az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

Azərbaycanda ən çox filialı olan banklar hansılardır?

18.02.2014 | Tamilla Kərimxanova

Hər il bank xidmətləri Azərbaycanda əhalinin geniş təbəqələri üçün daha əlçatan və yaxın olur. Bunu həm Bakı, həm bölgələr üzrə bank filial və şöbələrinin sayının artması əks etdirir. Təkcə ötən bir ildə bank filiallarının sayı 6.9% artaraq 700-ə çatıb, son 6 ildə isə ölkədə 500 filial açılıb. Bank şöbələrinin genişlənməsi hesabına ölkədə 848 bank satış nöqtəsi fəaliyyət göstərir.Ümumi hesabda isə Azərbaycanda hər 11 min nəfərə bir bank filialı və ya ofisi düşür. Bu çoxdur, yoxsa azdır?

Azərbaycan Mərkəzi Bankının (AMB) göstəricilərinə əsasən, əhalinin 54.6%-nin banklarda hesabları mövcuddur, bu da, 2012-ci ildəkindən 16 faiz bəndi çoxdur. Nəticədə fiziki şəxslər arasında bank müştərilərinin sayı ilk dəfə olaraq 5 milyon 176 minə çatıb. Əgər AMB-nin rəqəmlərinə inansaq, onda orta hesabla hər bank filialı ölkədə 10 min müştəriyə xidmət göstərməkdədir. Fərdi sahibkarların və hüquqi şəxslərin hesabları da 2013-cü ildə 11 837 və ya 6.7% artım nümayiş etdirib. Müvafiq olaraq, orta hesabla Azərbaycanda bir bank filialına 378 sahibkar düşür. Bu, Ukraynadakından 4 dəfə, Kayman adaları ilə müqayisədə 43 dəfə azdır, Hindistandan isə dəfələrlə çoxdur.

Məlumdur ki, bank sistemi bazarın, iqtisadiyyatın, müştərilərin tələbinə uyğun olaraq dəyişilir. Təbii ki, bu zaman hər bir bank pərakəndə satış müştərilərinə, kiçik və orta biznes təmsilçilərinə yaxın olmağa çalışır. Filialların sayının artmasına yalnız bank xidmətlərinin satış nöqtələri kimi baxmaq düzgün deyil, bu, həm də bank xidmətlərinə tələbatın artmasına dəlalət edir. Belə çıxır ki, ölkənin hansısa bölgəsində kredit təşkilatlarının filiallarının sayı nə qədər çox olsa, fərdi sahibkarların və biznes təmsilçilərinin şəffaf maliyyələşməyə maraqları da bir o qədər çoxdur.

Riteyl-əhatə göstəricilərinin arxasında bank sektorunun, baza sosial funksiyaların həyata keçirilməsində dövlətə səmərəli dəstək verdiyi məlum olur. Söhbət ipoteka kreditləşməsindən, Sahibkarlığa Kömək Milli Fondunun proqramlarından, fərdi yığımların formalaşdırılmasından, Sosial Müdafiə Fonduna xidmətdən və maliyyə savadlılığının yüksəldilməsindən gedir. Regionlardakı bank ofisləri sabitlik və etibarlılıq baxımından müştərilər tərəfindən daha müsbət qəbul olunur. Bölgələrdə banklara fasiləsiz işləyən “kredit konveyri” elementi kimi baxmırlar, daha çox mütəxəssis rəyi öyrənmək, işgüzar məsləhət almaq imkanı kimi, eləcə də biznes-planı göstərmək və qiymətləndirmək üçün vacib bir qurum kimi qəbul edirlər.

Amma heç də Azərbaycanın hər bankı ilbəil öz filial şəbəkəsini genişləndirməyə hazır deyil, əksinə, onlardan bəziləri xərcləri azaltmaq üçün məqsədli şəkildə ixtisarlara gedirlər. Bu sahədə ölkənin qırx bankından yalnız 10-nu zərbəçi hesab edilə bilər. Onlar arasındakı rəqabət, xüsusən də Bakının sərhədlərindən kənarda potensial müştərilər uğrunda artıq əsl mübarizəyə bənzəyir. Əminliklə demək olar ki, bugün bank biznesinin coğrafiyası da dəyişir. Əgər, əvvəllər bank xidməti bazarının hər bir iştirakçısı paytaxtada mümkün qədər çox filial açmağa can atırdısa, indi bütün səylər regionların əhatəsinə yönəlib. Bu tendensiya dolayısı ilə bölgələrdə sahibkarlığın gücləndiyinə sübut kimi qəbul olunmalıdır. Eyni zamanda banklar rentabelliyini artırmaq üçün sıx şəhər mühitindən kənardakı bazar seqmentinə daha böyük ümid bəsləyirlər. Bu da təsədüfi deyil ki, regionlarda bankaların rəqibi bank olmayan kredit təsisatları və mikromaliyyələşdirmə təşkilatlarıdır. Qeyri-bank kredit qurumlarına məxsus filial və şöbələrinin sayı ötən bir ildə 70% artaraq, 194-ə çatıb!

Bizim cədvəldə ölkədə daha çox filiala malik olan 10 bank təqdim olunur. Nəzərə alınmalıdır bu ilk onluq ümumi bank müştərilərinin 60%-nə xidmət göstərir.

Bank xidmətləri üzrə əhatə dairəsinin genişliyinə gəlincə, 90 filialla ənənəvi lider, sovet dövründəki 3 bankın sələfi olan Kapital Bankdır. Bu Bank bölgələrdə xidmət məntəqələrinin sayına görə də birincidir və hazırda Bakıdan kənarda 68 filialla təmsil olunur. İkinci yerdə 38 filialı birləşdirən xidmət şəbəkəsi ilə “Zaminbank”-dır. Sonra Azərbaycan Beynəlxalq Bankı (ABB) gəlir, onun Bakıda 15, regionlarda isə 19 filialı fəaliyyət göstərir. Qeyd edək ki, ABB və Kapital Bank, Dövlət Sosial Sosial Müdafiə Fondunun müvəkkil banklarıdır. Onlar öz xidmətləri ilə Naxçıvan Muxtar Respublikasını da əhatə edirlər. 2013-cü il dekabrın 31-nə olan məlumata görə, Azərbaycanda dövlət kapitallı bir bank və 42 özəl bank fəaliyyət göstərir. Özəl bankların filiallarının sayı ötən ilin sonunda 664-ə yüksəlib. Cari ilin yanvar ayına ölkə banklarının 148 şöbəsi qeydiyyatdan keçib və ötən bir ildə onların sayı 6.3% azalıb.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.