az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Kommersiya obyektləri bazarı geriləmə dövrünü yaşayır

28.02.2012 | Musa Xəlilov

Sirr deyil ki, biznesə başlamaq məqsədilə ilk növbədə şirkətin yerləşəcəyi məkan üçün ofis almaq ya da icarəyə götürmək lazımdır. Ölkədə kommersiya sahələri bazarının formalaşması ilə əlaqədar sahibkarlar bu bazarın şərtlərinə maraq göstərirlər. Respublikada konsaltinq və rieltor şirkətləri bazarın bu sahəsi haqqında icmalları nisbətən bu yaxınlarda hazırlamağa başlayıblar.

İlk əvvəl qeyd edək ki, dünya təcrübəsində kommersiya məqsədli daşınmaz əmlak dedikdə yaşayış üçün nəzərdə tutulmayan binalar və yerlər nəzərdə tutulur. Qeyri-yaşayış fonduna daxil olan obyektlərin təyinatı istehsalat və ticarət müəssisələri, həmçinin servis sahəsində fəaliyyət göstərən firmaların fəaliyyətinə xidmət etməkdir. Belə obyektlərə ofislər, mağazalar, anbarlar, istehsalat sahələri, əyləncə və ticarət kompleksləri və s. aid etmək olar.

Xaricdə kommersiya məqsədli daşınmaz əmlak bazarının iştirakçıları sırasına satıcı və alıcılardan başqa məsləhətçilər, developerlər (yeni daşınmaz əmlak obyektləri yaradan sahibkarlar), brokerlər, agentlər, rieltorlar, daşınmaz əmlakı idarəedənlər və s. aiddir. Azərbaycanda isə kommersiya məqsədli daşınmaz əmlak bazarında bu sahə tam formalaşmayıb və yalnız rieltorlar və tikinti şirkətlərilə təmsil olunur.

Bakıda kommersiya məqsədli daşınmaz əmlak

Hazırda Azərbaycanda kommersiya məqsədli daşınmaz əmlak bazarında təklif artmaqdadır. İndiyədək ölkədə bu sahə üzrə heç bir statistika aparılmayıb. Düzdür, konsaltinq və rieltor şirkətləri mütəmadi olaraq bu sahədə vəziyyətlə bağlı öz müşahidələrini açıqlayırlar. Bakı Rieltorlar Assosiasiyasının sədr müavini, MBA Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimov qeyd edir ki, hazırda Bakıda kommersiya sahələrinə işgüzar maraq azalır. Onun sözlərinə görə, kommersiya sahələrinin saxlanması və fəaliyyəti üçün xərclər artır və buna görə obyektlərin səmərəli işini təşkil etmək çətinləşir. Rieltorların fikrincə, əvvəllər kommersiya obyektləri bazarında biznes sərfəli və müqayisədə gəlirli sahə idi, indi isə bu biznes az qala köhnə vaxtlardakı kimi gəlir gətirir. Özü də kommersiya obyektlərinin gəlirliliyi xüsusən paytaxtda, demək olar, hər rüb aşağı düşür. Buna görə də hazırda bazarın bu seqmentində fəallıq azalır.

N.İbrahimovun sözlərinə görə, ötən il kommersiya sahələri bazarında daha acınacaqlı vəziyyət hökm sürürdü ki, bu da qiymətlərin düşməsinə gətirib çıxardı. «2011-ci il oktyabrın sonlarında həmin ilin əvvəli ilə müqayisədə kommersiya məqsədli daşınmaz əmlak bazarında satışın 15% azalması müşahidə olunub». N.İbrahimov onu da əlavə edir ki, hazırda paytaxtda kommersiya sahəsinin bir kvadratmetri orta hesabla 2720 dollar təşkil edir. Özü də bazarda təklif edilən sahələr paytaxt üzrə orta qiymətdən ucuzdur. «Əmlak Bazarı İştirakçıları» İctimai birliyinin avqustun əvvəlində yaydığı icmala görə, belə sahələrin həcmi ümumi təklifin 52,4%-ni təşkil edib. Əgər 2011-ci ilin yay aylarında Bakının mərkəzi hissəsində kommersiya sahəsinin bir kvadratmetri 4860 dollar idisə, mərkəzə yaxın ərazilərdə bu göstərici 3469, bir qədər kənar ərazilərdə 2114, şəhər kənarında isə 760 dollar olmuşdu.

Kommersiya obyektlərinin icarəsi

Kommersiya obyektlərinin icarəsi bazarında da qiymətlər aşağı düşür. MBA Consulting-in dəyərləndirmələrinə görə, ötən il oktyabrın sonlarında bu ilin əvvəlilə müqayisədə qiymətlərin azalması 12%-ə çatıb.
«Hazırda kommersiya sahəsinin icarəsi orta hesabla bir kvadratmetrə görə 18,2 dollara (ildə 218,4 dollara) bərabərdir ki, bu göstərici 2010-cı ildə 15,1 dollar (ildə 181,2 dollar) olmuşdu», deyə ekspert bildirir.

