az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Daşınmaz əmlakın sığortalanması: aktual risklərdən müdafiə

26.01.2012 | Rəşad Məmmədov

Daşınmaz əmlakın sığortalanması Qərb ölkələri vətəndaşlarının çoxları üçün artıq həyat normasına çevrilib. Əlbəttə, Azərbaycan ABŞ deyil. Açıq mənbələrdəki məlumatlara görə, orada mülkiyyət sahiblərinin təqribən 95%-i könüllü olaraq daşınmaz əmlakının sığortalanması ilə bağlı müqavilə bağlayır. Bundan əlavə, Amerikaya çatmaq məsələsi də gündəmdə deyil. Amma sığortanın bu növü tədricən ölkədə yeni mərhələyə qədəm qoyur ki, bu da «Məcburi sığorta növləri haqqında» qanunun qəbulu ilə şərtlənir. Daşınmaz əmlakın illik sığortalanması da bu qanunda əksini tapır. Dövlət sığorta nəzarəti komitəsi nümayəndələrinin fikrincə, bu, cəmiyyətin könüllü sığortanın bu növünə də diqqəti artıracaq.

Hazırki meyillərə gəldikdə isə rəsmi məlumatlara görə, 2011-ci ilin birinci yarısında Azərbaycanın sığorta şirkətlərinin Non-life sığorta üzrə mükafatları 58,175 milyon manat təşkil edib, ödənişlər isə 18,465 milyon manata bərabər olub. Həyatla bağlı olmayan sığorta həcmlərinin strukturunda məhz əmlakın sığortalanması böyük yer tutur. Hesabat dövründə 34,263 milyon mükafat yığılıb, 10,393 milyon manat ödəniş edilib.

Hansı risklərdən qorunaq?

Adətən sığorta şirkətləri müştəriyə ona mülkiyyət hüququ əsasında məxsus olan əmlakın zərərdən və ya onun itirilməsindən sığorta olunmağı təklif edir. İlk vaxtlarda bazar iştirakçıları yaşayış evləri, bağ evləri, mənzillərin sığortasını həyata keçirirdilər, sonralar isə onlar ofislərə, anbarlara və digər iş obyektlərinə keçdilər. Müştərinin istəyilə sığorta şirkəti sənədə həmçinin mebel və digər məişət əşyalarını da əlavə edə bilər.

Hazırki dövrdə əsas risklər sırasına yanğın, partlayış, təbii fəlakətlər (ildırım, fırtına, sürüşmə, daşqın və s.), su, kanalizasiya, istilik və yanğın əleyhinə sistemlərin sıradan çıxması ilə dəyən ziyan, üçüncü şəxslərin qanuna zidd hərəkətləri (oğurluq və soyğun) və s. hadisələr aiddir.

Sığorta neçəyə başa gəlir?

Sığorta tarifləri elə də yüksək deyil. Onların məbləği sığorta olunan obyektin bazar qiymətinin ildə 0,2-0,4% həcmində olur. Məsələn, 50 min manat qiyməti olan mənzilin elə həmin dəyərdə sığortası ildə 100-200 manat təşkil edəcək. Amma sığorta olunan obyektin qiyməti yüksək olduqda 0,1%-lik fərq belə hiss olunacaq artıma səbəb olur.

Konkret sığorta polisi «orta statistik» sığorta polisindən ucuz (baha) ola bilər. Bu, hansı elementlərin müqaviləyə salınıb salınmamasından asılıdır.
Ucuz sığorta çox güman ki, xeyli sayda qeydlər nəzərdə tutur ki, bu da ziyanın ödənilməsini təmin edə biləcək hadisələrin sayını azaldır. Məsələn, sığorta polisi (yerli sığorta şirkətlərinin əksəriyyəti bunu nəzərdə tutur) franşiza şərtlərini nəzərdə tuta bilər. «Sığorta şirkəti tərəfindən ödənilməsi nəzərdə tutulmayan zərər franşiza adlanır. Bu məbləğ müştəriyə verilməli olan sığorta ödənişinin ümumi məbləği hesablanarkən ümumi ödənişdən çıxılır», - deyə AXA MBASK şirkətinin sığorta ödənişləri üzrə departament rəhbərinin müavini Elman İmranov bildirir.

Müqaviləni sərfəli şərtlərlə də bağlamaq mümkündür. Bunun üçün sənəddə göstərilən bütün xoşagəlməzliklərdən deyil, yalnız daha çox ehtimal olunan risklərdən sığortalanmaq lazımdır. Bundan əlavə, Azərbaycanın sığorta şirkətlərinin əksəriyyəti daimi (ən azı ikinci dəfə müraciət edənlərə) və ziyan verməyən müştərilərə baza tariflərində xüsusi güzəştlər edirlər.

