az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

Tanınmış biznesmen özünə tərəfdaş axtarır

04.11.2015

Dünyadakı qlobal  iqtisadi krizis fonunda ən böyük maraq daşınmaz əmlak bazarınadır. Bu arada Azərbaycanda daşınmaz əmlak bazarının lideri olan New Europe şirkəti  özünə yeni biznes tərəfdaşı axtardığını elan etdi. Hazırda yerli əmlak bazarında qeydə alınan ucuzlaşmanın və xarici bazarlara çıxış imkanlarının genişlənməsini  nəzərə alaraq, şirkət daha da böyümək, bir sıra perspektivli biznes layihələrini həyata keçirmək məqsədilə əlavə sərmayə cəlb etmək niyyətini açıqladı. İlkin məbləğ olaraq şirkət hesab edir ki, 5 milyon AZN investisiya yatırımı etməyə hazır olan yerli və ya beynəlxalq biznes tərəfdaşı ilə əməkdaşlıq etməyə hazırdır.     

New Europe şirkətinin prezidenti Vəfadar Axundov bildirir ki, bazarın mövcud əlverişli şəraitindən yararlanmamaq bir biznesmen kimi düzgün olmazdı, bu məqsədlə də bir neçə layihə hazırlanıb. “18 ildir bu bizneslə məşğulam, riteyl sektorda Azərbaycanın ən böyük və nüfuzlu şirkətini qurmağa nail olmuşam. Ona görə də istərdim ki, yeni tərəfdaşla birlikdə şirkətin daha da inkişafına, xaricə çıxma arenasının böyüməsinə nail olaq. Bugün təcili pula ehtiyacı olduğundan əmlakını satan insanlar bizə müraciət edirlər. Bu əmlakları ilk növbədə şirkət özü ala bilər. Həmçinin Rusiya, İspaniya, Dubay, Çexiya, Gürcüstan, Türkiyə, Ukrayna şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalamışıq. Xarici bazara çıxış imkanlarımız artır və hazırda xaricdə əmlaka sahib olmaq istəyən vətəndaşlarımızın aktivləşməsi də bizə ciddi layihələri həyata keçirməyi diqtə edir”, deyən cənab Axundov hazırda “New Europe” şirkətinin əsas istiqamət kimi xaricdə daşınmaz əmlak bazarına olan marağın qarşılanması üçün öz səylərini gücləndirdiyini vurğulayır. Həmvətənlərimizin Azərbaycan şirkəti vasitəsilə xaricdə əmlak payına malik olmasını reallaşdırmaq, xüsusəndə öz müştərilərinə ən əlverişli və güvənli yaşayış, biznes obyektlərini təklif etməyə çalışan şirkət bu məqsədlə xarici daşınmaz əmlak bazarının öyrənilməsini və təhlilini aparır. V.Axundov Hesab edir ki, indi elə bir mərhələdəyik ki, böyük burulğanın içində üzürük, bu vəziyyətdə hansı şirkətlər ki, pessimistliyə qapılmayaraq, işlərini inkişaf etdirməyə davam edəcəklər, onlar bu burulğanda qətiyyətlə üzərək, sonrakı sabitlik dövrünün bəhrəsinin görəcəklər.   

Elə mütəxəssis təhlili ilə bir qədər bazardakı vəziyyətə aydınlıq gətirək.  Məlumdur ki, hazırda Azərbaycandan pul kütləsinin axınında xarici əmlak bazarları xüsusi paya malikdirlər. Maraq dairəsinin coğrafiyasını çizsək, ilk növbədə Türkiyə, Ukrayna, Dubay, Rusiya bazarları öndədir və yerli riteyl sektoru həmin ölkələrlə daha sıx çalışır. “New Europe” xüsusən də tikinti şirkətləri ilə birbaşa əlaqələr qurur. Ukraynada isə “New Europe” öz nümayəndəliyi ilə fəaliyyət göstərir. Vəziyyətin təhlili isə göstərir ki, hazırda azərbaycanlıların Türkiyə, Rusiya və Ukraynanın daşınmaz əmlak bazarına vəsait yatırımları artıb. 2 il əvvəl əgər Rusiyada, Ukraynada yaşayan iş adamlarımız Azərbaycanda daşınmaz əmlak payına sahib olmağa can atırdılarsa, hazırda bu proses əksinə gedir. Azərbaycandan olan iş adamları orada əmlaka sahib olaraq biznes yatırımı etmək arzularını bildirirlər. Yaşayış yerlərinə gəlincə, əsasən istirahət məkanlarında yerləşən mülklər aktualdır. Məsələn Antaliya, Bodrum, Alaniyada mülk sahibi olanların sayı intensiv şəkildə çoxalmaqdadır. İstambulda əmlak əldə etmək istəyənlər isə  əsasən biznes məqsədi və ya orada təhsil alan ovladlarının yaşayışı üçün nəzərdə tutur. Gürcüstanda əmlakın və yaşayış məsrəflərinin ucuz olması faktı da əmlak bazarına yatırımda bu ölkəni prioritetlər sırasına çıxarıb. Həmçinin hərbi münaqişədən sonra Ukrayna əmlak bazarı xüsusilə cəlbedici olub. Ukrayna Avropaya ən yaxın ölkədir və məlumdur ki, vəziyyət sabitləşəndən sonra orada əmlakın qiyməti çox baha olacaq. Bu stabilləşməni gözləyənlər isə çoxdur.

