az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Maykl Hoffman: İstehlak kreditləşməsi səviyyəsi əhalinin ödəniş qabiliyyətinə nisbətən yüksəkdir

11.02.2013 | Natalia Korobko

Bir çox banklar yüksək likvidliyə malikdirlər və öz kapitalını yerləşdirmək üçün daha əlverişli variantlar axtarırlar

2012-ci ilin noyabr ayında Maykl Hoffman «AccessBank» İdarə Heyətinin sədri vəzifəsinə seçilib. Onun sələfi, altı il ərzində banka rəhbərlik envbi Andrü Pospelovski onu on ən yaxşı bank sırasına çıxarıb. Cənab Hoffman isə vəzifəsi bir qədər fərqli olacaq. Rəqabətli bazarda bankın mövcud mövqelərinin qorunub saxlanmasına daha çox diqqət yetiriləcək. Azərbaycana gəlməmişdən əvvəl cənab Hoffman Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rusiya nümayəndəliyində işləyib. O, Çikaqoda yerləşən «Booth School of Business» məktəbində biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. Alman, ingilis və rus dillərində sərbəst danışır.

Mikro-maliyyələşdirmədə ixtisaslaşan banka keçidinizi necə qiymətləndirirsiniz? Qurumun strategiyasında və ya idarəetmə heyətində dəyişiklik etməyi planlaşdırırsınızmı?

Bu vəzifəyə təyin olunmayım iri, hər bir əməliyyata fərdi yanaşma tələb edən maliyyə layihələrindən nisbətən daha çox standartlaşdırılmış, kütləvi məhsula keçiddir. Lakin mənim bu seqmentdə Mərkəzi və Şərqi Avropada iş təcrübəm var. Bu bazarın spesifikasını yaxşı bilirəm. Yeni vəzifədə mənim qarşımda duran əsas vəzifə mikro-kreditləşmə və kiçik və orta sahibkarlığın (KOS) kreditləşməsi seqmentlərində bankın mövqelərini, eləcə də portfelin keyfiyyətini qoruyub saxlamaqdır.

Bankın strukturu və işçi heyətində hər hansı ciddi dəyişikliklərə ehtiyac yoxdur. 2012-ci ildə biz kredit portfelimizi xeyli artıraraq 40%-ə yaxın artıma nail olmuşuq. (Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən (AMB),  bank sektorunun aktivlərinin ümumi həcmi 23% artaraq 16,8 mlrd. AZN-ə çatıb – red. qeydi).

Ölkənin bank bazarında rəqabət mühitini necə qiymətləndirərdiniz?

Bir çox banklar yüksək likvidliyə malikdir və onlar öz kapitalını yerləşdirmək üçün daha əlverişli variantlar axtarırlar. Bir tərəfdən, rəqabət güclənir, digər tərəfdən isə, mikro və KOS kreditləşməsində artım imkanları var. Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda rəqabət səviyyəsi bir o qədər də yüksək deyil. Təbii ehtiyatların qiymətin in yüksəkliyi, yüksək likvidlik və artım imkanları banklar üçün çox əlverişli şərait yaradır.

İstehlak kreditləşməsinin artımı üçün hər-hansı məhdudiyyətlər varmı?

Əsas məsələ bankların kredit verilərkən təhlili necə aparmalarındadır. Yeni kredit məhsulları və faiz dərəcələrinin azalması tendensiyası istehlakçılar üçün üstünlüklər yaradır. Bir çox vətəndaşlar müxtəlif banklardan bir neçə kredit götürür. Bazardakı bəzi oyunçular bundan istifadə edərək gözəl nəticələr əldə edirlər. Bir sıra regionlarda artıq yaxın gələcəkdə durğunluğun olacağı gözlənilir. Bazarın digər seqmentlərinin olduğu şəraitdə istehlakçı kreditləşməsi əhalinin alıcılıq qabiliyyətinə nisbətən daha yüksək səviyyədədir. Yaxın illərdə nağd kreditlərin verilməsində məhdudiyyətlər meydana çıxa bilər.

