az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Xəyallarınızın şirkəti hansı şirkətdir?

19.03.2013 | Jobs.day.az

Hamımız sevdiyimiz işdə işləmək və buna görə çoxlu pul almaq istərdik. Özü də elə olsun ki, təkcə məşğul olduğumuz iş yox, çalışdığımız şirkət də xoşumuza gəlsin. 2013-cü ilin əvvəlində «Xəyallarınızın şirkəti» mövzusunda sorğu keçirilib. Belə ki, Jobs.Day.Az şirkəti iş axtaranların çalışmaq istədikləri ən yaxşı firmaların reytinqini tərtib edib. Sorğunun nəticələrini diqqətinizə təqdim edirik.

Təəccüblü deyil ki, lider mövqeyi British Petroleum (bp) neft şirkətinə məxsusdur. Belə ki, respondentlərin üçdən biri adı çəkilən şirkətdə işləmək arzusunda olduğunu bildirib. İkinci pillədə yenə də neft sektoruna aid şirkət gəlir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 13%-lik göstərici ilə ikinci pillədə qərarlaşıb. Azercell Telekom və Pasha Holding isə respondentlərin 8%-inin səsini toplayaraq üçüncü yeri bölüşüblər. Bunlardan əlavə ilk beşliyə 6%-lik göstərici ilə Azərbaycan Hava Yolları şirkəti də daxil olub, lakin təəssüf ki, infoqrafikada yer tuta bilməyib.

Rəyi soruşulanların 72 %-i kişilər, 28%-i isə qadınlardır. Neft sahəsinin daha çox kişilərlə assosiasiya olunmasına baxmayaraq, qadınlar bu sahəyə can atmaqda heç də geri qalmırlar. Rəyi soruşulan qadınların 15%-i bp, 14% -i isə ARDNŞ-də işləmək arzusunu ifadə ediblər.

Sorğuda həmçinin kifayət qədər səs toplamayaraq ilk beşliyə daxil olmayan şirkətlər də iştirak ediblər:

  • AF Holding
  • Atropatena LTD
  • British American Tobacco
  • Chevron
  • Delloite
  • Halliburton
  • Expressbank

İnfoqrafikadan göründüyü kimi, rəyi soruşulanların əksəriyyəti karyerada irəliləməni hətta layiqli əmək haqqı və işin hörmətindən də üstün tuturlar. Yeri gəlmişkən, sorğu zamanı qadınların karyerada irəliləmək imkanına daha çox üstünlük verdikləri məlum olub. Hal bu ki, kişilər karyera və əməkhaqqına daha çox üstün tutublar.

 
Açar sözlər: İnsan resursları şirkətlər
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (329)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.