az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Azərbaycan offşorları harada gizlənirlər?

13.03.2013 | Tatyana Lebedeva

Azərbaycan offşorları vergiləri minimuma endirir, daha çox gəlir götürərək, kapitalın məcmu həcmini qoruyub saxlayaraq öz məqsədlərinə nail olurlar.

«Offshore» ifadəsinin hərfi tərcüməsi «sərhəddən kənar» deməkdir. Offşorlar dedikdə Vətənin hüdudlarından kənarda təsərrüfat fəaliyyəti ilə məşğul olan və işlədikləri ölkənin qanunlarına uyğun olaraq vergi ödəyən firmalar nəzərdə tutulur.

Offşor zonalar

Offşor zona dedikdə bir qayda olaraq şirkətlərin qeydiyyatdan keçirilməsi və fəaliyyət göstərməsi üçün xüsusi sərfəli şərtlər təklif edən ya hansısa ölkə və yaxud da onun hansısa hissəsi nəzərdə tutulur. Müasir offşor zonalar bir-birindən qeydiyyat və vergitutma ilə bağlı bir sıra əlamətlərlə fərqlənirlər.

Şirkətlərin istənilən vergilərdən və hesabatların tərtib olunmasından azad olunduğu offşorlar sahibkarlar üçün ən etibarlı zonalar hesab olunur. Bu əlamətlərə görə Seyşel adaları, Panama, Beliz, Dominikan, habelə Britaniyanın Vircin adaları fərqlənir.

Vergilərin aşağı olduğu zonalar vergitutma məsələlərinə görə nisbətən az cəlbedici, lakin təsərrüfat fəaliyyəti üçün bəzi üstünlüklərə malik və səmərəli olan offşorlar hesab olunur. Bu cür zonalara Kipr, Cəbəllüttariq, İrlandiya və Macarıstan kimi ölkələr aiddir.

Bundan əlavə, bir sıra ölkələr də vardır ki, onlar offşor zonalarda offşor şirkətlərin qeydiyyatı və vergilər üzrə bəzi imtiyazlar verirlər. Bu ölkələrə Kanada, ABŞ, Böyük Britaniya.

Hazırda həyat standartları və biznesin yüksək səviyyəsi ilə fərqlənən xüsusi offşor zonalar da əmələ gəlib: İsveçrə, Lixtenşteyn, Monako.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırda offşor zonalarda Azərbaycan kapitallı şirkətlərin sayı çoxdur. «Onlar əsasən neft-qaz sektorunda təmsil olunurlar, 1995-ci ildən fəaliyyət göstərirlər və əksəriyyəti  Kayman adaları və ABŞ ərazisində yerləşirlər. Bu cür şirkətlərin fəaliyyəti vergitutma rejimlərinin üstünlükləri ilə şərtlənir», - deyə ekspert bildirir.

Vergisiz, klassik offşor ölkələr

Hüquqi cəhətdən offşorlara aidiyyatı olmayan bir çox ölkələr faktiki olaraq bu qəbildəndirlər. Məsələn, Kipr Avropa İttifaqına (Aİ) daxil olduğu üçün 2004-cü ildən offşor zonaların «qara siyahısından» çıxarılıb. Lakin, ölkə xarici sərmayədarlar üçün bütün vergi və təşkilati-hüquqi üstünlükləri hələ də saxlayıb.

Kiçik, iqtisadi inkişaf səviyyəsi yüksək olmayan, lakin siyasi sabitliyin möhkəm olduğu ölkələrdə offşor biznesi çox sərfəlidir. Bu ölkələrdə gəlir vergisi tutulmur, maliyyə hesabatlılığı və auditin keçirilməsi zərurəti yoxdur. Səhmdarların və direktorların hamı üçün əlçatan reyestri aparılmır. Burada mülkiyyət hüququ barədə informasiya yüksək məxfiliyə malikdir.

Burada offşor zonalara yeganə tələb – hər il xəzinəyə müəyyən olunmuş məbləğdə pulun köçürülməsidir. MDB-dən olan sahibkarlar ixrac, yığım, sərmayə yatırımı və maliyyə tranzaksiyaları üçün Britaniya Vircin adalarını (BVI), Seyşel adalarını və Nevis adasını istifadə edirlər.

Əraziyə görə vergitutma sistemi olan offşorlar

Bu cür ölkələrdə vergitutma səviyyəsi gəlirin əldə olunduğu yerdən asılı olur. Burada şirkətin qeydiyyatda olduğu ölkədən kənarda əldə olunmuş gəlirdən ya ümumiyyətlə vergi tutulmur, yaxud da güzəştli şərtlərlə tutulur. Şirkətin gəliri yalnız ölkədən kənarda əldə etdiyini sübuta yetirmək üçün ilbəil maliyyə hesabatı təqdim etmək və audit yoxlamasından keçmək lazımdır. Hazırda bu cür sistem Honkonqda mövcuddur.

Bir çox Avropa ölkələrində, xüsusilə Böyük Britaniya, İsveçrə, Malta, İspaniya, habelə ABŞ, Sinqapur, Yeni Zelandiyanın qanunvericiliyi onların yurisdiksiyası altında müxtəlif biznes formaları və üsullarının qismən, minimal və ya demək olar ki, vergisiz aparılmasını nəzərdə tutur.

Offşor almaq kimin üçün sərfəlidir?

Hazırda virtual ofis yaradaraq, offşor şirkətini qeydiyyatdan keçirmək və onun üçün bank hesabı açmaq çox asandır. Bazarda bir çox şirkətlər var ki, bütün bunları sizin əvəzinizə edə bilərlər. Yox əgər siz offşorun yaradılması yolunu müstəqil şəkildə keçmək istəyirsinizsə, o zaman mütəxəssislər sizə offşorların alınması və satılması ilə bağlı fərdi pullu məsləhətlər verə bilərlər.

