az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

ABŞ bazarında dəfn şirkəti liderlər sırasındadır

04.02.2013 | Alpari

«Qaynar səhmlər» - bazarda artım və azalma göstəricilərinin liderləri belə adlanır. Gəlin, ötən il dünya bazarında yaranmış vəziyyəti təhlil edək. Dərhal qeyd etmək lazımdır ki, hazırda «yüksəliş»də o şirkətlərdir ki, onlar kreativlik, riteyl və əmanətlərin lazımi uyğunluğunu tapmağa müvəffəq olublar.

Böhran dəbli dizaynerlərə çox sərt təsir edib. Dəbdəbəli paltar satıcılarından yalnız Maykl Korsun (KORS) səhmlərinin qiyməti 84% artıb.

Ən orijinal ideya – sığorta, ipoteka və dəfn bizneslərinin kombinasiyasıdır. Bu ideyanın yaradıcısı olan «Security National Financial» (SNFCA) bazarda 6,35 dəfəlik artım əldə edib. Təbii ki, bu təkcə dəfnlər hesabına deyil. Ümumi gəlirdə ipoteka ödənişlərinin (mortgage fee) payı 45%-dən 62%-ə yüksəlib. Bundan əlavə, məsrəflərin 10%-dən çoxu ailə üzvünün itirilməsinə görə sığorta ödənişlərinə gedir. Qəbiristanda yerlərin satışı və mərasim xidmətlərdən əldə olunan gəlir bu maddə üzrə məsrəflərin yalnız yarısını ödəyib. Lakin maraqlıdır ki, bazarın liderləri sırasında dəfn mərasimlərindən gəlir götürən şirkət olub. Ümumiyyətlə isə, «Security National Financial» şirkətinin səhmlərinin qiymətinin artımı bazarın «dibində» əldə olunmuş danışmaz əmlakın əldə saxlanması hesabına baş verib.

Kredit biznesinə gəldikdə isə, burada «IMPAC Mortgage Holding» (NYSE: IMH) şirkətlər qrupunun səhmlərinin qiymətində 7,23 dəfə, «Consumer Portfolio Services» (CPSS) şirkətinin səhmlərinin qiymətində isə 6,71 dəfə artım müşahidə olunub.

Bank üçün kreditə tab gətirməyin ən yaxşı yolu nə isə satmaqdır. Məsələn, «Flagstar» (FBC) Corciya ştatındakı 27 və İndiana ştatındakı 22 bank bölməsini satmaqla kapitallaşma həcmini 275% artırmağa müvəffəq olub.

«Lloyds Banking Group» (LYG) isə kredit portfelinin satılması sayəsində kapitalını 100% artırıb.

«Merrill Lynch»-i və onun maliyyə alətlərini əldə etmiş «American International Group»-u almasından narazı olan səhmdarlarla münaqişələri həll etdikdən sonra «Bank of America»-nın kapitallaşma həcmi 108% artıb.

«Goldfield» (GV) Texas ştatında sifarişlər aldıqdan sonra 7,64 dəfəlik artım əldə edib. «Sprint Nextel»in (S) səhmləri isə LTE sektorunda rəqiblərə yaxınlaşdıqdan sonra 138% artıma nail olub.

«Inhibitex» (INHX) səhmləri «Bristol-Myers Squibb» (BMY) şirkəti tərəfindən «bahasına» alındıqdan sonra səhmlərin qiyməti 138% artıb.

«Z Corp And Vidar», «My Robot Nation», «Paramount Industries», «FreshFiber», «Tim Modelmakers», «Bespoke Innovations», habelə 3D-skanı CAD-a keçirməyi təklif etmiş «Rapidform» Koreya şirkətini aldıqdan sonra, «3D Systems»-in (DDD) səhmləri 260% artıb.