Rəqabətin artması sahibkarlara hansı üstünlüklər verir?

Getdikcə mikro-kreditləşmə seqmentinə daha çox bank daxil olur ki, bu da maliyyə vəsaitlərinin təklifini artırır. Bütün ölkə ərazisində vətəndaşların 500-20 000 $ arasında kredit götürmək imkanı var. Lakin borcların həddən artıq artmasına yol vermək olmaz. Bunun üçün də müştərinin ödəniş qabiliyyətini təhlil etmək lazımdır. Məncə, KOS seqmenti hal-hazırda bir o qədər də əhatə olunmayıb. Bu seqmentdə ənənəvi olaraq mövcud olan bir neçə bank öz fəaliyyətini ixtisar edərək, riteyl və mikro-kreditləşməyə keçirlər (bu seqmentlərdə marja və risklərin şaxələndirilməsi yüksəkdir – red. qeydi). Bizim üçün KOS kreditinin həcmi 30 000 $-dan yüksək deyil. «AccessBank»-da bu cür kreditlər ümumi portfelinin 30%-ni və ya 466 mln. AZN təşkil edir.

Bankların birləşməsinin bank sisteminin daha etibarlı olmasına kömək edəcəyi fikri ilə razısınızmı?

Bankların birləşməsi AMB-nin nizamnamə kapitalının artırılmasına dair tələbləri ilə bağlıdır (nizamnamə kapitalı beş dəfəyədək artırılaraq 50 mln. AZN-ə çatdırılıb – red. qeydi). Digər ölkələrlə müqayisədə, oyunçuların sayı əhalinin ümumi sayına nisbətdə kifayət qədər azdır (məsələn, Rusiyada hər bir milyon nəfər əhaliyə 6-dan çox bank düşür, hal bu ki, Azərbaycanda bu nisbət 5-dən azdır - red. qeydi). Lakin hər bir milli bazarın öz xüsusiyyətləri var. Əsas etibarilə daha sabit olmalı olan iri oyunçuların yaradılması siyasəti bir çox ölkələrdə aparılır. Bəs bankın sabitliyini təmin edən nədir? Müştərilərin sayının çoxluğu, kredit və depozit portfeli üzrə şaxələndirmənin yüksək səviyyəsi.

Belə ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin aparıcı bankıdır (bank sektorunun bütün aktivlərinin 30%-nə nəzarət edən dövlət bankı – red. qeydi). ABB yaxşı reytinqə və rayonlarda fəaliyyət göstərən geniş filial şəbəkəsinə malikdir. Bakıdan kənarda kənd əhalisinə kredit ayıran bankların sayı bir o qədər də çox deyil. Rusiyanın Əmanət Bankı iri, sabit bir maliyyə institutudur və bank sistemində mühüm rol oynayır. Nəyin pis, nəyin yaxşı olduğunu əminliklə demək olmaz, lakin Rusiyada bu model işləyir və sistemin sabitliyini təmin edir.

Azərbaycanın beynəlxalq maliyyə institutlarına daha çox inteqrasiya etmiş ölkəyə çevrildiyini demək olarmı?

Bəzi yerli bankların səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası və AYİB kimi beynəlxalq maliyyə institutları da var. Bu inteqrasiyadan xəbər verir. Xarici maliyyələşdirmə məsələlərinə dair mən Azərbaycan bazarına çıxmaq istəyən Avropa və Asiya fondları ilə daim əlaqə saxlayıram. Hazırda Azərbaycan regionun uğurla inkişaf edən azsaylı ölkələrindən biridir. Azərbaycan MDB-də Rusiyadan sonra investisiya səviyyəli kredit reytinqinə malik olan yeganə ölkədir (S&P, Moody’s və Fitch Ratings reytinq agentliklərinin qiymətləndirməsinə görə – red. qeydi). İş elə gətirib ki, Azərbaycan tədricən kapitalın axdığı bir ölkəyə çevrilir və biz bu tendensiyanın yaxın bir neçə il ərzində davam edəcəyini gözləyirik.

 

 
Açar sözlər: Maykl Hoffman Access bank müsahibə
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.