az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Müflisləşmə o vaxt effektiv olur ki, borclunun biznesi işlək olsun

18.02.2013 | Sergey Osin

Müflisləşmə bir çoxlarının təsəvvüründə yalnız mənfi assosiasiya olunur. «Müflis» sözünü eşitdikdə, əksər hallarda bizim təsəvvürümüzdə var-dövlətini itirmiş, çıxılmaz vəziyyətə düşmüş maliyyəçi və ya biznesmen obrazı canlanır. Lakin hər şey ilk baxışda göründüyü kimi birmənalı deyil.

Müflisləşmə nədir?

İlk vaxtlarda müflisləşmə institutu heç də şirkətin ödəniş qabiliyyətinin olmaması faktının təsdiqi üçün deyil, ödəniş qabiliyyətinin bərpası, onun maliyyə «uçurumundan» xilas olunması üçün nəzərdə tutulurdu. Bundan əlavə, müflisləşmə biznesə var-yoxunu itirməməyə və böhran vəziyyətindən çıxmağa kömək edir. 

Müflisləşmə və müəssisənin ləğvi arasında fərq ondan ibarətdir ki, ləğv olunma yalnız şirkətin əmlakının onun borclarının qaytarılması üçün kifayət etdiyi təqdirdə mümkündür. Amma əgər mülkiyyət bunun üçün kifayət deyilsə, bu proseduranı daha uzunmüddətli olan müflisləşmə ilə əvəz edirlər.

Kimin müflisləşmə prosedurasını başlamaq hüququ var?

  • Borclu. Yığılmış borcları ödəmək mümkün olmadığı təqdirdə.
  • Kreditor. Borcun geri alınması və ya borclunun şirkət üzərində nəzarətin ələ alınması məqsədilə.

1997-ci ildə qəbul edilmiş «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının qanunu müəssisələrin bu tipli problemlərini həll etməsinə imkan verir.

Müflisləşmə borclunun nəyinə lazımdır?

Müəssisə borc öhdəlikləri üzrə kreditorla hesablaşa bilməyəcəyinə əmin olduqda, onun üçün müstəqil şəkildə müflisləşmə barədə ərizə vermək sərfəlidir. Çünki, məhz ərizəni vermiş tərəfin müflisləşmə prosedurasının idarə edilməsi üçün namizədi müəyyən etmək hüququna malikdir.

«BM INTERNATIONAL» şirkətinin hüquqşünası Ruslan Muxtarovun sözlərinə görə, şirkət kredit üzrə borclarını qaytarmağa, müəssisənin işçilərinə sosial ödənişləri yerinə yetirməli, sonra isə vergiləri ödəməlidir».

«Avadanlığın bir hissəsini məsrəflərin ödənilməsi üçün satışa çıxarmaq olar. Müflisləşmə baş verirsə, şirkət borcun bir hissəsini qaytara bilər, digər hissəsini isə, hətta buna imkan varsa, qaytarmamaq da olar», - deyə ekspert bildirir.

Vergilər üzrə və təchizatçılara borclar yığılıb qalıbsa...

Borclar dövriyyədə olan vəsaitlərə pul qazanmağa imkan verir. Lakin bəzən elə vəziyyət yaranır ki, siz artıq borclarınızı qaytara bilmirsiniz, kreditin ödənilməsi və faizlər üzrə aylıq köçürmələrin məbləği isə sizin gəlirinizi ötür. Borclar toplanır, kreditorlar tez-tez zəng vurur, cərimə və dəbbələmə pulları isə getdikcə artır.

Bu cür hallarda müflisləşmə yolu ilə müəssisənin ləğvi vəziyyətdən çıxış yolu ola bilər. Şirkət «yoxa çıxmır», deməli vergilərdən yayınmır, məhkəmə isə rəsmi şəkildə sizin iflasa uğradığınızı təsdiq edir. Qanunda təsvir olunmuş bütün prosedura başa çatdıqdan sonra, siz müəssisənizin bütün ödənilməmiş borclarının (o cümlədən dövlət qarşısındakı borcların) ləğvinə ümid edə bilərsiniz. 

Hüquqşünas Ramil Qaçay hesab edir ki, «müəssisənin tezliklə müflisləşəcəyinə işarə edən amillər müxtəlif ola bilər və onlar əsasən biznesin idarə olunması problemləri ilə əlaqədardır.

«Müəssisənin müflis elan olunması səbəbləri həm obyektiv, həm də subyektiv ola bilər. Obyektiv səbəblərə ağır vergi yükü, istehsal olunan məhsulun aktual olmaması, inhisarçılıq və sair aiddir. Subyektiv səbəblərə isə biznesi idarə etmək imkanının olmaması, yalançı müflisləşmə (AR CM, maddə 201-212) və digər səbəblər aiddir».

