az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

İş yerində intriqaların qarşısını alırıq

14.03.2013 | Fatimə Səmədova, Jobs.Day.Az

Ofis insanların müəyyən tapşırıqları yerinə yetirmək üçün birləşdikləri yerdir. İşçilər bir kollektivdə uzun müddət işlədikcə, onların arasında ünsiyyət yava-yavaş işgüzar mühitdən şəxsi müstəviyə keçir. Bunun ziyanı yoxdur, əgər xidməti vəzifələrin yerinə yetirilməsinə mane olmursa…

İşdən kənar söhbətlər

İş yerində işlə bağlı məsələləri müzakirə etmək hər yerdə qəbul olunmuş bir haldır. Amma işə məhəl qoymadan, şəxsi problemlər barədə danışmaq normal hal deyil.

Bir çox işçilər müəyyən mövzuların müzakirəsi ətrafında birləşirlər. Bəzi hallarda isə, əksinə, ortaq məxrəci tapa bilmədikdə, bu ünsiyyət mübahisələrə də çevrilir. İşçi kollektivdə özü barədə nə qədər çox danışırsa, həmin məsələnin onun xəbəri olmadan müzakirə olunacağı ehtimalı da böyüyür. Fitnəçilərin əksəriyyəti etimad qazanaraq şəxsi həyatın təfərrüatlarını öyrənməyə çalışırlar ki, lazım gələndə həmin məlumatlardan öz həmkarına qarşı istifadə etsinlər.

Bu cür problemlərin kifayət qədər müxtəlif həlli yolları var. Siz əməkdaşları yanınıza çağıraraq onlarla korporativ etika barədə danışa bilər, kollektivdə baş verən hadisələr və intriqalardan xəbərdar olduğunuzu diqqətə çatdıra bilərsiniz. Və yaxud həmkarlarını müzakirə edən işçilərlə «insidentin təkrar olunacağı təqdirdə onların aqibətinin necə olacağı» mözusunda maarifləndirici söhbət apara bilərsiniz.

«Başyeyənlər»

Əməkdaşlar arasında vəzifə fərqləri də tez-tez mübahisələrə və üstüörtülü söhbətlərə səbəb olur. Axı iyerarxiyada özündən yuxarı pillədə duran şəxslə birbaşa əlaqədə olan işçilərin ünsiyyəti tez ya gec paxıllıq və kin hissləri ilə dolub daşa bilər.

Daha yüksək vəzifə tutan əməkdaş yaşda həmkarlarından kiçik olduqda isə vəziyyət bir qədər də gərgin olur. Bu cür işçiyə etimadsızlıq və öz iş yerini itirmək qorxusu meydana çıxır. Ona görə də, kollektivə gənc rəhbər işçini təqdim edərkən onun işdə vəzifələrini dəqiq müəyyən etmək, hamının öz işi ilə məşğul olduğunu və hər bir əməkdaşın şirkət üçün qiymətli olduğunu vurğulamaq lazımdır.

Karyera nərdivanı çox hündür və sıldırım olanda işçilər ona dırmaşmaq üçün müxtəlif üsullar düşünüb tapır, aldadıcı manevrlər edir və «qəddar» oyunlar aparırlar.

Pərdə arxası intriqaların əksəriyyəti məhz bu cür hallarda meydana çıxır: rəhbərliyin gözündə yüksəlmək və ya həmkarlarının qüsurlarını qabardaraq öz çatışmazlıqlarını gizlətmək cəhdləri, hətta bəzi hallarda həmkarların psixoloji gərginliyə salınması üçün digər əməkdaşlara mənəvi təzyiq göstərilməsi. Bu cür işçi aşkar edilən kimi, vəziyyətdən bir çıxış yolu qalır – səbəbini izah edərək onu işdən azad etmək.

Boutique Travel jurnalının baş redaktoru Vyaçeslav Sapunov hesab edir ki, «intriqalar və «xalçaaltı güləş» böyük kollektivlər, çoxşaxəli, iyerarxik cəhətdən yüklənmiş idarəetmə sistemləri üçün səciyyəvidir».