Hansı kapital offşora çıxarılıb?

İqtisad elmləri doktoru, İqtisadi tədqiqatlar mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, «Azərbaycandan Latın Amerikası, Okeaniya və Avropadakı offşor zonalara $200 mlrd. vəsait çıxarılıb. Bunun üçün müsəlman ölkələrin banklarından, xaricdə daşınmaz əmlakla əməliyyatlardan, qızıl və səhmlərdən geniş istifadə olunub». İbadoğlu hesab edir ki, pulların offşorlara köçürülməsi nəticəsində hər bir Azərbaycan ailəsinin büdcəsindən on minlərlə dollar əskilib.

90-cı illərin ortalarında, Azərbaycanda ilkin kapital bölgüsü dövründə, məsələn, Baham adaları investisiya axınları üçün bir tramplin hesab olunurdu. Təcrübədə bu  aşağıdakı kimi baş verirdi: ölkədən pullar offşor zonaya köçürülürdü, sonra isə orada yaradılan strukturlar Azərbaycanda tərəfdaş və investisiya şirkətləri qismində qeydiyyatdan keçirilirdilər. Təkcə neft sahəsində hazırda 26 bu cür «tərəfdaş» fəaliyyət göstərir.

Azərbaycan kapitalı ilə fəaliyyət göstərən offşor şirkətlər özlərini iqtisadiyyatın digər sektorlarında da göstəriblər. Onların arasında sığorta, maliyyə, ticarət firmaları var. Offşor sxemləri aviadaşımalar, qızıl mədən sənayesi, yol-nəqliyyat tikintisi sahəsində də müşahidə olunub.

Bundan əlavə, yaxın keçmişdə lizinq sahəsində də offşor Azərbaycan şirkətlərinin yaradılması tendensiyası nəzərə çarpır. Holdinqlər daha tez-tez offşorları, habelə françayzinq və lisenziyalaşdırma ilə məşğul olan firmaları qeydiyyatdan keçirməyə çalışırlar.

Azərbaycan offşorları ilə mübarizə alətləri

2009-cu ildə Azərbaycanda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanun qəbul olunub. Həmin qanun offşor fəaliyyətini xeyli məhdudlaşdırır. Nazirlər Kabinetinin Vergilər Nazirliyinin, Baş prokurorluğun, Dövlət Gömrük Komitəsinin  müvafiq qərarları, təlimatları, əmrləri işlənib hazırlanıb.

Beynəlxalq səviyyədə Avropa Şurasının «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında»  Strasburq Konvensiyası (1999-cu il) və «Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında» Varşava Konvensiyası (2005-ci il) bir çox Azərbaycan offşor şirkətlərinin əl qolunu bağlayır.

Eyni zamanda, iri kapitala sahib olan Azərbaycan vətəndaşları hazırda fəal şəkildə offşor sxemlərindən istifadə edirlər. Beləliklə, onlar səmərəli təsərrüfat fəaliyyəti aparırlar ki, bu da onların biznesinin maneəsiz olaraq dövlətin nəzarəti «hüdudlarından kənarda» çiçəklənməyə imkan verir.

Offşorlar, xarici şirkətlər

Xidmətlərin qiyməti

Qeydiyyatın qiyməti İllik xidmət
Nominal xidmətlərsiz Nominal xidmətlər daxil  olmaqla Nominal xidmətlərsiz Nominal xidmətlər daxil  olmaqla
Panama Respublikası 1300 ş.v. 1450 ş.v.  950 ş.v.
Britaniya Virğin adaları (BVI) 1500 ş.v. 1700 ş.v.  1100 ş.v.
Beliz 1350 ş.v. 1550 ş.v.  1000 ş.v.
Seyşel adaları 1300 ş.v. 1450 ş.v.  1000 ş.v.
Nevis 1700 ş.v. 2000 ş.v.  1200 ş.v.
Dominikan 1700 ş.v. 2000 ş.v.  1200 ş.v.
Marşal adaları 1700 ş.v. 2000 ş.v.  1200 ş.v.
Sent-Vinsent və Qrenadin  1700 ş.v. 2000 ş.v.  1200 ş.v.
Honkonq 2500 ş.v. 2700 ş.v.  2000 ş.v.
Kipr 2400 Avro 2900 Avro  1400 Avro
Böyük Britaniya Ltd (nominal direktor - Böyük Britaniyanın qeyri-rezidenti) 1600 ş.v. 1800 ş.v.  1100 ş.v.
Böyük Britaniya Ltd (nominal direktor - Böyük Britaniyanın rezidenti) m.y 3600 ş.v.  m.y
Böyük Britaniya LLP, LP 1700 ş.v. 1900 ş.v.  1200 ş.v.
Şotlandiya LP 
Danimarka 4400 Avro 5800 Avro  1400 Avro
Estoniya 2200 Avro 2700 Avro  800 Avro
Sinqapur 3800 ş.v. 6200 ş.v.  2600 ş.v.
Birləşmiş Ərəb Əmirlikləri (Ras-Əl-Hayma AİZ) 3500 ş.v. 4200 ş.v.  2500 ş.v.

 

 
Açar sözlər: offşor offşor şirkətlər vergilər gəlir
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (309)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (248)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (361)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (335)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (207)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (227)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (291)
+ Tikinti və landşaft (564)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (380)
+ Təhlükəsizlik və mühafizə (117)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (116)
+ Xidmətlər (285)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.