az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Dollar/manat cütlüyü il ərzində 0,4% enə bilər

12.11.2012 | ALPARININ Azərbaycanda rəsmi tərəfdaşı

Milli valyuta fövqəladə stabillik nümayiş etdirir: manat təkcə devalvasiyaya uğramağa hazırlaşmır, hətta tədqicən möhkəmlənir.

Azərbaycanın əsas iqtisadi və valyuta sistemi, Rusiyada olduğu kimi, neftdir. Lakin ABŞ dolları/rus rublu cütlüyündən fərqli olaraq, ABŞ dolları/Azərbaycan manatı cütlüyü tədricən enir. Elə görünə bilər ki, o neftin birja satışının gözlənilməz dəyişikliklərindən asılı deyil. Bunun səbəblərini həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda tapmaq olar. Lakin manatın möhkəmlənməsi, ilk növbədə, inkişaf etmiş ölkələrdə qeyri-ənənəvi pul-kredit siyasəti ilə şərtlənib.

Manatın məzənnəsi necə dəyişəcək?

“Maliyyə bazarı nöqteyi-nəzərindən, manat – ən dinamik inkişaf etməkdə olan Zaqafqaziya regionu dövlətlərinin valyutalarından biridir. – Alpari Şirkətinin aparıcı analitiki Mixail Krılov deyir. – İnkişaf etməkdə olan ölkələrin valyutası Avronun məzənnəsi ilə bilavasitə bağlıdır, o da sərmayədarların riskə meylinin dinamikasını əks etdirir”. Buradan çıxış edərək, Alpari-nin ekspertləri yaxın il ərzində manatın dollara nisbətən 0,4% və ya 0,30 qəpik artımını proqnozlaşdırırlar.

Manatın yüksəlməsinə inkişaf etmiş dünya ölkələrinin mərkəzi banklarının qeyri-ənənəvi siyasəti kömək edir.

Avropa bankları möhkəmlənməyə kömək edir  

Avropanın vahid valyutası 1,20 düşür ki, İsveçrə Milli Bankı (İMB) franka nisbətdə Avronun məhdudiyyətsiz alışını aparır. Onlar güclü azalmalar zamanı avrovalyuta məzənnəsini dəstəkləyir və dollar onu bütün qalan maddələr üzrə vurduqda, manata nəfəs almaq imkanı verir.

Böyük Britaniya aktivlərin alış fondunu müntəzəm artırmaqla kəmiyyət yumşalması aparır, o bu gün 375 mlrd. funt təşkil edir. Bu siyasətin səmərəli təsiri borcların ləğvini xatırladır. İstənilən kəmiyyət yumşalması kimi, aktivlərin alışı fondunun genişlənməsi, adətən, dövlət valyutasına, bu halda Britaniya funtuna tələbat azalır. Avro funta qarşı artır və ABŞ valyutasına nisbətdə möhkəmlənir. Bu dollarla cütlükdə manatın təzyiqinin bir hissəsini çıxartmağa imkan verir.

… və ABŞ-ın Federal Ehtiyat Sistemi  

Amerika Birləşmiş Ştatları artıq kəmiyyət yumşalmasının üçüncü fazasındadır. 2008-ci ildə ABŞ-ın Federal Ehtiyat Sisteminin (Mərkəzi Bankın ilkin analoqu) hazırki sədri Ben Bernanke siyasətin bu mərhələsini kreditləşmə şərtlərinin azalması adlandırıb.

Mixail Krılovun sözlərinə görə, siyasətin bu mərhələsi ayda 40 milyard dollarlı     ipoteka qiymətli kağızlarının planauyğun alışlarının keçirilməsini nəzərdə tutulur. Hər ay bu məbləğə ucuzlaşan pul təklifi artır. ABŞ-da 30 illik kreditlər üzrə orta ipoteka faizi 3,4%, 10 illik istiqrazlar üzrə faiz isə - 1,6% təşkil edir. Normal faizlərin aşağı düşməsi sərmayədarlar tərəfindən ABŞ valyutasının satışı üzrə səbəb kimi qəbul edilir. Yekunda, ABŞ-ın qeyri-ənənəvi siyasəti də manatı möhkəmləndirir.

Avrozonada stabillik manatı dəstəkləyir

Avropa liderləri birbaşa pul-kredit sövdələşmələri (OMT) proqramını aparırlar. İstiqrazlar onlar vasitəsilə üç ilə qədər ödəmə müddəti ilə alınır.

“Yalnız EFSF/ESM proqramının iştirakçıları (Avropa Maliyyə Stabilliyi Fondu/Avropa Stabilləşmə Mexanizmi) girovu geri qaytarmaya düşürlər, onun əsasında müvafiq qərar qəbul edilib, - Alpari Şirkətinin eksperti qeyd edir. – Lakin inkişaf edən ölkələrin bondları özlüyündə vahid bazarı təmsil edirlər. OMT çərçivəsində alışlar nəticəsində artıq Yunanıstanın istiqrazları 23%-dən 17%-ə, Portuqaliyanın – 9%-dən 8%-ə, İspaniyanın - 6%-dən 5,6%-ə, İtaliyanın – 6%-dən 5%-ə qədər gəlirliliyi vurub salırdı. Bununla belə, gəlirlilik qeyri-adekvat qalmaqda davam edir”.

Avropalıların problemli borclar bazarına likvidliyin təsiri üzrə səyləri mütləq maliyyə sisteminin stabilliyinin artması ilə ödənilir. Birbaşa pul transaksiyası proqramı Avro və manata dəstək göstərməlidir.

Beləliklə, hər şey bizim milli pul vahidi üçün kifayət qədər pis deyil. Hələlik əsas dünya valyutaları cəmi iki-üç ay ərzində kifayət qədər əhəmiyyətli hərəkətə məruz qalır, manat isə dollara nisbətdə fövqəladə stabillik nümayiş etdirir. O təkcə devalvasiyaya uğramır, hətta tədricən möhkəmlənir. Ümid edək ki, milli biznes belə əlverişli hallardan tam mənada istifadə edə biləcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.