az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

Dünya birja bazarları: 2013-cü il sentyabr ayı üçün analiz və proqnoz

17.09.2013

Bütövlükdə götürəndə bazar oyunçularının aşağı aktivliyi baxımından avqust bizim gözləntilərimizi doğrultdu. Bunun əsas səbəbi həmin ayın Avropa və ABŞ-da məzuniyyət mövsümünün qızğın dövrü olması idi. Amma hər halda indekslərin dinamikasına təsir edən bir sıra digər vacib faktorların da adını çəkmək lazımdır: Suriya konfliktinin eskalasiyası, QE3 çevrilməsi haqqında artan şaiyələr, Rusiya Federasiyasının və Çinin iqtisadiyyatının yavaşıması.

QE3 çevrilməsi - ABŞ pul qoyuluşlarında artış

Gözlədiyimiz kimi, Amerika bazarı 2013-cü ilin avqust ayı ərzində neqativ dinamika göstərdi.  Xüsusilə S&P500 indeksi bir aya 4% azaldı. Biz azalmanın iki əsas səbəbini görürük: birinci səbəb kəmiyyət yumşaldılması (QE3) proqramının çevrilməsi haqqında artan şaiyələr, ikinci səbəb isə bazardakı avqust sakitliyidir. Bzim fikrimizcə, sentyabr ayında Amerika bazarının vəziyyəti aşağıdakı faktorlardan asılı olacaqdır:

a) investorlar mənəvi cəhətdən QE3-ün çevrilməsinə və bunun ardınca baş verəcək faiz pul qoyuluşlarının yüksəlişinə nə qədər hazırdırlar

b) iqtisadi göstəricilər, xüsusilə daşınmaz əmlak bazarı, işsizlik, məşğullluq səviyyəsi dəyişməsi göstəriciləri

Rusiya və Çində iqtisadi yüksəlişin yavaşıması

Rusiya Federasiyasının iqtisadi vəziyyəti təhlükəli olmaqda davam edir. Hazırda rus rublunun zəifləməsinin ardınca iqtisadi yüksəliş tempinin aşağı düşməsi müşahidə edilir (2013-cü ilin II rübündə Ümumi Daxili Məhsul (ÜDM)  1,2%-ə qədər aşağı düşmüşdür). Bundan başqa, Çində iqtisadi yüksəlişin yavaşıması da adətən Rusiya şirkətlərinə, ilk növbədə çıxarma sənayesi və emaledici sənayeyə ciddi təsir edir. I rüblə müqayisədə II rübdə Çin Xalq Respublikasının ÜDM-u il ildən 7,5%-ə qədər aşağı düşüb.

Fond indeksləri

S&P 500 indeksinin qrafikində qlobal texniki mənzərə dəyişmir. Amerika həmişəki kimi yüksəlmə meylindədir.

Eyni zamanda SPX qrafikinə əsasən biz elə bir vacib dəstək dərəcəsinə yaxınlaşmışıq ki, onun sıçrayışı zamanı Amerika bazarı həmin nöqtədən yüksəlməyə başlayacaq. Bu həm də QE3 proqramının reallaşmasının hissəvi çevrilməsindən sonra gələcəkdə pul qoyuluşlarının yüksəlişi ilə əlaqədar hadisələrin necə cərəyan edəcəyindən asılıdır.

Ümid var ki, ABŞ bazarı oyunçularının bir hissəsi mənəvi cəhətdən hadisələrin bu cür cərəyan etməsinə hazırdır. Digər tərəfdən, bu əhval-ruhiyyənin möhkəmləndirilməsi üçün investorların ölkənin iqtisadiyyatının dirçələcəyinə əmin olmaqları vacibdir. Burada investorların diqqəti ən vacib iqtisadi göstəricilərə - xüsusilə işsizlik müavinətinə ilkin müraciətlər (Initial jobless), işsizlik səviyyəsi, məşğulluq  səviyyəsi dəyişikliyi (Nonfarm payrolls), mənzil qiymətləri məlumatlarına yönələcək.

Bununla belə, son ayın indeks dinamikasının göstərdiyi kimi, investorların vəziyyəti qarışıq xarakter daşıyır. Bu, S&P indeksinin korreksiyasından və VIX volatillik indeksinin yüksəkliyindən görünür.

Analitik informasiya “Moskva partnyorları” şirkəti tərəfindən hazırlandı

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.