az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

AİŞ kənd təsərrüfatı, sənaye və alternativ energetikaya sərmayə yatıracaq

21.01.2013 | Balifa BAXŞIYEVA

Azərbaycan İnvestisiya Şirkətinin 2013-cü il üçün planları barədə qurumun icraçı direktoru Rövşən Nəcəf danışıb

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yaradılıb. Bu günə qədər AİŞ xətti ilə hansı layihələr maliyyələşdirilib ?

– AİŞ iqtisadiyyatın müxtəlif sahələrində bir sıra layihələrə sərmayə yatırıb. Kənd təsərrüfatı layihələrindən «Dəvəçi Broyler» ASC-nin, «Azərtoxum» ASC-nin toxum emalı və əla növ toxum yetişdirilməsi üçün müasir zavodunun, habelə, ötən il Ağstafa rayonunda açılmış və yerli təsərrüfatlara kompleks aqrotexniki xidmətlər göstərən «Ağstafa Aqroservis» ASC-nin maliyyələşdirilməsini misal gətirmək olar.

Sənaye layihələri içərisində 2013-cü ilin sonunda açılması gözlənilən yeni gəmiqayırma zavodunu, «Holcim Azerbaijan» (keçmiş «Garadagh Cement») zavodlarının açılışını göstərmək olar. Qeyd edək ki, həmin müəssisədə sement və klinkerin quru istehsalını nəzərdə tutan, elektrik enerjisi istehlakı və zərərli tullantıların azalması şərti ilə istehsalı artırmağa imkan verən müasir, mükəmməl texnologiya tətbiq olunub.

AİŞ yeyinti sənayesinin inkişafında iştirak etməklə, iri yodlaşdırılmış duz istehsalçısı olan «Azərduz» İB və «Sevimli Dad» adı ilə istehlakçılara təqdim olunan süd məhsullarının istehsalçısı «Milk-Pro» MMC-ni də maliyyələşdirib.

Bundan əlavə, AİŞ “Səngəçal Terminal” QSC-nin neft-qaz terminalının tikintisinə də sərmayə yatırıb.

İqtisadiyyatın real sektoruna sərmayə yatırmaqla yanaşı, AİŞ həmçinin birgə investisiya fondlarının təsis edilməsində də iştirak edir. Belə ki, 2008-ci ildə AİŞ İslam İnkişaf Bankı (IDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Fars Körfəzi ölkələrindən olan özəl sərmayəçilərlə birlikdə Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC-ni (CIIC) təsis edib. Adı çəkilən şirkət isə öz növbəsində iqtisadiyyatın müxtəlif sektorlarında bir sıra layihələrə sərmayə yatırır.

Hazırda AİŞ müxtəlif layihələrə 90 milyon manata qədər vəsait yatırıb. Ümumilikdə bizim iştirakımızla layihələrə 900 milyon AZN cəlb olunub.

Məlum olduğu kimi, AİŞ-in layihələrə müəyyən müddətə investisiya yatırır. Şirkətin layihələrdə iştirak müddəti necə müəyyən olunur? layihədən çıxarkən sizin iştirak payınız necə olur?

– AİŞ-in əsas məqsədi prioritet istiqamətlər üzrə yerli və xarici sərmayəçilərlə birlikdə qeyri-neft sektoru layihələrində uğurlu iştirakdır. Layihələrin nümunəvi gəlirlilik səviyyəsinə çatması AİŞ üçün həmin layihələrdə iştirak müddətinin müəyyən olunması üçün meyarlardan biridir.

Belə ki, 2012-ci ildə AİŞ Müşahidə Şurası tərəfindən iki iri layihədə iştirak payının satılması barədə qərar qəbul olunub. Ötən ilin dekabr ayında şirkət “Azərduz” QSC və «Səngəçal Qaradağ Neft-qaz Terminalı» QSC layihələrində iştirak payını əsas sərmayəçilərə satıb. Layihələrin gəlirli olması ilə əlaqədar olaraq, səhmdarlar onların fəaliyyətindən razıdırlar.

