az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Təcili pul köçürmələri: sürətli, rahat və ucuz

02.03.2012 | Rəşad Məmmədov

Pul köçürmələri sistemi əsasən sərfəli tarif cədvəlindən (adətən isə bu cədvəl reqresiv olaraq dəyişir) ibarətdir ki, bu da müştərilərin maraqlarına cavab verir. Hazırda pul köçürmələri həyata keçirmək üçün rəsmiləşdirmə aparmaq mütləq deyil. Köçürmə həm digər banklardakı xarici hesablar, həm də daxili müxbir hesabları vasitəsilə çevik və təhlükəsiz şəraitdə həyata keçirilir.

Azərbaycan «Xəzri»si

Pul köçürmələri sisteminə Azərbaycan bazarında kifayət qədər böyük ehtiyac var. Bu ona beynəlxalq səviyyədə marağın olduğunu göstərir. Belə ki, Ukraynanın Milli Bankı Azərbaycanın «Xəzri» təcili pul köçürmələri sistemilə pulköçürmə qaydalarını təsdiq edib. Bu sistem respublikanın aparıcı banklarından biri olan «Kapital Bank»a məxsusdur. «Fərqli xüsusiyyəti ölkənin istənilən regionuna pul köçürmək olan bu sistemdən 2010-cu ildən başlayaraq Rusiyanın bir sıra vilayətlərində də istifadə etmək olur», - deyə «Kapital Bank»ın mətbuat xidmətindən bildirirlər.

Bununla yanaşı, 2012-ci il martın sonuna qədər Azərbaycan və Ukrayna STEFİ pul köçürmə sistemini istifadəyə verəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun sözlərinə görə, Azərpoçt artıq bu iki ölkə arasında STEFİ sistemini işə salıb, amma onun onlayn rejimdə istifadəsinin uzanması sistemdəki texniki dəyişikliklərlə bağlıdır. «Bu, üç saat ərzində təcili pul köçürməsini nəzərdə tuturdu. Bu xidmət Beynəlxalq Poçt Birliyinin tövsiyələri əsasında tətbiq edilir. Gələcəkdə Bealurs, Rusiya, Qazaxıstan və Moldova ilə təcili pul köçürmələri həyata keçirmək üçün analoji imkanlar yaratmaq planlaşdırılır. Ümumən isə Azərpoçt Belarus, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan, Ukrayna və BƏƏ ilə pul köçürmələri həyata keçirir», - deyə N.Məmmədov.

Rəqəmlər və faktlar: qardaşım üçün 556 manat

2011-ci ilin yanvar-iyul aylarında ölkədə pul köçürmələri bazarının həcmi 776,2 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 33,2% çoxdur. Daxil olan köçürmələrin məbləği göndərilənlərin məbləğindən 2,7 dəfə çox olub. Göndərilənlər isə öz növbəsində 55% artıb. Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, göndərilən orta məbləğ 2011-ci ilin yanvarında 848,3 manatdan iyul ayında 867,6 manata yüksəlib. Qəbul edilən köçürmələr isə 655,9 manatdan 556,8 manatadək azalıb.

Hazırda Azərbaycanda dünyanın bir çox ölkələrini əhatə edən 15-dən artıq pulköçürmə sistemi var. Onlar arasında Migom, Western Union, Contact, Zolotaya Korona, Lider, Allyur, CoinStar, Private Money, Express və başqalarını göstərmək olar. Onlar bir-birindən adları ilə yanaşı, həm də tarifləri, köçürmənin göndərilmə müddəti və onların işlədiyi ölkələrin sayı ilə fərqlənir (cədvəl 1).

Tariflərə görə köçürmə sistemləri arasında «çempion» ən «qocaman» pulköçürmə sistemi Western Union-dur. Bu sistemin adı hətta bəzi insanlar arasında elə «pulköçürmə» anlayışı ilə bağlıdır. Sistem məşhur brendi və yüksək qiymətlərilə fərqlənir.

Pulköçürmə sistemlərinin ayrılıqda Azərbaycan üzrə dövriyyəsi haqda məlumatın olmaması səbəbindən Rusiya statistikası əsasında demək olar ki, yerli əhali 2010-cu ildə «Rusiya – MDB ölkələri» istiqamətində əsasən UniStream (28%), Zolotaya Korona (17%) sistemlərinə üstünlük verib. Onların ardınca isə Western Union, Migom, Contact və başqaları gəlir. Rusiyadan MDB-yə pul köçürmələri üzrə hesabata əsasən, 2011-ci ilin birinci rübündə bütün pul köçürmələrinin 8%-i Azərbaycanın payına düşüb (cədvəl 2).

Rentabellik və tariflər

Köçürməni həyata keçirmək üçün servis xidmətində şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Maraqlıdır ki, sürücülük vəsiqəsi və hətta «xarici pasport» (şəxsiyyət vəsiqəsindən fərqli olaraq beynəlxalq səviyyədə tanınmış sənəddir) nə səbəbdənsə bu məsələdə hüquqi qüvvəyə malik olmur.
Müxtəlif sistemlərlə pulköçürmə qiymətlərinə gəldikdə isə onların ucuzlaşmasını gözləməyə dəyməz. Mütəxəssislərin fikrincə, bazarın əsas operatorlarının tarifləri artıq rentabellik hüdudlarına çatır.

Çox güman ki, sıx rəqabət şəraiti əsas bazar iştirakçılarından qiymətləri süni şəkildə azaltmağı (dempinq) deyil, xidmətin inkişafına sərmayə yatırmağı tələb edəcək. Bundan əlavə pul köçürmələri sisteminin artıq rəqibləri də peyda olub. Bunlar Master Card və Visa tərəfindən bazara çıxarılan cash-to-cash və card-to-card kimi alternativ və kifayət qədər rahat pulköçürmə alətləridir. Amma ölkədə plastik kartlardan istifadənin elə də yüksək olmadığını nəzərə alsaq (bankomatlardan pul çıxarmağı çıxmaq şərtilə), Azərbaycanda pulköçürmə sistemlərinə yaxın gələcəkdə sabit tələbin olacağını deyə bilərik.

Cədvəl 1.

Sistem Ölkələrin sayı Komisyon haqqı Köçürmə müddəti
Contact 91 1,5-3% 15 dəqiqə və artıq
Lider 110  0,5-3% Dərhal
Migom  17  2% 1 dəq.
UniStream 95 0.5% - 4%  10  dəqiqə və artıq
Western Union 200 15% qədər  1-5 dəq.
Bıstraya poçta  12 0,75 - 2%  1  dəq.
Zolotaya Korona 12 1,5%  başlayaraq  1  dəq.

Cədvəl 2.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.