az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Kredit götürmə qabiliyyətinin 5 göstəricisi və ya asanlıqla necə kredit almalı

27.09.2013 | Vladimir Lujnyov

Gec və ya tez hər şirkətin həyatında elə bir vaxt gəlib çıxır ki, layihələrə əlavə maliyyə resursları cəlb etmək lazım olur. Belə hallarda tez-tez kredit üçün banklara və ya qeyri-bank müəssisələrinə üz tutulur.

Lakin kredit müəssisələrinin kredit alana qarşı bir sıra tələbləri olur və bunlardan hətta az hissəsinə uyğun gəlməmək vəsait əldə etməyin qarşısını ala bilər. Biz bu məqalədə sizin şirkətinizin kredit götürmə qabiliyyətinin hansı göstəricilərinin biznes maliyyələşməsi müəssisələri üçün vacib olduğunu təqdim etməyə çalışacağıq.

1-ci faktor. Şirkətin maliyyə vəziyyəti.

Aydındır ki, aşağı rentabelli və ya ziyanla işləyən bir şirkət üçün kredit almaq gəlirlə işləyən firmayla müqayisədə daha çətin olacaq.

Həm də onu nəzərə almaq lazımdır ki, adətən şirkətlər vergitutma bazasını azaltmaq üçün sənədlərdə gəlirləri minimallaşdırmağa, bununla da daha az vergi ödəməyə çalışırlar. Amma kredit almaq istəyəndə firmanın bu maliyyə siyasəti onun əleyhinə çevrilir.

TBC Kredit müəssisənin biznes kreditləri üzrə baş mütəxəssisi Yaşar Cabbarov deyir: “Bankın bir biznesə kredit verməyə imtina edilməsinin ən çox rast gəlinən səbəbi firma tərəfindən hər hansı layihə üçün bankdan istənilən məbləğin sahibkarın mövcud olan maliyyə imkanlarına uyğun gəlməməsidir”

Başqa sözlə, ödənməsi sizin şirkətin bütün gəlirlərini “udacaq” miqdarda bir krediti istəməyin heç bir mənası yoxdur.

Unibankın korporativ müştərilərinə xidmət departamentinin rəhbəri İqor Okayev məsələni belə şərh edir: “Yaxşı, keyfiyyətli maliyyə analizi zamanı nadir hallarda biznes kreditlərlə problemlər meydana çıxır, problemli kreditlərin payı isə tamam azdır. Əsasən bunlar fors-major situasiyalardır. Belə halda bank müştəriyə güzəştə getməyə və onunla ödəmələrin yenidən strukturlaşmasına razılaşmağa çalışır. Razılaşma alınmırsa, yalnız ondan sonra, kredit sonrakı məhkəmə işləri üçün problemlər şöbəsinə ötürülür.”

2-ci faktor. Layihənin biznes planı

Bir çox banklar şikayət edir ki, sahibkarlar, xüsusilə də yeni başlayanlar, biznes layihəsinə kredit almaq üçün müraciəti çox zəif iqtisadi əsaslandırma ilə edirlər. Hətta bəziləri anlaşılmayan xəttlə yazılmış bir A4 formatlı səhifə ilə gəlməyi belə təsəvvür edir.

Ona görə də, layihənizin biznes-planının hazırlanmasına çox diqqətlə və məsuliyyətlə yanaşmağınız lazımdır. Əgər özünüzün, ya da şirkətinizin əməkdaşlarının yaxşı biznes plan tərtib edə biləcəyinizdən əmin deyilsiznizsə, bu işi kənardan mütəxəssis cəlb etməklə də yerinə yetirə bilərsiz. Bəzi banklar özləri də sizin layihənin qiymətləndirilməsi ilə məşğul ola bilər.

İgor Okayev bildirir ki, “Ən geniş yayılmış səhvlərdən biri öz maliyyə imkanlarını artıq qiymətləndirmə və çox optimist proqnozlardır. Adətən müştərinin layihəsini və ümumiyyətlə biznesini qiymətləndirən kredit mütəxəssisləri layihəni müstəqil analizini keçirərək, bu problemi həll edə bilir.”