Bank kreditini qaytarmaq imkanının olmaması

Tutaq ki, siz müəssisəni inkişaf etdirmək üçün kredit götürmüşsünüz. Lakin bazarda vəziyyət kəskin şəkildə elə dəyişib və bu pullar ya itirilib, yaxud da gəlir gətirmir. Kredit üzrə faizlər isə getdikcə artır. Risk etmək cəsarətli, lakin xoş olmayan addımdır. Sizin yerdə qalan kapitalı xilas etmək və şəxsi məsuliyyət səviyyəsini aşağı salmaq üçün variantlarınız olmalıdır.

Bankların borclu şəxslərlə iş üzrə böyük təcrübəyə malikdirlər və onlar müflisləşməni idarə dən şəxsdən hər vəchlə öz məqsədləri üçün istifadə etmək və ya sizi yalançı müflisləşmədə ittiham etmək istəyəcəklər.

Buna baxmayaraq, prosesi başladıqda şirkət borclar üzrə cərimələrin ödənilməsinə qadağan qoyulur, cərimə və penyaların hesablanması isə dayandırılır. Deməli, şirkət nəfəsini dərərək kreditin ödənilməsi müddətini uzada, bankdan heç bir problemsiz yeni dəbbələmə pulu ala bilər. Bundan əlavə,  heç kim sizə eyni zamanda təsərrüfat fəaliyyəti ilə məşğul olmağı qadağan etmir.

Müflisləşmə kreditorun nəyinə lazımdır?

Şirkətin müflis elan olunması üçün məhkəməyə ərizənin verilməsi bir çox hallarda borcların geri qaytarılması üçün effektiv vasitə sayılır. Lakin müflisləşmə haqqında ərizənin o vaxt mənası olur ki, borclunun biznesi işlək olsun və onun itirməyə bir şeyi olsun. Axı borclu borcunu vaxtında ödəyə bilməsə, müflisləşmə prosedurasını başlamış kreditorun prosesə rəhbərlik etmək üçün öz adamını təyin etmək imkanı yaranır.

Dünya təcrübəsində çox tez-tez belə hallar olur ki, borclu özü borcun tezliklə aradan qaldırılması üçün özü tədbirlər görür. Çünki, əks halda bankrotluq prosedurası zamanı qalan kreditorlar da iddia ərizəsi yazmaq imkan əldə edirlər.

Müflisləşmə prosedurasını işə salaraq, kreditor əsas problemləri həll edə bilər:

  • Borclunun əmlakını satmaqla, nəhayət ki, öz pullarını geri ala bilər.
  • İddia araşdırmasından sonra borclu pulları qaytarmaq istəmirsə və vaxtı uzadırsa, kreditor onu borcları qaytarmağa vadar edə bilər.
  • Məhv olan şirkətdən borcları geri ala bilər.

Saxta və qəsdən müflisləşmə

Heç kimə sirr deyil ki, istənilən qanunvericilikdə boşluqlar var. Qanunla bu cür qeyri-qanuni manipulyasiyaların motivləri tamamilə aydındır. Borc toplayaraq, onu qaytarmadan yaxa qurtarmaq perspektivi çoxlarına cəlbedici görünə bilər.

«Saxta müflisləşmədən istifadənin faydası əsasən müəssisənin balansında olan əmlakın həcmindən asılıdır. Əksər hallarda keçmiş iri müəssisələr müflisləşir (hələ Sovet dövründən mövcud olanlar), onların balansında təkcə avadanlıq deyil, torpaq da olur. Bu müəssisələr müasir şəraitdə biznes apara bilmirlər, lakin malik olduqları aktivlərin hesabına varlanırlar», – deyə Ramil Qaçay bildirir.

«Yalançı» müflisləşmənin iki növü var

Yalançı müflisləşmə kreditorlarda yanlış fikir yaratmaq və bununla da ödənişlərin müddətini uzatmaq və ya borcların azaldılması və ya silinməsinə nail olmaq üçün bilərəkdən qəsdən elan verməkdir.

Qəsdən müflisləşmə müəssisənin müflisləşməsi üçün qəsdən şəraitin yarıdılmasıdır. Məsələn, şirkət üçün əlverişsiz sazişlərin qəsdən bağlanması, öz tanışlarına, qohumlarına və sair şəxslərə qaytarılmayan və ya güzəştli borcların verilməsi.

Bu cür qanunsuz hərəkətlərə görə inzibati və cinayət məsuliyyəti müəssisənin direktorunun və ya baş mühasibinin üzərinə düşür.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.