az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

İnfoqrafika: İdeal iş necə olur?

26.02.2013 | Jobs.day.az

2012-ci ildə Azərbaycanda baş vermiş əmək proseslərinin növbəti təhlili ideal iş barədə tədqiqatda öz əksini tapıb. Jobs.Day.az saytının keçirdiyi sorğu əsasında hamının arzu etdiyi ideal işin təqribi təsviri verilib.

Bakılıların əksəriyyətinin fikrincə, ideal işdə əmək haqqı 1000 AZN-dən yüksək, iş vaxtı saat 9:00-dan 18:00-ə qədər olmalı, ofis isə yaşayış yerindən 30 dəqiqəlik məsafədə yerləşməlidir.

Cinsindən asılı olmayaraq, respondentlər özü kiçik, lakin əmək haqqı böyük olan şirkətdə işləməyə üstünlük verirlər. Bu göstərir ki, maaş şirkətin nüfuzundan daha vacib amildir.

Özünü göstərərək karyerada irəli getmək hər iki cinsin nümayəndələri üçün vacibdir. Lakin qadınlar özlərini göstərməkdə daha çox maraqlıdırlar. Kişilər isə ezamiyyətlərə daha həvəslə yollanacaqlarını bildiriblər.

Respondentlərin əlavə şərhləri:

  • Əsas odur ki, yuxarı rəhbərlik əsəblərlə oynamasın
  • Heç danışmağa dəyməz… Hər yerdə at kimi, üç nəfərin əvəzinə işləyirsən
  • Yaxşı işdə aşağıdakılar olur:

1) yaxşı əməkhaqqı

2) ətrafda savadlı və mədəni adamlar

3) perspektiv

4) səni işçi kimi qiymətləndirirlər - həm direktor, həm də qalan işçilər.

5) işçi beş nəfərin əvəzinə işləmir, YALNIZ öz işi ilə məşğul olur

  • İşçi kimi tanışlıqla işə düzəlib, səndən dəfələrlə yüksək əməkhaqqı alan, yekəxana gəzən  və avaralıq edən işçiləri deyil, məhz səni qiymətləndirirlər
  • Vətəndə, ailənin yanında işləmək. Yəni, səhər işə, axşam isə evə gəlmək.
  • Kollektiv mədəni və mehriban olsun, yekə-yekə danışıb hamını və hər şeyi müzakirə edənlər olmasın!
  • İdeal iş yoxdur! Yaxşı iş odur ki, sən müxtəlif ölkələrə gedəsən, maraqlı insanlarla tanış olasan, yüksək əməkhaqqı alasan, məzuniyyət 60 gün olsun, istirahətə yol vərəqəsi və mehriban kollektiv olsun!
  • Yaxşı iş odur ki, şəhərdə bir neçə obyektin olur, onları icarəyə verirsən və hər ay gedib icarə pulunu alırsan.
  • Siz Aydan düşmüsüz? 60 gün məzuniyyət…
  • Ümumiyyətlə: işdə «yanmamaq» üçün, hər iki aydan bir istirahət etmək lazımdır!
  • Yaxşı iş olmur, əgər məşğul olduğun xoşuna gəlirsə, deməli bu yaxşı işdir. Əgər belə deyilsə, o zaman sən işin pis olmasına 100 bəhanə axtaracaqsan. Ədalətsizlik isə hər yerdə var! Sadəcə olaraq bunlara fikir verməmək və sevimli işlə məşğul olmaq lazımdır. Hər şey həyatdakı kimidir.
  • Guya ki, müqavilə var, amma elə həmişə at kimi işləyirsən: bayram günlərində də işə çıxırsan və sənə hələ deyirlər ki, «əgər maaş almaq istəyirsənsə, sus, otur».

Jobs.day.az saytı HeadHunter və Day.Az-ın tərəfdaşlıq layihəsidir, iş və işçi heyətin axtarışı üzrə orta və yüksək səviyyəli menecerlərə istiqamətlənmiş peşəkar saytdır. Saytda yerləşdirilən bütün məlumatlar redaktə olunur.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.