az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

ARDNF: sərmayəni qızıla, səhmlərə və ya daşınmaz əmlaka yatırmalı?

20.02.2012 | İldırım

2011-ci ilin sonunda Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) builki büdcəsini təsdiq etməklə həmçinin bu strukturun vəsaitlərinin istifadə olunmasının əsas istiqamətlərini və fondun idarə edilməsi üzrə xərclərini müəyyən etdi. 2012-ci ildə ARDNF-in proqnozlaşdırılan gəlirləri 10,697 milyard manat, xərcləri isə 10,561 milyard təşkil edəcək. Azərbaycanın satdığı karbohidrogenlərdən əldə edilən gəlirlərdən başqa, həmçinin akr üzrə ödənişlərdən 3,343 milyon manat, neft və qaz tranzitindən 8,137 milyon manat, fondun aktivlərinin yerləşdirilməsi və idarə edilməsindən 319,218 milyon manat, həmçinin digər mənbələrdən 900 min manat gəlir gözlənilir.

Sərmayə fəaliyyəti məsələsinə, yəni ARDNF-in aktivlərinin yerləşdirilməsi və idarə olunmasına Azərbaycan prezidenti İlham Əliyevin 29 dekabr 2011-ci il tarixli digər fərmanı həsr edilib. Bu fərmana əsasən, Azərbaycan Dövlət Neft Fondunun Valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaların təsdiq edilməsi haqqında 19 iyun 2001-ci il tarixli 511№-li fərmana dəyişikliklər edilib. Yeniliklər ARDNF-in sərmayə portfelinin vəsaitlərini ABŞ, AFR, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiya, Avropa valyuta zonası ölkələri, Rusiya və Türkiyənin uzunmüddətli öhdəliklərinə yatırmağa imkan verir, yalnız bir şərtlə bu ölkələrin suveren qiymətli kağızları Standard & Poor’s və Fitch Ratings reytinq agentliklərinin «A»-dan aşağı olmayan kredit reytinqinə, Moody’s Investors Service-in isə «A2» reytinqinə malik olmalıdır. Fonda həmçinin vəsaitləri dünyanın aparıcı şirkətlərinin sərmayə reytinqindən aşağı olmayan korporativ səhmlərinə, pay fondlarının səhmlərinə, qızıla və daşınmaz əmlaka yatırmağa icazə verilib.

Vəsaitlərin yeni sərmayə alətlərinə yatırılmasını şərh edən ARDNF-in vəsaitlərin idarə edilməsi idarəsinin rəisi İsrafil Məmmədov qeyd edir ki, fondun sərmayə siyasəti üzrə iş başa çatıb. Proqram qızıl, səhm və daşınmaz əmlaka yatırımları nəzərdə tutur. «Bütün üç istiqamət üzrə fəal iş görülür, bazar öyrənilir, potensial tərəfdaşlarla danışıqlar aparılır», - deyə o bildirib. Prioritetlərə gəldikdə isə İ.Məmmədov qeyd edib ki, ARDNF vəsaitləri daha çox şəffaf bazara malik olan inkişaf etmiş ölkələrin daşınmaz əmlakına yatırmaqda maraqlıdır. «İlk əvvəl söhbət Avropa bazarlarından gedir, sonra isə digər bazarları da nəzərdən keçirəcəyik».

Eyni zamanda ARDNF-in mətbuat xidməti məlumat yayıb ki, fondun sərmayə portfelinin şaxələndirilməsi və gəlirlərinin artırılması məqsədilə səhmlərə də sərmayə yatırmaq planlaşdırılır. İlkin mərhələdə səhmlər portfelinin idarə edilməsi sorğu üsulu ilə seçiləcək xarici menecerlər tərəfindən həyata keçiriləcək. Müvafiq məlumat ARDNF-nin rəsmi saytında yerləşdiriləcək. ARDNF artıq qızıla yatırımlar etməyə başlayıb. 2012-ci il fevralından 1-dən fond artıq marketmeyker, yəni Londonun qiymətli metallar bazarı iştirakçıları Assosiasiyasının üzvləri olan banklardan qızıl külçələr almağa başlayıb. ARDNF-in sərmayə strategiyasına əsasən, 2012-ci ildə qızıla fondun ümumi sərmayə portfelinin 5%-i yatırıla bilər.


