az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Xalis kapital axını azalır

06.02.2012 | Musa Xəlilov

2010-cu il dekabrın 31-dək Azərbaycandan xaricə 5,79 milyard dollar məbləğində kapital çıxarılıb. Bu göstərici Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) (CIA World Factbook) rəsmi məlumatlarında yer alıb. Ölkədən kapital axınının əsas forması xaricdə sərmayə yatırımıdır və CIA World Factbook hesabatına görə, dünya ölkələri retinqində Azərbaycan 58-ci yeri tutur. Ümumiyyətlə, «kapital axını» dedikdə bu və ya digər ölkə (bu halda Azərbaycanın) rezidentinin xaricdə yatırdığı sərmayələrin məbləği nəzərdə tutulur. Bu göstərici nəinki şirkətlərin, həmçinin vətəndaşların yatırımlarını və xaricdə müxtəlif aktivlərin alınmasını nəzərdə tutur.

İlk baxışdan Azərbaycandan kapital axınının məbləği çox böyük görünə bilər. 2009-cu ilin sonunda onun məbləgi 5,558 milyard dollar olduğu üçün demək olar ki, hər il ölkədən xaricə 232 milyon dollar çıxarılıb. Amma müqayisə göstərir ki, qonşu ölkələrdə kapital axını bizdəkindən daha dinamik baş verir. Məsələn, qonşu ölkələrdən ən sürətli kapital axını Rusiyada baş verir. Bu ölkə 274,6 milyard dollarla MKİ-nin reytinqində 17-ci yeri tutub. Maraqlıdır ki, Tacikistan 45-ci (18,5 milyard dollar), Türkiyə 46-cı (16,88 milyard dollar), Qazaxıstan isə 50-ci yerdə qərarlaşıb (13,76 milyard dollar).

Düzdür, bir qədər fərqli göstəriciləri xarici tədqiqatçılar tərəfindən tez-tez istifadə olunan İndex Mundi portalı gətirir. Onun məlumatlarına görə, 2010-cu ildə Azərbaycandan xarici xalis kapital axını 408,5 milyon dollar təşkil edib. Eyni zamanda portalın hesablamalarına görə, adətən ÜDM-yə nisbətdə faizlə hesablanan xalis kapital axını (Foreign direct investment, net outflows) Azərbaycanda getdikcə azalır (Cədvəl 1).

Cədvəl 1.

Hesabat ili    ÜDM-yə faizlə nisbətdə xalis kapital axını ÜDM-dən çıxış edərək xalis kapital axınının məbləği* (milyard dollar)
2008 1,2% 1,08
2009 0,76% 0,69
2010 0,45% 0,408

* Burada ÜDM alıcılıq qabiliyyətinin pariteti üzrə hesablanıb.

Yeni İqtisadi Assosiasiya portalının məlumatlarına görə (http://econorus.org), MDB ölkələrində kapital axını hələ 2008-ci ildə başlayıb. Belə ki, 1997-1998-ci illərdəki böhrandan sonra özlərinə gələn MDB ölkələri 2001-ci ildən etibarən xarici kapitalın netto-alıcılarına çevrildilər ki, həmin kapital 2007-ci ildə ən yüksək həddə çatdı. Bundan sonra yaranan qlobal böhranın təsiri altında 2008-ci ildə MDB ölkələrinin iqtisadiyyatı xeyli kapital axını dövrünü yaşadı ki, bu da 2010-cu ilədək davam etdi.

Mərkəzi Bankın rəsmi statistikasına görə, Azərbaycanda xalis kapital axını ödəmə balansının «digər sərmayələr» müddəasında yer alır. Balansın bu müddəasına qısamüddətli və uzunmüddətli borc kapitalı, həmçinin ödəmə balansının cari hesabı üzrə ödəmə hesablarında vəsaitlərin hərəkəti daxildir.

Belə ki, məhsul ixracına görə ödənişlər kommersiya banklarının xarici aktivlərinin artımının ödəmə balansında əks olunur ki, bunlar da ödəmə balansında «mənfi» işarəsilə qeydə alınır. Burada birbaşa xarici sərmayələrə üç komponent daxildir: kapital bazarına (və digər aktivlərə) yatırım, gəlirin yenidən sərmayəsi, həmçinin şirkət daxilində vəsaitlərin bir ölkədən digərinə yatırılması.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən hazırlanan maliyyə stabilliyi üzrə icmal hesabatına görə, 2010-cu ildə xaricə xalis birbaşa yatırımların məbləği 232 milyon dollara çatıb  (MKİ-nin göstəricilərilə üst-üstə düşür). Amma eyni zamanda yatırılmış sərmayələrin repatriasiyasının həcmi 2,786 milyard dollar təşkil edib. Amma təəssüf ki, Azərbaycanın Mərkəzi Bankı kapital axını barədə daha təfərrüatlı məlumat vermir.

Hər bir halda hazırda bu və ya digər ölkədən kapital axını normal hadisə kimi qəbul olunur. Davam etməkdə olan qlobal böhran və xüsusən də Avropada borc böhranı ilə əlaqədar dünyanın işgüzar mərkəzləri kapital yığırlar. Sabit İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayevin hesablamalarına görə, Azərbaycandan kapital əsasən iki kanal vasitəsilə çıxarılır. Bir tərəfdən kapital ölkədən özəl şirkətlər vasitəsilə, digər tərəfdən isə neft-qaz sektoruna yatırım etmiş xarici şirkətlər xəttilə əldə edilən gəlir şəklində çıxır. Onun sözlərinə görə, qlobal böhranla bağlı olaraq xarici şirkətlərə öz ölkələrində döviyyə üçün vəsaitlər lazımdır və onlar da vəsaitləri Azərbaycandan aparırlar. Ekspert hesab edir ki, Azərbaycandan çıxarılan kapitalın həcmini elə də böyük hesab etmək olmaz.

Hamı belə bir fikri dəstəkləyir ki, fiziki şəxslərin kapital, həmçinin səhm bazarına yatırımını artırmaq lazımdır. Müxtəlif hesablamalara görə,

Azərbaycanda pul kütləsinin 60%-i əhalinin əlində cəmlənib, halbuki aparıcı ölkələrdə bu göstərici 5% təşkil edir. Belə vəziyyət yerli rezidentlərin portfel yatırımlarını çətinləşdirir. Buna görə də vətəndaşların portfel yatırımlarında iştirakını stimullaşdırmaq üçün lazımi tədbirlər görmək lazımdır.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.