«Arena  Pharmaceuticals» (ARNA) Alsqeymer xəstəliyinin müalicəsində istifadə olunan «serotonin 2A» ləngidicisinin hazırlanmasında uğur əldə etməklə, 366%-dlik artım əldə edib. «Pharmacyclics» (PCYC) şirkəti isə leykositar leykemiya dərmanlarının bir neçə uğurlu sınağından sonra 306%-lik artım əldə edib. «Infinity Pharmaceuticals» (INFI) şirkəti isə mədəaltı vəzi xərçənginin müalicəsində istifadə olunan dərmanlarının testindən sonra 293%-lik artım əldə edib.

Meksikanın sement istehsalçısı olan «Cemex SAB de CV (CX)»-in ADR göstəricisi (nömrənin orta qiyməti) tikinti qatışıqları fondlaşdırmasının uğurlu axtarışı sayəsində 86% artıb. Döşəmə taxtaları istehsalı ilə məşğul olan «Lumber Liquidators (LL)»-un qiyməti 191% artıb.

Ev üçün əşyalar, qeyri-spesifik polimerlər və kimyəvi maddələr istehsal edən «Georgia Gulf (GGC)» konserninin səhmlərinin qiyməti 115% artıb. Gips-karton və hermetik vasitələr istehsalı ilə məşğul olan «USG Corporation (USG)»-un səhmlərinin qiyməti 167% yüksəlib. «PulteGroup» (PHM) tikinti şirkəti isə 182% bahalaşıb.

«NASDAQ» və «NYSE»-nin «qaynar səhmləri» fəxri kürsüyə müxtəlif yollarla yüksəliblər. Lakin əminliklə demək olar ki, əczaçılardan inşaatçılar və rabitəçilərə qədər onların hamısı iqtisadiyyatın istehsal sektoru ilə əlaqədardır. Burada yalnız dəfn bürosu və pərakəndə paltar satışı zaminləri tərəfindən aktivlərin satışı istisna təşkil edib.

İnfrastruktur tikintisi fondlaşması ilə əlaqədar olan çətinliklər nəticəsində serruma tələbatın aşağı düşməsi «Molycorp» (MCP) mədənçıxarma şirkətinin qiymətini 2,8 dəfə aşağı salıb.

«Hewlett-Packard» (HPQ) printerlərinin satışının azalması şirkətin səhmlərinin qiymətini 46% azalmasına gətirib. «Dell» fərdi kompüterlərinə tələbatın azalması onun qiymətli kağızlarının dəyərini 30% azaldıb. «Apple» və «Samsung» arasında mübahisələr fərdi kompüter alıcılarının diqqətini smartfonlara və planşetlərə yönəldib.

İstehlak məsrəflərinin zəifliyi «Best Buy» (BBY) riteylerinin səhmlərini 50% ucuzlaşdırıb.

«Groupon» (GRPN) səhmlərinin sahibləri öz varidatının 78%-ni, «Zynga» (ZNGA)  əmanətçiləri isə 75%-ni itiriblər. Bunun fonunda «Facebook»-un (FB) səhmlərinin 36% ucuzlaşması  IPO  üçün uğursuz vaxt seçiminin nəticəsi kimi görünür.

2012-ci ildə amerikalılar səhmləri təkcə pul qazanmaq istəyindən deyil, əmanətlərinə görə ehtiyat etdikləri üçün alıblar. ABŞ sakinlərinin əksəriyyətinin gəlir artımı yalnız ilin sonunda başlanıb. Bundan əvvəl isə onların ehtiyata qoymağa vəsaitləri olmayıb. Son məlumatlara əsasən, noyabr ayında əmanətlər gəlirin 3,6%-i qədər artıb ki, bu da, o qədər də ciddi artım deyil. Amerika banklarında depozitlər üzrə faizlər sadəcə gülüş doğurur. Səhmlərin ticarət isə az-çox gəlir gətirə bilər (amma buna zəmanət vermir). Fond bazarları likvidliyin olacağını vəd edir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.