az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Azərbaycan əhalisi əmanətlərini hansı valyuta ilə saxlayır?

14.11.2013 | Vladimir Luzhnev

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatlarına ğörə Azərbaycan əhalisinin əmanətləri  1 oktyabr  2013-cü il tarixində 6,23  milyard səviyyəsinə çatmışdır. Biz Mərkəzi Bankın statistik hesbatlarını analiz edərək, əhalinin öz əmanətlərini hansı valyutada saxlamağa üstünlük verdiyini və insanların bank sisteminə etibarının nə dərəcədə olduğunu araşdırdıq.

Məlum oldu ki, Azərbaycan banklarına əmanətlərin böyük hissəsini əhali milli valyuta ilə qoymuşdur (61,1%) və bu əmanətlərin payı getdikcə artır.

Əhalinin 2013-cü ilin yanvarından senytabr ayına qədər Azərbaycan banklarına milli və xarici valyutalarla qoyulmuş əmanətləri:

Qrafikdən göründüyü kimi, ilin əvvəlindən milli valyutanın artımı 637,6 mln AZN, xarici valyutanın artımı isə yalnız 284,4 mln  olmuşdur. Milli valyutanın stabil kursu və faizlərin nisbətən yüksək olması,  manatla əmanət qoyuluşuna əhalinin marağını daha da artırır.

Eyni zamanda ölkə ərazisində yaşamasının müddətindən asılı olaraq, Azərbaycanda ev təsərrüfatlarının əmanət üçün üstünlük verdikləri valyuta növü fərqlidir.  Belə ki, rezidentlər  yəni, ilin yarıdan çoxunu Azərbaycanda yaşayan şəxslər öz pullarını milli valyuta ilə saxlayırlar. Qeyri rezidentlər isə yəni, ilin yarıdan az hissəsini ölkədə yaşayanlar  - əksinə öz vəsaitlərini  xarici valyuta ilə saxlayırlar.

Rezidentlərin yanvar-sentyabr 2013-cü il üzrə xarici milli və xarici valyutalarla Azərbaycan banklarındakı əmanətləri:

Qeyri-rezidentlərin yanvar-sentyabr 2013-cü il üzrə milli və xarici valyutalarla Azərbaycan banklarındakı əmanətləri:

Bu fakt da maraqlıdır ki, Azərbaycan banklarında təsərrüfat dövriyyəsinin 57,9%-i qısamüddətli əmanətlərin hesabınadır. Bununla belə bu rəqəm getdikcə uzunmüddətli əmanətlərin artması hesabına azalır. Bu, cəmiyyətdə bank sisteminə etibarın və banklara əmanət qoyma ən-ənələrinin cəmiyyətdə yayılması deməkdir.

Yanvar –sentyabr 2013-cü il üzrə ev təsərrüfatlarının Azərbaycan banklarında qısamüddətli  və uzunmüddətli əmanətləri:

Qısamüddətli əmanətlər arasında milli valyuta ilə qoyulan əmanətlər daha geniş yayılmışdır. Oktyabr ayınin 1-nə olan məlumatlara görə, onun həcmi ilin əvvəlindən 347,9 mln AZN artaraq 2,47 nlrd AZN-ə çatmışdır. Ümumilikdə qısamüddətli valyuta əmanətləri isə həmin dövr üçün cəmi 81,2  mln AZN artaraq  1,14 mlrd AZN olmuşdur.

2013-cü il yanvar –sentyabr üzrə Azərbaycan banklarında milli və xarici valyuta ilə qısamüddətli   ev təsərrüfatları əmanətləri:

Uzunmüddətli əmanətlərdə isə vəziyyət bir qədər fərqlidir. Belə ki, uzunmüddətli əmanətlərin artım sürəti xarici valyutada da, milli valyutada da təqribən eynidir. Oktyabrın birinə olan məlumatlara görə, onlar müvafiq olaraq 1,34 mlrd AZN və 1,29 mlrd AZN-dir.

2013-cü il yanvar –sentyabr üzrə Azərbaycan banklarında milli və xarici valyuta ilə uzunmüddətli   ev təsərrüfatları əmanətləri:

Bu o deməkdir ki, əhali hələ də uzunmüddətli  əmanət kimi  xarici valyutanı  daha etibarlı sayır. Buna baxmayaraq, vəziyyət tədricən  milli valuytanın payının artması istiqamətində dəyişir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (284)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.