az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Mobil bankçılıq

03.02.2012 | Rəşad Məmmədov

Cəmi bir neçə il bundan əvvəl maliyyə dairələrində ən çox müzakirə olunan mövzulardan biri internet bankçılıq idi. Amma hazırda bu xidmətin adiləşdiyi bar vaxtda adama elə gəlir ki, yerli bank xidmətləri istifadəçilərini heç nə ilə təəccübləndirmək olmaz.

Amma texniki proqres yerində dayanmır. Tendensiya tədricən bank əməliyyatlarının mobil telefon vasitəsilə yerinə yetirilməsinə yönəlir ki, bu da mobil bankçılıq adlanır.

Telefon ekranında bank əməliyyatları

Dünyanın istənilən nöqtəsindən hesabın idarə edilməsi rahatlığı ilə yanaşı, belə xidmət həm də günün istənilən vaxtında çevik qərarlar qəbul etməkdə də faydalı ola bilər. Deyək ki, məsələn, siz təcili şəkildə depoziti bağlamaq və sonradan nağdlaşdırmaq üçün bank kartına vəsait köçürmək üçün mobil bankçılıqdan istifadə edə bilərsiniz.

Mobil bankçılıq günün istənilən vaxtında onlayn rejimdə hesabdakı balansı yoxlamağa, hesab üzrə əməliyyatlar haqqında hesabatlar hazırlamağa, elektrik enerjisinə, mobil və ev telefonuna, internetə görə ödənişlər etməyə, kartdan karta pul vəsaitləri köçürməyə, elektron aviabileti ödəməyə, hər əməliyyat (hesabdan pulun çıxarılması və ya hesaba pulun köçürülməsi) barədə SMS almağa imkan verir. Hazırda ölkədə mobil bankçılıq xidmətlərini Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, AGBank, AtaBank, Bank of Azerbaijan, Bank Standard, Nikoil Bank, Xalq Bank və digər banklar göstərir.

Avropa ölkələrində bu xidmətin kifayət qədər inkişaf etməsinə baxmayaraq, bizim ölkədə bu xidmət hələ ki geniş miqyasa malik deyil. Ola bilər ki, bu onunla bağlıdır ki, bu mərhələdə Azərbaycan banklarının müştəriləri hələ də yeni texnologiyalara tam inanmır və bank əməliyyatlarını bankla getməklə adi yolla həll edirlər. Elə bu səbəbdən ölkədə qeyri-nağd pul əməliyyatları ilkin formalaşma mərhələsindədir.

AzeriCard prosessinq mərkəzinin biznesin inkişafı üzrə direktoru Cahangir Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda bu bazarın inkişafının əsas stimullaşdırıcı amili bu istiqamətdə həyata keçirilən dövlət proqramlarıdır. «Hazırda plastik kartlardan istifadə etməklə Mobil Bank, SMS-Notification, E-commerce, İnternet Banking kimi yeni xidmətlər tətbiq edilir. Ölkədə plastik kartlar bazarı zəif inkişaf edir. Bu da əhalinin kifayət qədər məlumatsızlığı və ticarət məntəqələrinin ödənişi POS-terminal vasitəsilə etməkdə maraqlı olmaması ilə bağlıdır», - deyə C.Məmmədov bildirir.

Biznes və dövlətin birliyi

Qeyri-nağd hesablaşmalar bazarının inkişafında əsas fəaliyyət istiqamətlərini müəyyən etmək üçün Mərkəzi Bank Milli Sahibkarlar Konfederasiyası, Azərbaycan Bankları Assosiasiyası, bank sektorunun nümayəndələrilə müşavirə keçirib. Tədbir zamanı bildirilmişdir ki, Mərkəzi Bank, müvafiq strukturlar infrastrukturu inkişaf etdirmək üçün fəal iş aparmalıdır. Çünki bu, vergiyə cəlbetmə bazasını genişləndirəcək, bank sektorunun sərmayə potensialını artıracaq və əhaliyə təhlükəsiz və rahat ödəniş imkanı yaradacaq.

Amma bu istiqamətdə yalnız dövlətin səyləri kifayət deyil: qeyri-nağd hesablaşmalar üzrə əməliyyatları təşviq etməyin vacibliyini bazar iştirakçıları da yaxşı başa düşməlidirlər. Banklar stimullaşdırıcı tədbirlər həyata keçirməli, texnoloji infrastrukturu genişləndirməlidirlər. Amma bununla da kifayətlənmək olmaz. Bu istiqamətdə müəyyən irəliləliyşlər var.

Xidmətə maraq göstərmək

Ötən ilin sonunda mobil bankçılıq xidmətləri sahəsinin birbaşa iştirakçısı olan AzeriCard prosessinq mərkəzi mobil bankçılıq xidmətinin yeni versiyasını təqdim edib. Bu versiya bir sıra üstünlüklərə, həmçinin sadə qoşulma üsuluna malikdir. Yəni abonent olmaq üçün SİM-kartı dəyişməyə və banka müraciət etməyə ehtiyac yoxdur. Sadəcə müvafiq parolları götürmək və İnternetdən proqramı yükləmək kifayətdir. Yeni versiyanın daha bir üstünlüyü odur ki, bu xidmət nəinki Azərbaycanın mobil operatorlarının, həm də digər ölkə operatorlarının abonentləri üçün açıqdır.

Bu xidməti həyata keçirən şirkətlərin, daha dəqiq desək, mobil rabitə operatorlarının fəallaşmasına gəldikdə isə qeyd etmək lazımdır ki, Bakcell şirkəti əhali arasında mobil bankçılıq xidmətlərinə marağın olub olmaması ilə bağlı araşdırmalara başlayıb. «Əldə edilən nəticələrə uyğun olaraq şirkət bu xidməti özünün inkişaf strategiyasına əlavə edəcək. Hazırda biz bu xidmətin tətbiqilə əlaqədar bir sıra banklarla əməkdaşlıq edirik və gələcəkdə onu genişləndirmək niyyətimiz var», - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer qeyd edir.

Cibə yerləşən bank

Beləliklə, adi mobil telefon vasitəsilə bank xidmətlərinə çıxış müasir bank işində maraqlı xidmətlərdən biridir. Onun inkişafı Azərbaycanda mobil kommersiya üzrə layihələrin daha geniş istifadəsi üçün yaxşı zəmin yaradacaq. İstehlakçılar isə bank hesablarına daxil olmaq üçün rahat üsuldan istifadə edə biləcəklər. Başqa sözlə desək, hər şey ona doğru gedir ki, müştərilərin cibində öz bankları olacaq. Bu xidmətin qiymətləri cədvəldə göstərilib.

Bank Komisyon haqqı, AZN
AG Bank 12/il
Ata Bank 12/il
Bank Respublika 10/il
Nikoyl Bank 10/il
Xalq Bank 10/il


 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.