Hansı sərmayə bazarının – fond, qiymətli metallar və ya daşınmaz əmlak bazarının şərtləri ARDNF-in sərbəst pul vəsaitlərini yatırmaq üçün daha münasib olardı? Dünyanın aparıcı analitiklərinin bu sərmayə seqmentləri üzrə proqnozları birmənalı deyil.

Amerikanın nəhəng Morgan Stanley kommersiya bankı 2012-ci ildə dünya bazarlarında qızılın unsiyasının 2200 dollara qədər artacağını proqnozlaşdırdığı halda, Avropanın Credit Suisse və London Business School maliyyə institutlarının ekspertəri bildirirlər ki, qızılın qiymətləri etibarlı yatırım aləti rolunu oynaya bilməsi üçün kifayət qədər sabit deyil və qiymətli metallar səhmlərdən fərqli olaraq daha az uzunmüddətli gəlirliliyə malikdir. Beynəlxalq RoyalMaxBrokers konsaltinq korporasiyasında isə əksinə, hesab edirlər ki, qiymətli metallar bazarında qızıl itkilərdən ən yaxşı qoruyan xalis sərmayə yatırımıdır. Buna görə də siyasi və iqtisadi qeyri-stabillik dövründə mübadilə vasitəsi kimi həmişə qızıla müraciət edirdilər. 2008-ci ilin əvvəlində qızılın bir unsiyasının (qızıl külçədə) qiymətinin 900 dolları keçməsi, 2011-ci ilin sonunda isə 1786 dollar olması onu göstərir ki, qızıl etibarlı sərmayə yatırımıdır.

Ekspertlərin fond birjaları ilə bağlı proqnozları isə bir qədər bədbindir. Goldman Sachs bankının ABŞ-ın fond bazarları üzrə baş strateqi Devid Kostin (Chief US Equity Strategist) hesab edir ki, 2012-ci ilin sonlarında dünya fond birjaları təxminən indiki və ya bir qədər aşağı səviyyədə olacaq. Səhmlərə pul yatırmaq istəyənlərə ekspert ənənəvi olaraq dividend ödəyən və il ərzində dividendlərin artırılmasına ümid yeri olan şirkətləri seçməyi məsləhət görür. Amma eyni zamanda Avropada borc böhranının davam edəcəyi halda məzənnənin aşağı düşməsinə hazır olmaq lazımdır. Təxminən eyni proqnozla Rusiyanın Kalita-Finans maliyyə qrupu da çıxış edir. Rusiyalı ekspertlər hesab edirlər ki, bu il fond bazarları dünyanın mərkəzi banklarının və əldən düşmüş treyderlərin «döyüş meydanına» çevriləcək. Məsələ burasındadır ki, 2012-ci ildə dünya iqtisadiyyatı böhranın ikinci dalğası ilə üzləşə bilər. Hökumətlər arasında «sözlə» müdaxilələrin davam etməsi, kəskin qənaət, mərkəzi bankların kütləvi şəkildə maliyyə stimullaşdırmaları, borcların çətinliklə ödənilməsi və dövlət büdcələrinə tələblərin kəskinləşməsi – bütün bunlar ona gətirib çıxaracaq ki, genişmiqyaslı maliyyə yardımları bazarları ağır tendensiyalardan qorumayacaq.

2012-ci ildə ciddi narahatlıqlar daşınmaz əmlak bazarını da gözləyir. «World Lux Realty» beynəlxalq rieltor şirkətinin ekspertlərinin qiymətləndirmələrinə görə, qeyri-bərabərlik hətta ayrı-ayrı regionlar miqyasında müşahidə olunacaq. Belə ki, Roma, Cenevrə və Madrid kimi Avropa şəhərlərində geriləmə gözlənildiyi halda, London, Moskva və Parisdə, əksinə, qiymətlərin xeyli artmasını gözləmək lazımdır. Asiya bazarında, xüsusən də Sinqapur, Mumbai, Xoşimin, Xanoy, Şanxay və Honqonk kimi böyük şəhərlərdə qiymət dinamikası çox güman ki, mənfi olacaq. «World Lux Realty» bildirir ki, 2012-ci ildə daşınmaz əmlakın bahalaşması şirkətin araşdırma apardığı şəhərlərin təqribən 45%-də müşahidə olunacaq. Əks vəziyyət isə elə bir o qədər şəhərdə gözlənilir. Qalan 11-12% şəhərlərdə isə daşınmaz əmlakın dəyərində əhəmiyyətli dəyişiklik baş verməyəcək.

