az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Private Banking — özəl kapitalın idarə olunmasında peşəkar yanaşma

02.07.2013

Bank İşi Sahəsində Ali Kadr Hazırlığı İnstitutunun (Cenevrə, İsveçrə) maliyyə üzrə müəllimi, əvvəllər Bank Julius Baer, UBS, Pictet & Cie kimi nüfuzlu İsveçrə banklarının çalışmış mütəxəssis Nikolya Vialislə müsahibə.

Cənab Vialis, Private Banking xidmətinin nə olduğu barədə oxucularımıza məlumat verin? Bu xidmətin Premium və VIP-bankinqdən fərqi nədir?

Private Banking-in ilk və əsas məqsədi müştərinin maliyyə sabitliyinin qorunub saxlanması, kapitalın qorunub saxlanması, artırılması və sonradan nəsildən nəslə ötürülməsidir. Bunun üçün bank və müştəri arasında maksimal etimadın olması zəruridir.

VIP-banking-dən fərqli olaraq, Private Banking-də bütün məhsul kompleksi fərdi qaydada seçilir. Hər bir müştəriyə yüksək səviyyəli fərdi menecer – şəxsi bankir təhkim olunur. İsveçrəlilər belə deyirlər: «Əgər sizin bankiriniz özünü pəncərədən atsa, siz də onun ardınca tullanın, deməli orada pul var». Fərdi menecer bütün sutka ərzində bir telefon zəngi məsafəsində olur və müştərinin bütün problemlərini həll edir. Münasibətlərin əsasında etimad, məxfilik və etibarlılıq dayanır.

Private Banking çərçivəsində təklif olunan fərqli xidmətlər və məhsullar barədə daha ətraflı danışa bilirsinizmi?

Müasir Private Banking-ə kapitalın idarə olunmasından, müştərinin özəl əməliyyatlarının maliyyələşdirilməsindən tutmuş, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı sövdələşmələrin tam müşayiətinə, şəxsi və əmlak sığortasının fərdi sxemlərinə qədər və sair əməliyyatları əhatə edir. Yanaşmanın tamlığı müxtəlif xidmətləri vahid portfeldə birləşdirməyə imkan verir.

Private Banking həmçinin müştəriyə təkcə ona xidmət göstərən bankın xidmətlərindən deyil, bütün bazarda olan ən yaxşı xidmətlərdən istifadə etmək imkanı verir. Yaxşı bankir hər zaman ən yaxşı daşınmaz əmlakı və riyeltor şirkətini, o cümlədən xaricdəki ən yaxşı seçimi təklif edəcək, incəsənət əsərləri və elit şərab kolleksiyası tərtib etməyə kömək edəcək, bahalı avtomobilin, yaxtanın, zərgərlik şedevrinin alınmasında iştirak edəcək.

Private Banking xidmətində daha çox hansı müştərilər maraqlıdırlar?

Bunlar yüksək rifah səviyyəsinə malik olan şəxslərdir. İlk növbədə bura uğurlu biznesmenlər, müəssisə rəhbərləri, top-menecerlər, idman və yaradıcı elita aiddir.

Öz biznesi ilə məşğul olan insan, bir qayda olaraq, maliyyə cəhətdən səriştəli olur. O özünə məxsus olan biznesin vəsaitlərini şəxsi kapitalından ayrı tutur. Pulların bir hissəsi ilə o risk edir — biznes layihələrə vəsait yatırır və əsas pulları qazanır. Pulların digər hissəsi isə onun şəxsi yığımıdır. O bu pullarla riskə getmir, lakin bu pullar da sadəcə olaraq seyfdə qalmalı deyil. Onları savadlı şəkildə yerləşdirmək lazımdır ki, onlar dəyərdən düşməsinlər və sabit gəlir gətirsinlər.

Əlbəttə, pulları müstəqil şəkildə sərmayə yatırmağı öyrənmək olar. Lakin maliyyə portfelini müştərinin şəxsi tələbatlarından çıxış edərək idarə edəcək və bu zaman bazarın bütün alətlərini optimal şəkildə istifadə edəcək şəxsi bankirə etibar etmək daha yaxşıdır. Bu halda siz pullarınızı kor-koranə şəkildə deyil, bu və ya digər gəlirin əldə olunması və risk ehtimalının nə qədər olduğunu bilərək sərmayə şəklində yatırasınız.

Sizcə, Azərbaycanda Private Banking xidmətlərinə tələbat varmı?

