az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Debitor və kredit borcları: müasir iqtisadiyyatın reallıqları

17.02.2012 | Rəşad Məmmədov

Maliyyə-təsərrüfat fəaliyyəti zamanı istənilən müəssisədə borclar, digər təşkilatlar qarşısında sərf edilmiş iş və xidmətlər həcmi, işçilərə məvacib formasında borclarla bağlı olan öhdəliklər yarana bilər. Müəssisənin digər hüquqi və fiziki şəxslərə belə borcu kredit borcu adlanır.

İnkişaf məqamı əldən çıxmasın

Digər hüquqi və fiziki şəxslərin həmin təşkilata olan borcları isə debitor borcu, şəxslərin özü isə debitorlar adlanır. Debitor borclara əsasən alıcı və sifarişçilərin aldığı məhsullara (xidmətə) görə borclarını aid etmək olar. Belə borcları hətta üçüncü tərəfə də satmaq mümkündür.

«Mühasibat uçotu» jurnalının baş redaktoru Əflatun Babayevin sözlərinə görə, postsovet dövrünün ilk vaxtlarında ödənilməyən debitor və kredit borcları həqiqətən kəskin problemlərdən biri idi. «Lakin müasir dövrdə borc vəsaitlərdən istifadə etmək bir çox şirkətlərin təsərrüfat fəaliyyətində adi təcrübədir. Çünki əlavə maliyyə vəsaitləri cəlb etmədən lazımi inkişaf səviyyəsinə yüksəlmək çətindir. Öz vəsaitlərinə arxalanaraq uzağa getmək mümkün deyir, rəqiblər dərhal irəli çıxacaqlar.

Digər tərəfdən, bazar münasibətlərinin dünya təcrübəsində kreditorlar qarşısında borc öhdəliklərinin aradan qaldırılması işgüzar həyatın ayrılmaz tərkib hissəsidir. Əks təqdirdə şirkətin işgüzar nüfuzuna ağır zərbə dəyə bilər. Bunun nəticəsində itirilən xeyir istənilən borcdan qat-qat çox ola bilər», - deyə A.Babayev fikirlərilə bölüşür.

Borcların vəziyyətlə əlaqədar silinməsi

Borcların müəyyən vəziyyətlə əlaqədar silinməsi təcrübəsi də mövcuddur. Müasir Azərbaycan tarixində müəssisə borclarının ən böyük silinmə hallarından biri Nazirlər Kabinetinin bu yaxınlarda verilən qərarı ilə «Azərsu» SC-nin 2011-ci il fevralın 1-nə kimi yaranan 222 milyon manat dəyərində kredit borclarının silinməsidir.

Əgər pul borcları ilə bağlı vəziyyəti ölkə miqyasında qiymətləndirsək, o halda böyük strateji dövlət müəssisələrinin Mərkəzi Banka olan ümumi kredit borcları 2011-ci il 1 iyul tarixinə 1.756,4 milyon manat təşkil etdiyini görərik. Dövlət zəmanətilə kredit ARDNŞ-a, «Azəralüminium» ASC, «Azərenerji» ASC və «Azərbaycan Hava Yolları» QSC-yə verilib.

Dövlət zəmanətilə kreditlər xaricdən maliyyə kanallarının azalması şəraitində likvidliyi təmin etmək lazım olduqda və strateji vacib müəssisələr üçün daxili risklər artdıqda verilir. «MB-nın hazırda məqsədi bu alətin istifadədən çıxarılmasıdır və artıq onun bazarda payının azalmasını görmək olar», - deyə ölkənin əsas bankının idarə Heyətinin sədr müavini Aftandil Babayev bildirir.

«Zəncirvari reaksiya»

Adətən müəssisələrin borcları «zəncirvali reaksiya» vermək prinsipinə malik olur. «Məsələn, məhsul və xidmət (deyək ki, neft) satarkən xammal zavoda göndərilir (müəssisə təchizatçıya borclu qalır), oradan neft bazasına (obyekt neft zavoduna borclu qalır) göndərilir və s. Sonra isə borclar elə bu zəncirvari yolla ödənilir. Yəni anlamaq lazımdır ki, biz iqtisadi əlaqələrin qarşılıqlı asılılıq şəraitində yaşayırıq və bir məsuliyyətsiz borclu şəxs bir çox şirkətlər üçün borcun qaytarılmaması böhranını yarada bilər.

İnkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə dövriyyənin sürətini artırmaq  üçün pul vəsaitlərilə yanaşı, «surroqat pullar»dan, məsələn, veksel, istiqrazlardan istifadə edilir. Amma belə maliyyə alətlərinin tətbiqi ölkəmizdə fond bazarının inkişaf etməməsi səbəbindən məhduddur», - deyə «Mühasibat uçotu» jurnalının baş redaktoru A.Babayev qeyd edir.

Borcu qaytarmamaq üçün variantlardan biri də borclu olan müəssisənin müflisləşməsi ola bilər. Qanunvericiliyə görə, bu proses həm könüllü, həm də məcburi şəkildə aparılır. «Fizik və ya hüquqi şəxs borclarını qaytara bilmədiyi halda, yəni borclarının məbləği onun xalis aktivlərinin 10%-ni keçirsə, məhkəmə ya müflisləşmə prosesinin başlanması, ya da sanasiya prosesinin (şirkətin «sağlamlaşdırılması») həyata keçirilməsi haqda qərar çıxarır», - A.Babayev bildirir.

Bank kreditlərilə bağlı vəziyyət

Ölkə miqyasında vəziyyətə nəzər yetirsək, bizdə borcların qaytarılmaması ilə bağlı ciddi problemin olmadığını görərik. Şirkətlərin borcları qaytarmaqla bağlı problemi yarandıqda, adətən bu pul qıtlığı və ya dövrün qeyri-stabilliyilə deyil, sadəcə onların kreditorları qarşısında öhdəliklərə qarşı adi məsuliyyətin olmaması ilə bağlı olur. Belə vəziyyətdə ən normal çıxış yolu məhkəməyə müraciət etməkdir. Amma yadda saxlamaq lazımdır ki, Azərbaycanda iddianın ümumi müddəti 10 il təşkil edir. Həmçinin mütəmadi olaraq yerinə yetirilməli olan müqavilələr üzrə iddia müddəti 3 il, əgər müqavilə predmeti daşınmaz əmlakdırsa, müddət 6 il olur.

Bank bazarından danışarkən Oqtay Məhərrəmov qeyd edir ki, bank kreditlərinin qaytarılması ilə bağlı ən aktual məsələlər keyfiyyətsiz həyata keçirilən anderraytinq və kredit verilərkən risklərin düzgün müəyyən edilməməsidir. Həmçinin cavabdeh şəxsin məhkəmə prosesini qəsdlə uzatması da bura aiddir.

«Çox vaxt təşkilat krediti verərkən heç də həmişə qoyulan girovun verilən məbləğə uyğunluğunu düzgün dəyərləndirmir. Bu da ona görə baş verir ki, girovun (torpaq sahəsi, daşınmaz əmlak və s.) bazar qiyməti, məsələn, 10 min manat olduğu halda, dələduzluq yolu ilə onun qiyməti 100 minə qaldırılır; müvafiq olaraq da kredit təqribən 50 min manat məbləğində ayrılır. Sonradan mübahisəli vəziyyət zamanı kreditor məhkəmə yolu ilə cavabdeh şəxsdən bu vəsaitləri almağa çalışarkən məlum olur ki, girov verilən kreditin heç yarısını belə ödəmir, borclu şəxsin isə ödəməyə pulu yoxdur, ya da ki o, tam qanuni əsaslarla məhkəmə prosesini uzatmağa başlayır.

Təcrübədə qanunvericiliyin bu məsələlərdə mükəmməl olmaması və onun tətbiqi zamanı, xüsusən də qərarların icrası prosesində qüsurların mövcudluğu bankların 5-6 il ərzində pullarını geri ala bilməməsinə səbəb olur. Beləliklə, məhkəmə və icra vasitələri hər şeyi həll edən «sehrli çubuq» deyil. Buna görə də kreditorlar ilk növbədə kreditlərin anderraytinqi və risklərin dəyərləndirilməsi üzrə daxili prosedurları təkmilləşdirməlidirlər», - deyə mütəxəssis bildirir.

Son olaraq onu demək lazımdır ki, kreditdən istifadə etmədən satışı və ya istehsalatı artırmaq mümkün deyil. Digər tərəfdən, borcların artması istehsalatın normal prosesini ləngidə bilər ki, bu da debitor borcunun satılmasına və ya yuxarıda göstərildiyi kimi məhkəməyə üz tutmağa gətirib çıxara bilər. Belə vəziyyətdə kredit borcu və onun praktik təminatı arasında düşünülmüş balans inkişafın optimal üsulu hesab olunur.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.