Məsələn, əgər əvvəlki ziyansız sığorta müddətindən sonra yeni müddətə müqavilə bağlandıqda Azal Sığorta şirkətinin müştərisi 10%-lik güzəşt əldə edir. Bir neçə ziyansız sığorta illəri ərzində sığorta polisinin məbləği 20%-ə qədər azala bilər. Həmçinin sığorta şirkətlərinin müştəriləri eyni zamanda bir neçə obyekt – bağ evi, mənzil, avtomobil və s. sığorta etdikdə 5-10%-lik güzəşt əldə edə bilərlər.

Sığorta şirkətini seçərkən nəyə diqqət yetirməli?

Daşınmaz əmlakın sığortası seqmentində şirkətlər arasında rəqabətə gəldikdə isə bu məsələ nadir hallarda qiymətlə bağlı olur. Çünki bütün şirkətlərin sığorta tarifləri yuxarıda göstəriləndən artıq olmur. Bəs Azərbaycanda mövcud olan 30 sığorta şirkətindən hansında daşınmaz əmlakı sığortalamaq olar?

Bu halda sığorta şirkətinin maliyyə bazarının digər iştirakçıları ilə əlaqəsi (məsələn, Ata Sığorta-nın Ata Bank, Standart İnsurance-in Standart Bank-la), bu və ya digər şirkətlə əməkdaşlıq təcrübəsi yaxud biznes üzrə tərəfdaşın məsləhətləri böyük rol oynayır. Qeyd etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən 30 şirkətdən yalnız 19-nun kapitalı gələcək illərin minimum tələblərini üstələyir (2012 – 3 milyon, 2013 – 5 milyon manat). Yeni ildə kifayət qədər kapitallaşmayan şirkətlərin problemi aktivlərin birləşdirilməsi yolu ilə həll edilə bilər ki, bu da bazar iştirakçılarının sayının azalmasına gətirib çıxaracaq. Bunu nəzərə alaraq sığorta şirkətini seçərkən peşəkarlar eyni dərəcədə vacib olan parametrləri nəzərə almağı tövsiyə edirlər. Bura maliyyə göstəriciləri, bazarda sabit fəaliyyəti və s. aid etmək olar.

«İlk növbədə sığorta şirkətinin Azərbaycan bazarında mövcud olduğu dövrə, bu sahədə tutduğu yerə diqqət yetirmək lazımdır. Həmçinin təklif edilən sığorta xidmətlərinin çeşidi, şirkətin iş keyfiyyəti (sığorta halları zamanı ödənişlərin nə qədər operativ verilməsi) və müştərilərin xidmət səviyyəsilə tanış olmaq gərəkdir», - deyə AXA MBASK şirkətinin nümayəndəsi Elman İmranov fikirlərilə bölüşür.
Eyni zamanda şirkətin ictimai fəallığı – onun mətbuatda adının nə qədər tez-tez çəkilməsilə də maraqlanmaq lazımdır. Çünki hesab olunur ki, mətbuat nümayəndələrilə fəal ünsiyyət şirkətin müsbət imicini formalaşdıran əsas şəffaflıq göstəricilərindən biridir.

Tarif faizi: hər şeyə təsir edir

Aşağıda göstərilən cədvəldə siz yerli şirkətlərin yaşayış sahəsinin könüllü sığortası üzrə təqribi tarifləri, həmçinin onların təqdim etdiyi güzəşt proqramı ilə tanış ola bilərsiniz. Burada sığorta obyekti qismində ümumi qiyməti 50 min manat olan orta mərtəbələrdə mənzil, şəhərin yaşayış sahələrində yerləşən köhnə evlər çıxış edir. Fikir verin ki, əgər siz mənzildəki əşyaları da sığortalamaq istəsəniz və ya sığorta paketindən, sizin fikrinizcə, aktual olmayan riskləri çıxartsanız, şirkətlərin tarifləri yuxarı və ya aşağıya doğru dəyişir.

Sığorta şirkəti Aktual risklərin sığortası üzrə təqribi qiymət, faizlə, mənzilin bazar qiyməti əsasında Sığorta şirkətinə təkrar müraciət etdikdə güzəşt
Amrah Sığorta 0,4 10-20%
A-Group Sığorta şirkəti 0,25 5-15%
Ata Sığorta 0,3 5-10%
AXA MBASK 0,3-0,35 5%
Başak-İnam Sığorta Şirkəti 0,2-0,3 5-10%
Paşa Sığorta 0,2-0,3 5%
Qarant Sığorta 0,3 5-10%
Rəvan Sığorta 0,35 5-10%
Standard İnsurance 0,3 5-10%
Xalq Sığorta 0,3 5-10%


 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.