Nüfuzlu özəl təşkilatların konkret ölkələr üzrə hesabatları da var. Bu hesabatlarda bildirilir ki, 2012-ci ildə Avropanın daşınmaz əmlak bazarı yüksək riskə doğru gedəcək. İsveçrənin UBS bankının məlumatlarına görə, bu ölkənin daşınmaz əmlak bazarında qiymət köpüyünün indeksi 2011-ci ilin dördüncü rübündə 0,80-ə qədər yüksələrək risk zonasına yaxınlaşıb. Hesab olunur ki, indeksin göstəricisi 1-i keçərsə, bu, daşınmaz əmlaka yatırımın yüksək risk olması demək olacaq. Artıq 2012-ci ilin birinci rübündə belə bir şey baş verə bilər. UBS-in hesablamaları İsveçrənin mənzil bazarında kəskin artımın davam etdiyini göstərdiyi halda, indeksin göstəricisi son 20 ildə ən yüksək həddə çatıb.

Öz növbəsində Residential Research Associate şirkəti həmçinin 2012-ci ildə daşınmaz əmlak bazarı ilə bağlı özünün bədbin proqnozları ilə bölüşüb. Bu təşkilatın eksperti Keyt Everett-Allen hesab edir ki, 2011-ci ildə qiymət artımının ləngiməsi «Cənubi Avropa ölkələrinin suveren borcları ilə bağlı yaranan şübhələrlə əlaqədar idi». «Bazarda hələ də belə qorxu var ki, problem bütün Avropa zonasına yayılacaq və daha da böyüyəcək, çünki ona elə də ciddi diqqət ayrılmır», - deyə o qeyd edib.

Avtomatik olaraq mənzil bazarına təsir edən likvidlik böhranı ilə mübarizə aparan Avropadan fərqli olaraq ABŞ-da daşınmaz əmlakla bağlı vəziyyət daha asan proqnozlaşdırılır. Amerikanın Real Capital Analytics Inc. şirkətinin hesabatına əsasən, «ABŞ-ın kommersiya obyektləri bazarı digər aktivlərlə müqayisədə çox cəlbedicidir və buna görə də ola bilər ki, bu il kapital axını əsaslandırılmış olmaqla daha çox olacaq». Real Capital Analytics Inc. şirkətinin ekspertlərinin fikrincə, bazarın 50%-lik artımı ehtimal olunsa da «daha güclü artım üçün böyük şans da var».
Xarici analitik maliyyə qurumları ekspertlərinin müxtəlif fikirləri ARDNF-in sərmayə aləti seçimində prioritet məsələsini daha da aktual edir.
«Emilaz» maliyyə şirkətinin prezidenti İlqar Eyvazov hesab edir ki, Neft Fondu bütün sərmayə alətlərinə pul yatıracaq. «Fevralın əvvəllərindən başlayaraq ARDNF artıq qızıl bazarına çıxıb və çox güman ki, qiymətli metalın alışı davam etdiriləcək, çünki yaxın perspektivdə qızıl çətin ki ucuzlaşsın. Fond bazarında və ya daşınmaz əmlak bazarında istənilən gözlənilməz hadisə, əksinə, qiymətdə daha sabit olan qiymətli metallara yatırımı daha da cəlbedici edəcək», - deyə o qeyd edir.

Ekspert cəlbediciliyinə görə ikinci sahənin daşınmaz əmlak bazarı olduğunu deyir. Amma onun sözlərinə görə, Avropanın bəzi ölkələrində vəziyyətdən asılı olaraq mənzərə köklü şəkildə dəyişə bilər. Amma böhrandan kənar ölkələr var ki, burada daşınmaz əmlakın qiyməti artmaqda davam edəcək.

İ.Eyvazov 2012-ci ildə səhmlərə pul qoymağın yüksək riskli yatırım olduğunu bildirdi. Onun fikrincə, çox güman ki, ARDNF Avropa və ya Amerika şirkətlərinin səhmlərinin alışını fond bazarlarında vəziyyət aydınlaşanadək 2012-ci ilin ikinci yarısından tez etməyəcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.