az / ru
 
     
 
Ana səhifə > İşgüzar təcrübə > İnsan resursları

Vakansiya haqqında necə elan verməli?

17.08.2012 | Cavid Xəlilov

Azərbaycan iqtisadiyyatında son 11 ildə vakant iş yerlərinin sayı 2,7 dəfə artıb.

Dövlət Statistika Komitəsinin (DCK) qiymətləndirmələrinə görə, əgər 2000-ci ildə vakant ştat yerləri 5197 vahid idisə, 2011-ci ilcə bu göstərici 14248 vahidə çatıb.

Hər ay kadr seçimi üzrə populyar saytlarda 300-400 vakansiya elanı olur. Elanlara görə, iri və orta şirkətlərə əsasən satış üzrə menecerlər və reklam agentləri tələb olunur.  

Özəl şirkətlərdə vakansiyalara ehtiyac necə müəyyənləşdirilir?

Təcrübədə iri və orta şirkətlər yeni ştat vahidlərinə ehtiyacı qarşıda duran məsələlərə uyğun planlaşdırırlar. “Azercell” Şirkətinin İE Departamentinin rekrutinq üzrə mütəxəssisi Aytən Fərzəliyevanın sözlərinə görə, şirkətin yeni ştatlara ehtiyacı ilin əvvəlinə qədər müəyyənləşdirilir. “Hər il sentyabr ayında Şirkətdə top-menecerlərin iclası keçirilir (Annual Operational Planning)”.

Görüş zamanı şirkətin rəhbər bloku gələn ilin strategiyasını və büdcəsini, həmçinin işin məqsəd və istiqamətlərini planlaşdırır. İclasın yekunlarına əsasən, menecerlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün neçə iş vahidi lazım olacağını müəyyənləşdirir, müvafiq plan hazırlanır.  

Çox vaxt yeni əməkdaşlara planlaşdırılmamış ehtiyac yaranır. Vakansiya iki halda açıla bilər: kadr vahidi yarananda və vəzifənin boşalması nəticəsində. Səbəb işçinin başqa vəzifəyə keçməsi, analıq məzuniyyəti, işdə yerdəyişmə və s. ola bilər.

Vakansiya yaranan struktur bölmənin rəhbəri yeni əməkdaşa ehtiyac olduqda, İE Departamentinə müvafiq sorğu təqdim edir. Fərzəliyevanın sözlərinə görə, şirkətin rəhbərliyi vakansiya haqqında sorğunu təsdiq etdikdən sonra, İE Departamenti vakansiya haqqında elan verməzdən əvvəl müvafiq fəaliyyət planı tətbiq edir.  

Vakansiya haqqında elanın tərtibinə dair məsləhətlər

İE üzrə məsləhətçi Araz Paşayevin sözlərinə görə, özəl şirkətlərdə heyətin idarə olunması departamentinin strukturunda planlaşdırma ilə məşğul olan bölmə ştat vahidinin spesifik vəzifə və funksiyalarının əsas dairəsini dəqiqləşdirir. Funksiyaların siyahısı müəyyənləşdirildikdən sonra, rekrutinq şöbəsi vakansiyanın qısa, hərtərəfli təsvirini hazırlayır.  

Araz Paşayev, İE üzrə məsləhətçi:

- Qısa mətn tərtib edin. “İxtisaslaşdırılmış saytlarda şirkətlər tez-tez vakansiya haqqında çox böyük elanlar yerləşdirir, vəzifə və funksional öhdəliklərin təfsilatlı təsvirini verirlər. Təcrübə göstərir ki, böyük mətnli elanlar heç də həmişə lazımi səmərə vermir. Namizədlər əsasən şirkətin konkret mövqeləri, həmçinin spesifik funksiyaları təqdim etdikləri “tələblər” bölməsini nəzərdən keçirirlər”.

- Ştat vahidinin təsvirini və funksiyalarını konkretləşdirin.

“Vakansiyalar haqqında elanların mətnlərində bəzən namizədin yerinə yetirəcəyi funksiyaların ümumi xülasəsinə rast gəlirsən. Əslində funksiyalar konkret, aydın, ölçülən və perspektivdə keyfiyyət, kəmiyyət (maliyyə) və ya müvəqqəti qiymətləndirməyə imkan verməlidir.   

Bununla belə, “təsvir” bölməsində şirkətin təşkilati strukturunda vəzifənin rolunu və yerini əks etdirmək, onun biznesin strateji və ya inzibati istiqamətinə aid edildiyini göstərmək, səlahiyyət və məsuliyyətlərinin səviyyəsini təsvir etmək lazımdır.