Həmçinin nəzərə almaq lazımdır ki, bir çox banklar və qeyri-bank kredit müəssisələri adətən “start-up” layihələrinə kreditlər vermir və cari fəaliyyətdə olan biznesin mövcudluğunu tələb edirlər.

3-cü faktor. Şirkətin kredit tarixçəsi

Banklar öz borclularının etibarlı olmasına, yəni, kreditlərini vaxtlı-vaxtında və tam miqdarda ödəməsinə üstünlük verir. Əgər siz əvvəllər kredit götürmüş və onu gecikmələrsiz, təxirəsalmalarsız bağlamısınızsa, bu sizin növbəti krediti almaq ehtimalınızı artırır. Amma əgər sizin şirkətinizin arxasınca ödəmələrin ləngiməsi və ya tam ödənməməsi tarixçəsi qalırsa, yeni maliyyələşdirməyə ümidlər çox azdır.

Artıq bitmiş borclardan başqa, kredit tarixçəsinə hazırda davam edən kreditlər də aid olunur. Banklar bu barədə informasiyanı diqqətlə izləyir və yoxlayırlar. Yaşar Cabbarovun sözlərinə görə, kreditlərlə yüklənməsi həmin sahibkara yeni kreditin verilməsinə imtinanın səbəblərindən biri ola bilər.

Bundan başqa, unutmayaq ki, baklar müştərilərin kredit tarixçəsi barədə öz aralarında informasiya mübadiləsi edir və çox kreditlə yüklənmisinizsə, deməli, bütün maliyyə mənbələrinin üzünüzə bağlandığı bir situasiyaya çox asanlıqla düşə bilərsiz.

4-cü faktor. Kreditlə təmin etmə

Kredit müəssisələrinin böyük əksəriyyəti girov tələb etməklə verdikləri krediti mümkün itkilərdən sığortalayırlar.

Kredit verən üçün likvidlik baxımından ən ideal girov – bankda kredit məbləği miqdarında bir depozitdir. Lakin bu variant təbii ki fantastikadır. Adətən girov rolunda daşınan və daşınmaz əmlak, avadanlıq, anbarda mal, müxtəlif qiymətli kağızlar (aksiyalar, obliqasiyalar və s.) təqdim edilir. Girov nə qədər likviddirsə, yəni onu pula çevirmək nə qədər asandırsa, onunla kredit almaq ehtimalı o qədər artır.

Girovun növü kreditoru qane etmirsə, xüsusilə məsələ böyük məbləğdə vəsaitin verilməsindədirsə, o zaman kreditordan imtina cavabı almaq riski böyükdür.

 “Kredit verməyə imtina edilməsinin ən çox rast gəlinən səbəblərindən daha biri – böyük kredit məbləğlərinin, yəni 20 min AZN-dən artıq olan kreditlərin qarşılığında keyfiyyətli bir girovun təklif olunmamasıdır.”, Yaşar Cabbarov əlavə edir.

5-ci faktor. Biznes sahibinin fərdi xüsusiyyətləri

Banklarda və digər maliyyə krediti müəssisələrində avtomatlar yox,  adi insanlar işləyir. Ona görə də biznesmenin şəxsi xüsusiyyətləri yuxarıdakı dörd faktordan daha az əhəmiyyətli deyil.

Bank işçilərinin sözlərinə görə kredit vermək haqqında qərar verərkən əməkdaşlıq edəcəkləri sahibkarın iş aparmaq bacarığı, özünə əminliyi, öz biznesində təcrübəsi və öz layihəsini dərindən bilməsi xüsusiyyətlərinə diqqət verirlər.

Həmçinin, sizin danışıqlar aparmaq  və insanları özünə cəlb etmək bacarıqlarınızın da fayda verəcəyini istisna etmək olmaz.

Nəticə

Hər bank və ya kredit müəssisəsi kredit istəyənlərin ələnməsi üçün öz qaydalarını tərtib edib. Lakin yuxarıda sadalanan 5 faktora riayət eləmək kredit almaq üçün şansları dəfələrlə artıtır.

Bundan başqa, o cümlədən diqqətə almaq lazımdır ki, banklar yüksək riskli layihələri maliyyələşdirməyə meylli deyillər. Elə hallarda bəzən maliyyə müəssisəsinin əsas tələblərin ideal yerinə yetirilməsi də imtinadan xilas etməyə bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (284)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.