az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

Azərbaycan əhalisinin kreditləşmə səviyyəsinin təhlili: təhlükəli sərhəddə?

29.10.2013 | Vladimir Lujnev

Bu yaxında “Bank of America Merrill Lynch” bu dəfə Rusiyanın regionları üzrə əhalinin kreditləşmə səviyyəsinin növbəti qiymətləndirilməsini həyata keçirib. Bank analitiklərinin fikrinə görə təhlükəsiz hədd orta aylıq əməkhaqqının 20 %-i səviyyəsindədir. Hələlik beynəlxalq ekspertlər Azərbaycan üzrə belə araşdırmalar aparmayıblar. Buna görə də biz özümüz əhalinin kreditləşmə səviyyəsinin təxmini qiymətləndirilməsini həyata keçirmək qərarına gəldik.

Bunun üçün Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarından (Bankın statistik bülleteni №8/2013), eləcə də Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə edilib.

Hesablamalar üçün bütün məlumatları biz bir cədvəldə yerləşdirdik:

Əgər ev təsərrüfatlarının kreditlərinin orta hesabla iki il ərzində bağlanıldığını ehtimal etsək, onda indiki kreditləşmə səviyyəsi hələ 20 % təhlükəsizlik sərhədini keçməyib. 2013-cü ilin əvvəlindən orta borcun orta əməkhaqqına olan nisbəti 14,7%-dən 17,4%-ə qədər yüksəlib.

Kreditin orta bağlanılma müddətinin üç ildən (36 aydan) az olmadığını ehtimal etsək, situasiya daha yaxşı görünür. Bu halda avqustun sonuna olan məlumatlara əsasən orta borcun orta əməkhaqqına olan nisbəti 13,3 % təşkil edir.

** Kreditin orta hesabla 36 aya bağlanması şərtilə
*** Kreditin orta hesabla 24 aya bağlanması şərtilə

Vəziyyətin böhran həddindən hələ uzaq olmasına baxmayaraq, bank kreditləşməsinin təhlükəli səviyyəyə çox yaxın olan, yaxud onu keçmiş ayrı-ayrı seqmentlərini də unutmaq olmaz. Belə seqmentlərə kreditlər üzrə real faiz dərəcəsinin 35-40 %-ə çatdığı və hazırda geniş yayılmış ekspress-kreditləşməni aid etmək olar. Belə kreditlərdən daha az gəlirləri olan əhalinin istifadə etdiyini nəzərə alsaq, onlar arasında kreditləşmə səviyyəsini orta aylıq gəlirin 22-28 %-i həddində qiymətləndirmək olar.

Eyni zamanda göstərilən statistikada verdikləri borclar əks olunmayan qeyri-bank kredit təşkilatlarının coşqun inkişafını da unutmamaq lazımdır. Bazarın bu seqmentinin əhəmiyyətli dərəcədə inkişafı zamanı böhran həddini  keçmək təhlükəsi kəskin artır.

Bütün bunlar ondan xəbər verir ki, pərakəndə kreditləşmə seqmentinin sürətlə inkişaf etdiyi hazırkı vəziyyətdə banklar borcalan seçiminə xüsusi diqqətlə yanaşmalı və ev təsərrüfatlarının öz kreditlərinə xidmət imkanlarını düzgün qiymətləndirməlidirlər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.