az / ru
 
     
 
Ana səhifə > Praktikum > Karyera

MCB Lizinq: Əsas hədəfimiz kiçik və orta sahibkarlardır

18.08.2015

İqtisadiyyatda əsas təkanverici qüvvə hesab olunan kiçik və orta sahibkarların maliyyə resurslarına təlabatının qarşılanmasında lizinq müstəsna sahələrdən biridir. MCB Lizinq şirkətinin İdarə Heyətinin sədri Rəmal Cəfərov keyfiyyətli məhsulun yaradılmasında müasir texnologiyanın tətbiqinin vacib olduğunu vurğulayaraq, bu sahənin imkanlarının ölkəmizdə geniş miqyasa malik olduğunu hesab edir.  

– MCB Lizinq artıq 6 ildir ki, Azərbaycan bazarında öz xidmətlərini təqdim edir. Hansı lizinq növlərini təklif edirsiniz?

– Azərbaycanda, xüsusən qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar (KOS) daim bizim hədəf müştərilərimiz olmuşdur və biz bu istiqamətdə strategiyamızı davam etdiririk. Şirkətimiz bu sahədən olan biznes fəaliyyətinə maliyyə lizinqi xidməti təklif etməkdə çox maraqlıdır. Hazırda texnologiyanın sürətli inkişafı və müasir dünyada biznes xidmətlərinin yüksək standart tələbləri KOS müştəriləri tərəfindən təklif edilən mal və xidmətlərin keyfiyyətində rəqabəti artırır. Bu da biznesin dayanıqlı inkişafı üçün əlavə investisiyaya ehtiyac yaradır. Bu gün KOS müştərilərinin ən böyük çətinliklərindən biri məhz maliyyə resurslarına çıxışlarının məhdud olmasıdır. Bu ehtiyacları qarşılamaq və rəqabətə davamlı biznesin işkişafı üçün biz tibb, xidmət, istehsal, İT, kənd təsərrüfatı, yük və sərnişin daşımaçılığı və s. sahələr üzrə tibb, İT, istehsalat və emal avadanlıqlarının, nəqliyyat vasitələrinin, tikinti texnikasının, daşınmaz əmlakın maliyyələşdirilməsi məqsədilə xidmətlərimizi təklif edirik.

– Lizinqə götürmənin əsas şərtləri nədir və sənədləşmə təqribən nə qədər vaxt çəkir?

– Göstərdiyimiz xidmət maliyyə lizinqidir və bu məhsulun özünəməxsus lizinq obyektinin likvidliyi, kredit, əməliyyat və s. kimi riskləri vardır. Həm müştəriyə operativ və rahat xidmət göstərilməsi, həm də bu risklərin mükəmməl təhlil edilərək idarə edilə bilən səviyyədə saxlanması çox vacibdir. Bu baxımdan müştəriyə fərdi yanaşma prinsipinə sadiq qalaraq ilkin ödəniş, ayrılan maliyyənin illik faiz dərəcəsi, lizinq müddəti, lizinq ödəniş planı kimi şərtlər müəyyən olunur və risk amili nəzərə alınaraq müştəriyə maksimal əlverişli təklif verilir. Adətən müştərinin müraciətindən sonra 3 iş günü ərzində biz əməliyyatı həyata keçirməyə çalışırıq. Bu müddət daha qısa ola bilər, lakin bəzi hallarda maliyyə təhlili aparmaq üçün müştərilərin mühasibat-uçot sənədlərinin şəffaf və düzgün olmaması, lizinq obyektinin dövlət qeydiyyatı və ümumilikdə lizinq əməliyyatının özünəməxsus proseduru (sığorta, bank köçürmələri, lizinq obyektinin satıcısı ilə razılaşma, qarantiya və servis şərtləri və s.) ilə əlaqədar əlavə vaxt tələb olunur ki, bu da lizinq əməliyyatını daha qısa müddətdə həyata keçirməyə müəyyən maneələr yaradır.

– Müştəriləriniz arasında sahibkarlıq subyektlərinin hansı kateqoriyası daha geniş təmsil olunur?

