostlaşa biliblər. Qadınların 36%-i, kişilərin isə 33%-i sosial şəbəkədə dost olmamışdan əvvəl artıq bir-birini tanıyan insanlardır.

Həmkarların bir-biri ilə müzakirə üçün mövzu tapa bilməməsi ehtimalı cəmi 4-6%-dir. Tanışlığın dərinləşməsi faydalı ola bilər, lakin heç də hamını dostların şərəfli siyahısına daxil etmək olmaz. Buna görə də, bəzi istifadəçilər öz şəxsi danışıqlarını həmkarları ilə sosial şəbəkələrdə ünsiyyətdən ayırmağa çalışırlar. Bu məqsədlə kişilərin ən çox istifadə etdikləri funksiya – müəyyən istifadəçilərin səhifədəki informasiyalara çıxışının məhdudlaşdırılması funksiyasıdır.

Qadınlar arasında isə yeni səhifənin açılması funksiyası daha geniş yayılıb. Bu, dostlar və həmkarlar arasında dəqiq sərhədi müəyyən etməyə və dostlar üçün əlçatan olan informasiyanı hamı ilə bölüşməməyə imkan verir.

 
Açar sözlər: insan resursları sosial şəbəkələr
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.