«Bizim kollektiv isə daha çox ailəyə bənzəyir və bu ailədə mütəmadi olaraq övlad – jurnal «doğulur». Bizim iş yükümüz elədir ki, intriqalara vaxtımız yoxdur», - deyə redaktor bildirir.

Digər bir problemli kateqoriya «təcrübəli» işçilərdir. Onlar öz vəzifələrini yalnız rəhbərlik tələb etdikdə, ya da işin görülmə müddəti sona yaxınlaşdıqda yerinə yetirirlər. Tələsik yerinə yetirilmiş iş onları tam qane edir. Lakin ofisdə yeni işçi peyda olan kimi, köhnə işçilər əməllərinin üstünün açılmasından narahat olur və əksər hallarda yeni işçiyə sataşırlar. Bu şüuraltı səviyyədə və böyük ehtimal ki, onların unikal iş qabiliyyətlərinə malik olduqlarını və yeni işçinin hələ bu qabiliyyətləri gec mənimsəyəcəyini vurğulamaq üçün edilir. Bu cür kollektivlərdə yeni işçinin uyğunlaşma prosesini nəzarətdə saxlamaq, köhnə işçilərlə «kollektivdə münasibətlər» mövzusunda söhbətlər aparmaq lazımdır.

Kollektivdə zarafatlar

Müxtəlif insanların yumor hissi müxtəlif olur. Anlaşılmazlıqlar bu zəmində də baş verə bilər. Kimsə pis zarafat edə, buna görə kin isə uzun müddət həmkarının qəlbində qala bilər. Hər bir əməkdaş üçün yol verilən həddi müəyyən etmək rəhbər üçün naqolay olacaq. Həm də ki, «zarafatcıl» özü öz hərəkətlərini tam zərərsiz hesab edəcək. Bu cür hallarda ən yaxşısı yeni əməkdaşı xəbərdar etmək, ofisdəki «zarafatcıllara» fikir verməməsini bildirmək lazımdır. Sakitliyin pozucularının özlərini isə xəbərdar etmək lazımdır ki, siz gələcəkdə xoşagəlməz insidentlərin aradan qaldırılması üçün sərt tədbirlər görə, hətta işdən azad da edə bilərsiniz.

«Xoşbəxtlikdən bizim kollektivdə intriqa və ya hansısa «xalçaaltı güləş» yoxdur! Amma bu cür hallarla mübarizə üsulu birdir: aşkarlıq və həqiqət!», – deyə rekrutinq/konsaltinq şirkətinin direktoru Fesco İlyas Əfəndi bildirir.

Kişi kollektivləri

Belə hesab olunur ki, intriqalar qadın kollektivlərinə xasdır. Amma bu əsla belə deyil. Belə ki, kişi icmalarında intriqalar daha sərt olur və emosional səviyyədə deyil, dəqiq düşünülmüş qərarlar əsasında qurulur.

Güclü cinsin pərdə arxası oyunlarından daha çox ehtiyat etmək lazımdır. Çünki, işçilər təkcə özlərinə deyil, ümumilikdə şirkətə ziyan vura bilərlər. Belə hallarda səbəbkarı tapmaq elə də asan olmur, lakin kollektivlə ətraflı danışmaq, kişi intriqalarının bütün mənfi nəticələrinin bütün təfərrüatlarını müzakirə etmək olar.

Kollektivdə intriqalar olub, var və olacaq. Onların aradan qaldırılmasında əsas olan – prioritetlərin düzgün müəyyən olunması və əməkdaşlarla sistematik işin aparılmasıdır.

Vəziyyətdən nəzarətdən çıxmasını və sizin sərt addımlar atmağa məcbur olacağınız məqamı gözləmək lazım deyil. Vəzifələrin dəqiq bölgüsü və işdən sonrakı vaxtlarda korporativ tədbirlər vəziyyəti normallaşdıra və kollektivi sıxlaşdıra bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.