– Yuxarıda qeyd etdiyim kimi, biz fəaliyyətimizin ilk illərindən qeyri-neft sektorunda çalışan KOS müştərilərin maliyyələşməsində maraqlı olmuşuq və bu işimizi hazırda uğurla davam etdiririk. Bu baxımdan malik olduğumuz lizinq portfelinin strukturuna baxsaq tibb, kənd təsərrüfatı, istehsalat, emal, xidmət, tikinti - əsasən dövlət infrastruktur layihələri, yük daşımaçılığı və s. kimi rəqabətə davamlı iqtisadi sahələr üzrə müştərilərin əksəriyyət təşkil etdiyini görə bilərik.

– Azərbaycanda lizinqin inkişaf tendensiyasını necə qiymətləndirirsiniz? 

– Bu gün qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün ən vacib məsələdir. Hazırda dünyada baş verən iqtisadi prosesler, xüsusən neftin qiymətinin düşməsi, milli valyutamızın digər əsas valyutalara nisbətən ucuzlaşması bir daha qeyri-neft sektorunun, xüsusən iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafının nə qədər zəruri olduğunu bir daha göstərdi. Hesab edirəm ki, ölkəmizin yüksək potensialından istifadə edərək bu sahənin inkişafına daha çox diqqət ayırmaq lazımdır. Rəqabətli biznes mühiti yaradaraq qeyri-neft məhsulları üzrə ixracı artırmaq və idxal məhsullarının yerli məhsullarla əvəz edilməsinə nail olmaqla ölkənin tədiyyə balansına təzyiqləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Azərbaycanın xammal, əlverişli iqlim, əmək ənənəsi və təcrübəli kadr potensialından yararlanaraq, xüsusən ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalını yüksəldərək, idxaldan asılılığı kifayət qədər azalda bilərik. Lakin keyfiyyətli məhsulun istehsalı üçün KOS müştərilərinin ən böyük çətinliyi maliyyə resurslarına rahat çıxışın arzuolunan səviyyədə olmamasıdır. Keyfiyyətli məhsulun və xidmətin yaradılmasında müasir texnologiyanın tətbiqinin vacib olduğunu nəzərə alsaq, lizinq sahəsinin imkanlarının ölkəmizdə nə qədər geniş miqyasa malik olduğu göz qabağındadır.

– Bu sahədə inkişafın daha da sürətləndirilməsi üçün nə təklif edərdiniz?

– Təklif edərdim ki, lizinq şirkətlərinə maliyyə vəsaitləri ayrılsın, dövlətin KOS müştərilərinin inkişafına ayırdığı maliyyə resurslarının istifadəsində lizinq şirkətləri də iştirak etsin. Bu gün lizinq şirkətlərinin ən böyük problemlərdən biri maliyyə vəsaitinin cəlb edilməsidir. Düzdür, ötən 5 ildə biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik, xarici bankdan 5 milyon ABŞ dolları, yerli bank və sığorta şirkətlərindən 4 milyon manata yaxın vəsait cəlb olunub. Beynəlxalq Maliyyə Korporasiyasından 3 milyon ABŞ dolları həcmində vəsaitin cəlb olunması ilə bağlı razılıq əldə edilib. Xarici səhmdar bankımız bu günə qədər 2 milyon ABŞ dolları həcmində kapital qoyuluşu həyata keçirib və bu yaxınlarda əlavə 2.5 milyon ABŞ dolları kapital qoyuluşu barədə qərar verib. Bütün bu vəsaitlərin demək olar ki, hamısı KOS müştərilərinin maliyyələşməsinə sərf edilib. Lakin bazarın təhlili göstərir ki,  KOS müştərilərin ehtiyaclarını qarşılamaq üçün daha çox vəsaitə ehtiyac duyulur.

Əgər dövlət tərəfindən maliyyə dəstəyi verilərsə, vergi sistemində güzəştlər, xüsusən ödənilmiş ƏDV-ni əvəzləşdirmək imkanı, gömrük rəsmiləşməsində ölkəyə gətirilən lizinq obyektlərinin idxal vergisindən (rüsumundan) azad edilməsi və ya güzəştlərin tətbiqi, həmçinin lizinq obyektinin elektron və rahat qaydada qeydiyyatı ilə bağı imkanlar yaradılarsa, lizinq fəaliyyəti qısa müddətdə çox sürətlə inkişaf edər. Bu da öz növbəsində KOS müştərilərinin lizinq xidmətinə çıxışını asanlaşdırar və nəticədə ölkəmizdə sağlam, rəqabətli KOS müştərilərin yaranmasına şərait yaradan əsas amillərdən biridir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.