Bir çox Azərbaycan vətəndaşları Avropanın maliyyə mərkəzlərində bu xidmətdən yararlanırlar. İqtisadiyyat inkişaf etdikcə, imkanlı adamların da sayı artacaq. Bu cür müştərilər qısamüddətli gəlirlərdə deyil, uzunmüddətli maliyyə planlaşdırılmasında və peşəkar xidmətdə daha çox maraqlıdırlar. Bir qayda olaraq, peşəkarlardan ibarət yerli komanda müştərinin psixologiyasını daha yaxşı anlayır.

Demək istəyirsiniz ki, Azərbaycanda artıq sizin qeyd etdiyiniz səviyyədə Private Banking xidməti göstərən banklar var?

Məni tez-tez bank təşkilatlarının əməkdaşları üçün təlimlər keçməyə dəvət edirlər və mən qeyd edə bilərəm ki, bu artıq başlanğıcdır. Bu mənada mən PASHA Bank-ı nümunə göstərə bilərəm. Adı çəkilən bankda biznes qərb modeli əsasında idarə olunur və onun üçün Private Banking prioritet xidmətlərdən biri sayılır. Bankın əməkdaşları Cenevrə Bankları Assosiasiyası nəzdində Bank məktəbi tərəfindən yaradılmış xüsusi «Peşəkar Private bankir kursları»-nı bitiriblər. Orada hər şeydən əlavə, İsveçrə bank işinin psixologiyası öyrədilir.

Private Banking bank servisinin təşkili, məxfilik, mütəxəssislərin ixtisas dərəcəsi və müştəriyə istiqamətlənməsi məsələlərinə çox yüksək tələblər irəli sürür. Bununla əlaqədar olaraq, heç də bütün banklar (hətta iri müştərilərlə böyük iş təcrübəsi olanlar) bu cür ayrıca bölmə saxlaya bilmirlər. Bazarlara, son proseslərə, bütün mümkün risklərə bələd olmaq xüsusilə vacibdir. Mənə elə gəlir ki, bir neçə il sonra Azərbaycanda Private Banking xidmətlərini təklif edən oyunçuların sayı artacaq.

Siz ölkədə bazarın inkişaf tendensiyaları fonunda Azərbaycan müştərilərini necə görürsünüz?

İnkişaf etməkdə olan bazarların problemlərindən biri ümumilikdə müştərinin qısa müddət ərzində böyük gəlir əldə etmək istəyidir. Lakin yaddan çıxarmaq olmaz ki, maksimal gəlirlər gəm də böyük risk deməkdir. Depozit məhsulları qeyd edilmiş yaxşı gəlir gətirirlər və ona görə də, onlar Azərbaycanda daha çox populyar olan maliyyə xidmətləridir.

Bütün dünyada hazırda depozitlər üzrə faiz dərəcələrinin azalması prosesi Azərbaycana da toxunanda vəziyyət dəyişəcək. Məsələn, Qərbi Avropada depozitlər üzrə faiz dərəcəsi təqribən 0,5% təşkil edir. Səhmlərə və istiqrazlara vəsait qoyuluşu investisiyaların ənənəvi formasıdır. İnsanlar bankdan öz şəxsi və ailə ehtiyaclarının maliyyələşdirilməsi üçün, eyni zamanda, öz uzunmüddətli investisiya alətlərinə toxunmadan istifadə edirlər.

2008-ci il maliyyə böhranından sonra maliyyə bazarında baş verən bütün dəyişiklikləri nəzərə alaraq, pulları «zamanın sınağından çıxmış» daşınmaz əmlaka və ya qızıla yatırmaq daha etibarlı deyil?

Sərmayə yatırımı üçün əsas şərtlər — vəsaitlərin qorunması və mənfəətliliyidir. Məhz böhrandan sonra çox şeylər dəyişib və daşınmaz əmlak və qızıl kimi əvvəllər uduşlu saydığımız variantlar əvvəlki etibarını itirib. Hazırda isə risk bütün sahələrdə var.

Kapitalın idarə olunmasında yüksək effektivliyə onun şaxələndirilməsi yolu ilə nail olunur. Pulların müxtəlif növ qiymətli kağızlara yatırılması gəlirliliyi azaltmadan investisiya risklərini azaltmağa imkan verir. Fond bazarı barədə məlumatlılıq artdıqca Azərbaycan müştərilərinin ona marağı artacaq. Qiymətli kağızlar bazarında enib-qalxmalara baxmayaraq, öz vəsaitlərini daha etibarlı strukturların idarəetməsinə etibar edənlərin sayı daim artır.

Bu cür şəraitdə Private Banking iri miqyaslı aktivlərin idarə olunmasında daha etibarlı yanaşmadır. Peşəkar menecer bazarlarda qiymət dəyişiklikləri, bütün aktual risklər barədə məlumata sahib olur və deməli, müştərisinin kapitalının ən tətbiqi üçün ən perspektivli variantını tapacaq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.