az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

THE ECONOMİST” BİG-MAС indeksini yenilədi

25.01.2014

Nüfuzlu “The Economist” jurnalı “McDonalds” restoranlar şəbəkəsinin fəaliyyət göstərdiyi ölkələr üzrə valyutaların alıcılıq qabiliyyətini əks etdirən “Big-Mac” indeksi üzrə son rəqəmləri açıqladı.

http://www.economist.com/content/big-mac-index

İqtisadçılar arasında ən sevimli əmsallardan biri sayılan “Big-Mac”, inkişafda olan ölkələrdəki valyutaların real dəyərdən daha aşağı səviyyədə qalmasını göstərdi. “The Economist”-in hesablamalarına görə, ən çox dəyərdən düşən valyuta Hindistan rupisidir. ABŞ-da əsas burgerin qiyməti $4.62 olduğu təqdirdə, Hindistanda “Big-Mac”-ın dəyəri dollar ekvivalenti ilə cəmi $1.54 bərabərdir. Əmək haqqı, kommunal və icarə xərcləri ilə birgə burgerin dəyərinə təsir edən məhsulları nəzərə alsaq, bu qiymətlər arasındakı fərq əsasında rupinin məzənnəsinin real dəyərdən 66.7% az olmasını görərik. Əlli faizdən çox dəyərdən salınan valyutalar arasında CAR, Malayziya, İndoneziya və Ukrayna kimi ölkələrin valyutaları da var.

Eyni zamanda “Big-Mac” əmsalının hesablamalarına görə, dünyada ən dəyərli valyuta kimi Norveç kronunu hesab etmək olar. “The Economist”-in göstəriciləri üzrə onun məzənnəsi real alıcılıq dəyərindən 66.7% çoxdur. Norveçlə bərabər, valyuta məzənnələrinin yüksək dəyərinə görə seçilən ölkələr sırasında İsveçrə, Danimarka, İsveç, Braziliya və Venesuellanı da göstərmək olar.

“Big-Mac” indeksi Azərbaycan manatı məzənnəsinin real dəyərinin də daha çox ola biləcəyini nümayiş etdirir. “McDonalds”-ın Bakıdakı şəbəkəsində satılan əsas sendviçin qiyməti müvafiq hesablamalara daxil edilməsə də, bu burgerin Azərbaycandakı dəyəri dollar ekvivalentində $4.46 təşkil edir. Başqa sözlə desək, manatın dollara qarşı məzənnəsi 3.5% çox, yəni hər 1 USD 0.7568 AZN təşkil etməlidir. Rusiyada “Big-Mac” sendviçinin dollar qiyməti $2.62, Türkiyədə - $3.76-dır. Nəticədə Rus rublunun və Türk lirəsinin real məzənnələri müvafiq olaraq indikindən 43.3% və 18.6% çox ola bilər.

“Big-Mac” əmsalı alıcılıq qabilyyətinin nisbətini və müxtəlif ölkələrdə oxşar ərzaq səbətlərinin dəyərini ölçmək üçün 1986-cı ildən hesablanır. Ərzaq səbəti əvəzinə “The Economist” jurnalı “McDonalds” şirkətində bir standart sendvicin qiymətini əsas götürür, çünki bu restoran şəbəkəsi dünyanın əksər ölkələrində təmsil olunur, “Big-Mac” özü isə xeyli miqdarda ərzaq komponentlərini əhatə edir. Qeyd etmək lazımdır ki, 1967-ci ildə dünyaya ilk gəlişində “Big-Mac”-ın qiyməti cəmi 47 sent idi. Amma artıq 1986-cı ildə, eyni adlı indeks hesablanmağa başladığı vaxtda, onun qiyməti $1.60-a qədər yüksəlmişdi.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.