az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Kimi işə götürməli: cavanı, yoxsa qocanı?

19.02.2013 | Fatimə Səmədova, Jobs.Day.az

İşəgötürənlərin əksəriyyəti kimi işə götürmək məsələsində çətin seçim qarşısında qalırlar. Kimə üstünlük verməli: təcrübəsi az olan gənc işçiyə, yoxsa, peşəkar təcrübəyə malik olan yaşlı şəxslərə?

Sözsüz ki, gənc namizədlərlə müqayisədə, müəyyən sahədə böyük iş təcrübəsinə malik olan, xeyli kurs və seminarlarda iştirak etmiş iş axtaranlara tələbat daha çox olmalıdır. Lakin illər ötdükcə, yaşlı işçinin məmnuniyyətlə işə götürüləcəyinə əminlik tədricən əriyib gedir. Hazırda vakansiyaları nəzərdən keçirərkən, 30-35 yaşlı namizədlər əksər hallarda ah çəkərək öz-özünə deyir: «Bir az cavan olsaydım…».

Lakin universiteti təzəcə bitirmiş gənc mütəxəssislər də əksər hallarda iş tapmaqda çətinlik çəkirlər. İlk iş yerlərində isə onlar ya rəhbər vəzifələrə yaxın buraxılmır, ya da onlara aşağı əməkhaqqı verilir.

Təcrübəsi və ya peşəkar iş stajı az olan namizədlər, hətta böyük potensiala malik olmalarına rəğmən, ən aşağı əməkhaqqı ilə işləməyə məcbur olurlar. Bunların hamısı təcrübə toplayaraq gələcəkdə daha yüksək əməkhaqqı və maşa iddia etmək üçündür.

İşə qəbul olunmaq üçün «qazıl dövrü» 24-45 yaş arasıdır. Bu cür namizədlər üçün vakansiyalar kifayət qədərdir. Bəs başqaları nə etsin? Bəzilərinin təcrübəsi çatmır, başqalarının isə artıq yaşı ötüb.

citylife.az saytının baş direktoru Sergey Silvestrov işə qəbul edərkən orta yaşlı mütəxəssisə üstünlük verəcəyini bildirir.  

«Amma mən dəqiq bilirəm ki, yaşlı adamı işə götürmərəm. Çünki, oturuşmuş iş metodları və prinsipləri olan adamı lazımi iş sisteminə uyğunlaşdırmaq çətindir. Gənc və məqsədyönlü insan isə bizim iş prosesində istifadə etdiyimiz metodlara daha tez öyrəşə bilər. Lakin mən hər zaman böyüklərin, daha təcrübəli insanların məsləhətlərinə qulaq asmağa və onların fikirləri ilə öz təsəvvürlərim əsasında optimal həll tapmağa hazıram».

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (ikinci bölmə, birinci fəsil, 16-cı maddə) yaşa, cinsi əlamətlərə və digər amillərə görə ayrıseçkiliyin yol verilməz olduğu qeyd olunub.

30 yaş həddini keçmiş namizədlər onları maraqlandıran vakansiyalara qəbul olunmaq üçün ərizə verməkdən çəkinməməlidirlər. Axı, əksər hallarda işin dəyərlərini məhz bu yaşda olan işçilər başa düşür, tənbəllik etmədən daha çox işləyə bilir və bəzi hallarda gənc kadrlara nisbətən daha aktiv olurlar. İşəgötürənlərin bu halda namizədin yaş xüsusiyyətlərini deyil, peşəkar keyfiyyətlərini qiymətləndirməsi daha məsləhətdir.

Gənc kadrların iş seçimi isə bir qədər daha çətin olacaq. Lakin burada da məyus olmaq lazım deyil: düzgün tərtib olunmuş tərcümeyi-hal, inadkarlıq və öz gücünə inanmaq işəgötürənin seçiminə təsir edə bilər. İlk mərhələdə bəzən əvvəlcədən maaşın getdikcə artırılacağı şərti ilə kiçik əməkhaqqına da razılaşmaq lazımdır. Sizin gəlirlərinizin artması üçün: sizin işinizin müddəti, müəyyən həcmdə tapşırıqların yerinə yetirilməsi, layihənin başa çatdırılması və i.a.