“Tələblər” hissəsində bu vəzifə üçün vacib olan səlahiyyətlər (bilik və vərdişlər) siyahısını qeyd etmək lazımdır. Bundan sonra vəzifəyə namizədin tam peşəkar təsvirini tərtib etmək üçün lazım olan səlahiyyətlər siyahısı üzərində işləməyə başlayırıq. Onların arasında qərarlar qəbul etmək, strateji planlaşdırma, maliyyələrin idarə olunması və s. kimi şəxsi və peşəkar səlahiyyətlər ola bilər.

Vakansiya haqqında elanların əsas yayılma üsulları

Tərtib olunmuş elan KİV və ya reklam vasitəsilə yayıla bilər. A.Paşayevin sözlərinə görə, konkret yayılma yolunun seçimi vakansiyadan asılıdır. Bir qayda olaraq, ali halqanın kadrlarını şəxsi əlaqələr və ya ixtisaslaşdırılmış, profil üzrə nəşrlər vasitəsilə axtarırlar.

Şirkət vakansiya haqqında elanı iki yolla, daxili və xarici kanallar üzrə yayır. Daxili kanallar dedikdə, daxili şəbəkədə - intranetdə vəzifə haqqında elanı yerləşdirmək, xarici isə şirkətin saytında elan və ya əlavə internet və mətbu ehtiyatları cəlb etməklə, məlumatın yayılması nəzərdə tutulur.

Aytən Fərzəliyeva, “Azercell” Şirkətinin İE Departamentinin rekrutinq üzrə mütəxəssisi:

- “Bəzən şirkət vakansiya haqqında əmək və məşğulluq agentlikləri vasitəsilə elan verir, paralel olaraq sosial mediadan da istifadə edilir. Vakansiya haqqında dövri ixtisaslaşdırılmış tədbirlərdə, xüsusən əmək yarmarkalarında da elan veririk. Bir sıra hallarda küçə reklamından istifadə edirik, bu daha çox ölkənin regionlarında yer alır. Belə hallarda vakansiya tələb olunan şirkətin yerli ofisinin inzibati binasına poster yapışdırılır.

Nəticə

Lakin vakansiyanın yayılması şirkətin lazımi əməkdaşı tapmasını bildirmir. “Bu gün bazarda mütəxəssis tapmaq çətindir”, - “Atlas Medical Center” İE üzrə mütəxəssisi Hicran Paşayeva qeyd edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda əmək bazarı yaranma mərhələsindədir və ona görə də bu və ya digər vəzifəyə yüz faiz uyğun namizəd tapmaq təcrübi olaraq mümkün deyil.  

“İri şirkətlər cəlbedici əmək haqqı təklif etməklə ixtisaslı heyət tapa bilirlər. Eyni zamanda, orta halqaya məxsus şirkətlər isə kadr azlığından əziyyət çəkir, az maaşa strateji işi yerinə yetirməyə cəhd göstərəcək işçi tapmağa çalışırlar. Nəticədə, yaxşı şirkət bəzən lazımi işçini tapa bilmir”.

Hətta ən ölçülmüş yanaşmada belə, şirkətə uyğun işçi tapmaq çox mürəkkəbdir. Yüksək təhsil səviyyəsinə malik əməkdaş, işin keyfiyyətinə xüsusi maraq göstərməyən insan ola bilər. İdarəetmə halqasının ixtisaslı namizədi ünsiyyətə girə bilməyən, kobud işçi ola bilər. Ona görə də vakansiya haqqında elan verərkən, şirkətin tələblərinə cavab verməyən, lakin yeni komandada inkişaf etmək, onun mühüm halqasına çevrilmək istəyən işçini qəbul etməyə hazır olmaq lazımdır.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (203)
+ Avtomobillər (237)
+ Ayaqqabı və aksesuarlar (120)
+ Banklar və sığorta (123)
+ Daşınmaz əmlak (214)
+ Ev və ofis üçün mallar (134)
+ Geyim (275)
+ Gözəllik və sağlamlıq (190)
+ Heyvanlar və bitkilər (60)
+ Hotels (168)
+ Hüquq xidmətləri (301)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (196)
+ İnteryer əşyaları (47)
+ İşgüzar xidmətlər (270)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (177)
+ Kurslar və Təlimlər (153)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (214)
+ Mebel və interyer (241)
+ Mətbuat (168)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (189)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (161)
+ Poliqrafiya (211)
+ Reklam və ictimai əlaqələr (204)
+ Restoranlar (203)
+ Stomatologiya (106)
+ Sənaye (300)
+ Telekommunikasiya (91)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (496)
+ Tikinti, tədarük (219)
+ Topdansatış ticarəti (135)
+ Turizm və istirahət (255)
+ Təhlükəsizlik və mühafizə (96)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (80)
+ Veb saytlar (79)
+ Xidmətlər (216)
+ Xüsusi avadanlıq (157)
+ Yeməklərin hazırlanması (76)
+ Ərzaq məhsulları (153)
 
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.