Əlbəttə, Azərbaycandan valyuta axınının dərinləşməsi ölkəmiz üçün arzuolunan deyil, ancaq bu tendensiyanın müsbət tərəflərini də qeyd etmək lazımdır. Məlumdur ki, dünyada ən bahalı şəhərlərdən biri Bakıdır. Nəzərə alsaq ki, valyuta axını nəticəsində paytaxt Bakıda, eləcə də Azərbaycanın regionlarındakı əmlak bazarında ucuzlaşma prosesi gedir, bu daşınmaz əmlak əldə etmək istəyənlər üçün müsbət tendensiyadır.  Ancaq eyni zamanda vətəndaşlarımızın buradan valyutalarını çıxarıb digər dövlətlərdə iş qurmaq istəklərinin artması iqtisadiyyata, sahibkarlığın inkişafına mənfi təsir göstərir. Elə bu faktorları nəzərə alsaq, sahibkarlığın inkişafını stimullaşdıran qərarların verilməsinə böyük ehtiyac yaranmışdı. Hökumətin bu sahədə atdığl addımlar, xüsusən də cənab prezidentin yoxlamaların dayandırılması haqqında qərarları yenidən Azərbaycanın biznes mühitini maraqlı mövqeyə çıxara bilər. İstənilən halda, V.Axundov hesab edir ki, Azərbaycanda iş qurmaq və burada əmlak bazarına daxil olmaq istəyən xarici biznes adamları var və hazırki şərait onları bazara daxil olmağa daha da həvəsləndirə bilər.

Bəs, bu gün Azərbaycan vətəndaşları yerli bazarda hansı əmlaklara maraq göstərirlər? Təhlillər göstərir ki, qiymətlərin düşməsi fonunda əhali böyük məbləğə olan obyektləri almır. Üstəlik, qarşıdakı aylarda daşınmaz əmlak bazarında 25-30 faiz ucuzlaşma olacağı gözlənilir və bu səbəbdən də gözləmə mövqeyi tutanlar daha çoxdur, nəticədə kirayə bazarı isə aktivdir. Bu gün daşınmaz əmlak bazarındakı durğunluğu şərtləndirən amillərdən biri də ölkədə valyutaya ehtiyacın artmasıdır. Əhalinin bankarlardakı vəsaitlərini geri götürərək, hər hansı bir əmlaka və ya biznesə yatırım etmədən dollara çevirib evində saxlaması mənfi təsirlərini göstərməkdədir. Odur ki, bank sektoruna etimadın düşməsi  nəticəsində vəsaitlərin depozit şəklində yerləşdirilməsinə marağın qalmaması alternativ sərmayə sahələri məsələsini gündəmə gətirib. Yəni vəsaiti donmuş şəkildə saxlamaqdansa, dövriyyəyə buraxılması onun dəyərdən düşməsi amilini azalda bilər. Belə bir halda isə riteyl sektorunun perspektivliyi məsələsi çıxır. Xüsusən də əgər Novxanıda torpağın sotunun 200-300 AZN-ə belə təklif edilməsi kimi şərtlərlə rastlaşırıqsa, deməli daşınmaz əmlak bazarına yatırım perspektivdə ancaq qazanc vəd edir. Tikinti şirkətlərinin mənzil bazarında aktivliyinin azalması mülahizələrə görə, daha çox onların marketinq siyasətini düzgün qurmaması ilə bağlıdır. Hazırda uzunmüddətli kreditlərlə mənzil tikib istifadəyə verən tikinti şirkətlərinin işləri normal şəkildə davam edir. Tikintisi bitsə də, hazır mənzilləri kredit şərtləri ilə satmaq istəməyən, yüksək məbləğlər qoyub gözləyən bina sahibləri az deyil və onların bu cür durğunluqla itirdikləri vəsait çox yüksəkdir. Statistikanı təhlil etsək, görərik ki, iri məbləğli bahalı tikililərə müraciətlərin səviyyəsi kəskin düşdüyü halda, bazarda 120 min AZN-ə qədər dəyər daşıyan əmlakların alqı-satqısında aktivlik hələki qalmaqdadır.  Ekspertlər bu aktivliyin ilin sonuna qədər daha da yüksələcəyini və əmlak bazarında şişirdilmiş qiymətlərin real qiymətləndirmə ilə əvəz olunacağını proqnoz edirlər. Bu səbəbdən də bazar iştirakçılarını, xüsusən də daşınmaz əmlak bazarına yatırımların müəyyən pauzadan sonra səmərəli qazanc mənbəyi olma ehtimalları daha yüksəkdir.     

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.