Müqayisə üçün deyək ki, «Cushman&Wakefield» rieltor şirkətinin məlumatlarına əsasən, 2010-cı ildə Moskvada ofislərin icarəsi bir kvadratmetrə görə ildə 850 dollar olub (dünya reytinqində Moskva yeddinci yerdə qərarlaşıb). Şirkətin məlumatlarına əsasən, 2010-cı ildə Honkonqda ofis icarəsi bir kvadratmetrə görə ildə orta hesabla 2,3 min dollara bərabər idi. Həmin ildə Tokioda isə ofislər göstərilən parametrlər üzrə 1742 dollara icarəyə verilirdi. Şirkətin hazırladığı reytinqdə üçüncü yeri 1,6 min dollarla Londonun Vest End rayonu, dördüncü pillədə Nyu-Yorkda Manhettenin Midtaun rayonu qərarlaşıb ki, burada bir kvadratmetrlik sahə ildə təxminən 1000 dollara başa gəlirdi. Reytinqin beşinci yerini Rio-de-Janeyro tutur. Bu şəhərdə ofis icarəsi 950 dollara çatır.

Beləliklə, Bakıda obyekt icarəsinə olan qiymətlər Avropanın orta şəhərlərindən elə də geri qalmır. Ola bilər ki, buna görə də bazarda mütəmadi olaraq yeni təkliflər yaranır. N.İbrahimovun sözlərinə görə, qiymətlərin azalmasına baxmayaraq, hazırda Bakıda yeni kommersiya sahələrinin inşası davam edir. «Amma onların tikintisindən sonra sahibkarlar həmin sahələri satmaqda və ya icarəyə verməkdə çətinlik çəkirlər. Hazırda paytaxtda belə sahələr çoxluq təşkil edir».

Böhrana baxmayaraq

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyində hesab edirlər ki, istənilən halda kommersiya məqsədli daşınmaz əmlak bazarını genişləndirmək üçün Azərbaycanda hələ kifayət qədər potensial var. Bütün dünyada mövcud böhrana baxmayaraq, Azərbaycanda qeyri-yaşayış sahələri hələ də likvid hesab olunur. Ekspertlər bildirirlər ki, hazırda yaşayış sahələrinin qeyri-yaşayış və əksinə çevrilməsində bəzi bürokratik əngəllər mövcuddur. «Exo» qəzeti yazır ki, tikintiyə icazə almaq üçün İcra Hakimiyyətinə (İH) torpağın alqı-satqısı haqqında notarial qaydada təsdiqlənmiş sənəd, torpağa sahiblik haqqında şəhadətnamə və obyektin eskiz layihəsi təqdim olunmalıdır. İH-yə müraciət edərkən həmçinin Respublika Seysmologiya Mərkəzinin rəyi, şəxsi mülkiyyət olan torpaq üzərində tikinti üçün ərizə, tikinti smetasının ilkin texniki və iqtisadi göstəriciləri və obyektin sxemli planı tələb olunur. Layihənin eskizini həmçinin Bakı İH-nin Baş Memarlıq və Şəhərsalma İdarəsinə (BMŞİ) təqdim etmək lazımdır. Adıçəkilən strukturun mütəxəssisləri tərəfindən layihənin eskizinə baxıldıqdan və lazım gəldikdə düzəlişlər edildikdən sonra xüsusi icazə verilir. Amma sənədlərin təqdim edilməsi tikinti üçün icazənin alınmasında yalnız ilk mərhələdir. Bundan sonra tikinti pasportu almaq üçün sənəd hazırlamaq lazımdır. Bu mürəkkəblik son nəticədə bazarın inkişafına mənfi təsir edir.

Bundan başqa, dünyanın inkişaf etmiş şəhərlərində qeyri-yaşayış sahələrinin şirkətin fəaliyyət sahəsindən asılı olaraq təsnifatlandırılması təcrübəsi mövcuddur (sənaye, maliyyə və s.). Məsələn, əgər sahibkar sənaye istehsalatı üçün sahə axtarırsa, o bunu şəhər kənarında etməli olur. Azərbaycanda isə təəssüf ki, bu təcrübə hələlik geniş tətbiq edilmir. Paytaxtda biznes-mərkəzlər əsasən şəhərin mərkəzi hissəsində yerləşir. Bakı ətrafı isə bu baxımdan diqqətdən kənarda qalıb. Bazarda təqdim edilən qeyri-yaşayış sahələri əsasən yeni tikililərin 1-2-ci və təkrar bazarda evlərin 1-ci mərtəbələrində yerləşir. Birlik ekspertlərinin fikrincə, Azərbaycanda qeyri-yaşayış sahələrinin tam təsnifatı yaxın 10-15 il ərzində mümkün olacaq.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.