Xatırladım ki, investisiya şirkəti «Azərduz» QSC-yə 1,9 milyon AZN vəsait yatıraraq, nizamnamə kapitalında 25%-lik paya sahib olub. Zavodun tikintisinə ümumi sərmayə qoyuluşunun həcmi 15 milyon manat təşkil edir. Bu layihədə AİŞ «Azersun Holding» birlikdə həmtəsisçi olub.

«Səngəçal Qaradağ Neft-qaz Terminalı» layihəsinə AİŞ 9 milyon dollar vəsait yatırmaqla həmçinin 25%-lik paya sahib olub.

2013-cü ildə AİŞ maliyyələşdirmək üçün hansı yeni layihələri nəzərdən keçirir?

– Hazırda AİŞ kənd təsərrüfatı, sənaye sektoru və alternativ energetika sahələrində bir sıra layihələrin maliyyələşdirilməsini nəzərdə keçirir. Layihələrin biznes-konsepsiyası tərəfdaşlarla müzakirə olunur, ilkin təhlil aparılır, bazar öyrənilir, layihələrin texniki-iqtisadi əsaslandırması həyata keçirilir.

İlk növbədə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dinamik inkişafını nəzərə alaraq, AİŞ gələcəkdə də bu sektora sərmayə yatırılmasını davam etdirmək niyyətindədir. Biz beynəlxalq tədbirlərdə, biznes-forumlarda və potensial müştərilərlə görüşlərdə iştirak edirik. Həmin görüşlərdə mütəmadi olaraq iqtisadiyyatın bu və a digər sahəsinə birgə investisiya yatarımı imkanları müzakirə olunur.

Cari ilin üçüncü rübündə gəmiqayırma zavodunun – Xəzər regionunda bu tipli ən iri və ən müasir müəssisənin açılışı planlaşdırılır. Bundan əlavə, «Ağstafa Aqroservis» MMC-nin uğurlu fəaliyyətini və regionların inkişaf zərurətini nəzərə alaraq, ölkənin digər rayonlarının ərazisində də bu tipli müəssisələrin yaradılması planlaşdırılır. AİŞ iqtisadiyyatın prioritet istiqamətlərində digər maraqlı layihələri də nəzərdən keçirməyə hazırdır.

Layihələrin maliyyələşdirilməsi üçün əlavə vəsait ayrılmasına ehtiyac yaranarsa, AİŞ və CIIC tərəfindən hansı tədbirlər görüləcək?

– Yeni layihələrin maliyyələşdirilməsi məqsədilə kapital qoyuluşunun artırılmasına ehtiyac yaransa, bu məsələ nəzərdən keçirilə bilər. Qeyd etmək istərdim ki, şirkətin nizamnamə kapitalı artıq bir dəfə artırılıb. Belə ki, AİŞ 90 milyon AZN kapitalla yaradılmışdı, sonradan isə, 2010-cu ildə nizamnamə kapitalının həcmi 160 milyon AZN-ə çatdırıldı.

CIIC şirkəti 2008-ci ilin mart ayında 3 milyon AZN ilkin kapitalı olan qapalı səhmdar cəmiyyət kimi qeydiyyatdan keçirilib. Bu zaman AİŞ-in bu layihədə iştirak payı 25%, ICD-nin iştirak payı isə 75% olub.

Hazırda CIIC şirkətinin səhmdarlarının sayı genişlənib. Səhmdarlar arasında «Aref Group» Küveyt İnvestisiya Şirkəti, «Al Ahmar Group» Yəmən İnvestisiya Şirkəti, habelə İDB kimi qurumlar var. CIIC kapitalında əcnəbi kapitalın iştirak payı 23 milyon manatdan çoxdur. Strategiyaya uyğun olaraq, CIIC iqtisadiyyatın real sektoruna sərmayə qoyur.

Proseduraya uyğun olaraq, əgər CIIC Direktorlar Şurası kapital həcminin artırılması barədə qərar qəbul edərsə, biz, təbii ki, buna hazır olacağıq.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.