Gənc işçilərə fərdi yanaşma olmalıdır. «Xam» işçini işə götürməkdən qorxmaq lazım deyil. O işi tez öyrənəcək, qiymətli əməkdaşa çevrilərək bəlkə də, başqalarından daha çox xeyir gətirəcək.

Namizəd nəzərdən keçirilərkən, daha bir məqam onun məhz hansı vəzifəyə ərizə verməsidir. İşəgötürənlərin əksəriyyətində, elə müştərilərin özlərində də, müəyyən vəzifələrə qəbul olunmalı olan namizədlərin yaşı ilə bağlı stereotip formalaşıb. Məsələn, hamı ofis-menecer vəzifəsində gənc oğlanı və ya qızları görməyə öyrəşib. Çünki, assosiativ olaraq, bu vəzifə sonrakı karyera irəliləyişi üçün ilk pillə sayılır. Moda və gözəllik sahələrində də vəziyyət eynidir. Çünki burada da gənclər irəlidədir və bu sahələrə nadir hallarda 40-45 yaşlı insanları dəvət edirlər.

 Əgər 30 yaşı ötmüş şəxs şirkətdə aşağı vəzifəyə qəbul üçün ərizə verirsə, onun indiyə qədər nə üçün karyerada irəli getmədiyi sualı yaranır. Bunun bir sıra səbəbləri ola bilər və bu səbəbləri tərcümeyi-hala əlavə olunan müşayiət məktubunda qeyd etmək yaxşı olar.

İşəgötürənlərin diqqət etdikləri daha bir vacib məqam – müasir texnoloji dövrdə uyğunlaşma və dil bilikləridir. Əgər namizəd texnologiyalardan yaxşı baş çıxarırsa (ofis proqramlarından başlayaraq) və ən azı bir xarici dili, lakin yaxşı səviyyədə bilirsə, bu, sözsüz ki, müsbət hal sayılacaq.

Əgər yaşlı namizəd müəyyən vəzifəyə ərizə verirsə, o nəzərə almalıdır ki, ounun üçün belə bir şans bir daha olmaya da bilər. Yəni, həmin şəxs işəgötürəndə dərhal yaxşı təəssürat yaratmalı və öz-özlüyündə bundan sonra işini daha dəyişə bilməyəcəyini dərk etməlidir. 

Gənc və «yetkin» yaşlı işçilərin seçimi son dərəcə sadə olmalıdır. İşə qəbul barədə qərar namizədin yaşı deyil, ona tapşırılacaq işləri yerinə yetirmək qabiliyyəti nəzərə alınaraq qəbul olunmalıdır.

L'Officiel Azerbaijan jurnalının məsul redaktoru Səbinə Quliyeva hesab edir ki, «bu əbədi dilemmanı» yalnız bir yolla həll etmək olar.

«Təcrübəli əməkdaşların peşəkarlığı ilə gənclərin kreativliyini, ruh yüksəkliyini birləşdirmək lazımdır. Təbii ki, dəqiqlik və məsuliyyət tələb edən işi dünənki tələbəyə tapşırmaq çətindir. Amma siz ona özünü göstərmək üçün, məsələn, dizaynda, reklamda və ya tədbirin təşkilində bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratsanız, o təbii ki, bəzi səhvlər etsə də, sonda hamını heyrətə gətirəcək. Məsuliyyət tələb edən danışıqları isə daha təcrübəli və yoxlanmış şəxslərə həvalə etmək daha məsləhətdir. Çünki onlar vəziyyəti daha aydın qiymətləndirərək, özlərini sığortalamağı daha yaxşı bacarırlar və bunu gənclərə də öyrədə bilərlər».

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (329)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.