az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Sahibkarları gözləyən milyonlar

03.02.2014 | Tamilla Kərimxanova

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) yanvar ayında 9.3 milyon AZN məbləğində güzəştli kreditlər ayırıb. Maliyyələşdirmənin həcminə diqqət yetirsək, bu, ötən ilin yanvar ayında sahibkarların Fonddan əldə etdikləri vəsaitlərdən 2.3 dəfə azdır.

Amma İqtisadiyyat və sənaye nazirliyindən Biznesinfo.az`a verilən məlumata görə, bu ilin ilk ayında SKMF tərəfindən 277 investisiya layihəsi kreditləşdirilib. Ötən ilin oxşar dövrü ilə müqayisədə güzəştli kreditlərin sayı demək olar ki ikiqat artım nümayiş etdirir. Dalayısı olsa da, güzəştli kreditlərin sayca artımı SKMF-un daha çox kiçik biznesin maliyyələşdirilməsində (5 mindən 50 min AZN-dək) cəmləşdiyini sübut edir. Bundan başqa, Fondun məlumatına görə, yanvar ayında maliyyələşdirilən layihələr, sahibkarlara 600-dən çox yeni iş yeri açmağa imkan verəcək.

Qeyd edək ki, 2013-cü ilin yanvarında SKMF xətti ilə məcmu həcmi 21.4 milyon AZN olan 132 biznes-layihə kreditləşdirilib. Ötən ilin yekunlarına görə, sahibkarlar tərəfindən Fonddan cəmi 275 milyon AZN məbləğində güzəştli şərtlərlə 4468 kredit cəlb olunub. Bu məbləğ 2012-ci ildəkindən 57 milyon AZN çoxdur və hətta Fondun ötən il üçün elan etdiyi proqnozları da 10% üstələyib.

Kredit vasitələrinin 68.8% bu zaman kənd təsərrüfatı sahəsinə, 31.2% isə iqtisadiyyatın sənaye bölməsinə yönəldilib. Həmçinin SKMF xətti ilə kreditləşmənin 2/3-dən çoxu (218 milyon AZN) məbləği 500 min AZN-dən yuxarı olan iri kreditlərin payına düşürb. 2013-cü ildə 62 belə kredit ayrılıb, bu da 4 min yeni iş yerinin açılmasına imkan verib. Ötən il Fond tərəfindən maliyyələşdirilən bütün layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda 12 mindən yuxarı yeni iş yeri yaradılıb.

SKMF İcraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, bu ilin sonuna qədər Fond ölkə sahibkarları üçün güzəştli kreditlər portfelini 280 milyon AZN səviyyəsində görür. O hesab edir ki, cari ildə ayrılacaq güzəştli vəsaitlərinin 130 milyonu əvvəlki illərdəki kreditlərin qaytarılması hesabına formalaşacaq. Yerdə qalan 150 milyon AZN isə dövlət büdcəsindən ayrılacaq.

Qeyd edək ki, ötən ildən sahibkarların SKMF xətti ilə güzəştli kreditlər əldə etməsi prosesi tamamilə elektron qaydada aparılır. Hazırda güzəştli kreditlərin rəsmiləşməsi iki həftədən çox vaxt sürmür. Bu zaman 10 iş günü kiçik və orta biznes nümayəndələrinin biznes-planlarının bank ekspertizasına, qalan 3 gün isə güzəştli kreditlərin maliyyələşdirilməsinə verilir. Layihələr üzrə Fondun qərarı müvəkkil kredit təşkilatlarına elektron formatda ünvanlanır. Bununla yanaşı, müvafiq məlumat ərizəçi qismində çıxış edən sahibkarın elektron poçtuna göndərilir. Beləliklə, ərizə verilməsindən başlayaraq borcalanın hesabına vəsaitin köçürülməsinədək bütün zəncirvari proses elektron formatda həyata keçirilir. Məlumat üçün bildirək ki, hər bir sahibkar Fondun internet səhifəsi vasitəsilə www.anfes.gov.az elektron ərizə göndərə bilər.

Təbii ki, SKMF-in təkmilləşdirilmiş elektron sistemi vaxt itkisinin qarşısını almağa imkan verir. Həmçinin investisiya layihəsinin maliyyələşdirilməsinə dair ərizənin baxılmasında hər bir mərhələni izləməyə imkan yaradır. Bundan əlavə, SKMF-in ayırdığı pul vəsaitlərinin təyinatı üzrə xərclərin şəffav monitorinqi keçirilir. Bu il Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin idarəedilməsi ilə bağlı daha bir elektron nəzarət sistemi modulunu tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, SKMF 12 il əvvəl 1992-ci ildə yaradılıb. Kreditlərin verilməsi üçün müvəkkil təsisatlar qismində Fondun 43 bank və qeyri-bank kredit təşkilatları çıxış edir. Fond 5 mindən 10 milyon AZN-dək, 36 ay ərzində, illik dərəcəsi 6%-ən yuxarı olmayan güzəştli kreditlər ayırır. Bu zaman kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı biznes-layihələrin maliyyələşdirilməsi illik 4% dərəcə ilə aparılır. 2003-cü ildən bu günədək SKMF xətti ilə maliyyələşdirilən kiçik və orta sahibkarlıq layihələr üzrə kredit portfeli 1.2 milyard AZN-i ötüb. Yerigəlmişkən, Fondun fəaliyyətinin şəffaflığını təmin etmək məqsədi ilə, həmçinin xarici mənbələr hesabına maliyyələşmənin başlanması və özünümaliyyələşdirməyə keçidlə əlaqədar 2009-cu ildən SKMF-in auditi beynəlxalq audit şirkətləri tərəfindən aparılır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.