az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Kiçik sahibkarlıq ÜDM-nin yalnız 9,2%-ni istehsal edir

24.01.2012 | Musa Xəlilov

Bütün dünyada sahibkarların əksər hissəsi məhz kiçik biznesdə fəaliyyət göstərir ki, Azərbaycan da bu baxımdan istisna deyil. 2010-cu ildə ölkədə iqtisadiyyatın bütün sahələri üzrə kiçik biznesin 207120 subyekti fəaliyyət göstərirdi. Həmin vaxt onlar respublikada qeydiyyata alınan vergiödəyicilərin 60%-ni təşkil edirdilər.

Belə subyektlər əsasən fərdi sahibkarlar (fiziki şəxslər) kimi işləyirdilər. Onların sayı 2010-cu ildə 192588-ə çatırdı. Dövlət statistika komitəsinin məlumatlarına görə, bir il ərzində ölkədə kiçik biznes subyektləri 3,885 milyard dollar həcmində məhsul istehsal ediblər. Yəni kiçik sahibkarlıq ÜDM-nin yalnız 9,2%-ni istehsal edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 50-60%-ə çatır.

Kiçik biznesdə istehsalatın zəif inkişaf etməsi bütün postsovet ölkələrinin ümumi problemidir. Belə ki, Rusiyada kiçik sahibkarlıq subyektlərinin ÜDM-də payı 10-12% təşkil edir.

Kiçik biznes tikinti sahəsində daha məhsuldardır

Azərbaycanda kiçik biznesin orta statistik subyekti hər il 18,518 min manat, fərdi sahibkarlar isə 10,688 min manat həcmində məhsul istehsal edir. Rəsmi qurumlar kiçik sahibkarlığın fəaliyyətilə bağlı ictimaiyyətə təfərrüatlı açıqlama verərkən adətən təqribən 10 alt sektor üzrə informasiya təqdim edirlər. Bu məlumatların təhlili göstərir ki, Azərbaycanda kiçik biznes daha çox tikinti sahəsində məhsuldar çalışır.

DSK-nın məlumatlarına əsasən, 2010-cu ildə tikinti sahəsində ümumən 1534 kiçik sahibkar fəaliyyət göstərir. Onlar 807,7 milyon manat məbləğində məhsul istehsal edirlər. 2009-cu illə müqayisədə 2010-cu ildə istehsal həcmində sürətli artım baş verib. Belə ki, 2010-cu ildə hər kiçik sahibkar 525,53 min manat məbləğində məhsul istehsal edib ki, bu da 2009-cu illə müqayisədə 3,5 dəfə çoxdur (həmin vaxt göstərici 148,24 min manat səviyyəsində olub). Bu onunla bağlı ola bilər ki, istehsalatın böyük həcmləri fonunda ölkədə kiçik biznes nümayəndələrinin sayı azdır.

Kiçik biznesdə məhsuldarlığa görə ikinci pillədə informasiya və rabitə sahəsindəki xidmətlər dayanır. Maraqlıdır ki, tikintidən fərqli olaraq 2010-cu ildə bu sahədə məhsuldarlıq 14% azalıb. Belə ki, 2010-cu ildə bu sahədə fəaliyyət göstərən kiçik biznesin məhsuldarlığı ildə 89,07 min manat olub ki, bu rəqəm 2009-cu ildə 102,51 min manata bərabər idi. Ümumən rabitə və informasiya sahəsində 183 kiçik sahibkar çalışır ki, onlar 2010-cu ildə 16,7 milyon manat məbləğində məhsul istehsal ediblər.

Məhsuldarlığa görə üçüncü pillədə sənaye durur. Son illər bu sahədə məhsuldarlığın sabit artımı müşahidə olunur. 2010-cu ildə bu göstərici kiçik biznesin hər subyekti üçün 83,79 min manat, 2009-cu ildə isə 79,83 min manat təşkil edib. DSK-nın məlumatlarına əsasən, sənaye sektorunda kiçik biznesin 4616 subyekti fəaliyyət göstərir. Onlar 2010-cu ildə 386,8 milyon manat məbləğində məhsul istehsal ediblər.

Kiçik sahibkarlar ən az təhsil sahəsində fəaliyyət göstərirlər

İlk üç sahə ilə müqayisədə digər alt sahələrdə məhsuldarlıq ən azı 3,5 dəfə aşağıdır. Belə ki, dördüncü pillədə nəqliyyat və anbar təsərrüfatı dayanır ki, 2010-cu ildə kiçik biznesin hər subyekti üçün məhsuldarlıq 22,07 min manat təşkil edib. Bu sahədə ümumən kiçik biznesin 22.148 subyekti fəaliyyət göstərir. 2010-cu ildə onlar 489 milyon manat məbləğində məhsul istehsal ediblər.

Əhaliyə sosial xidmət sahəsində məhsuldarlıq 19,69 min manat təşkil edir. Burada kiçik biznesin 198 subyekti fəaliyyət göstərir ki, onların 2010-cu ildə istehsal etdikləri məhsulun həcmi 3,9 milyon manat olub. Altıncı pillədə təhsil sahəsi qərarlaşıb. Bu sahədə məhsuldarlıq 18,51 min manat təşkil edir. Bu sahə yuxarıda göstərilən və 2010-cu ildə 2 milyon manat məbləğində xidmət göstərən 10 alt sektordan kiçik biznesin ən az fəaliyyət göstərdiyi sahədir (108 subyekt).

Aşağı məhsuldarlığa baxmayaraq, kiçik biznes hər bir halda iqtisadiyyata dinamika verir və böyük biznesin az səmərəli ola biləcəyi sahələrdə məhsuldarlıq nümayiş etdirir. İqtisadçı ekspert Elşən Musayev hesab edir ki, ümumqəbul edilmiş təcrübəyə görə, inkişaf etməkdə olan iqtisadi artım iki istiqamət üzrə baş verir. Birinci istiqamət sənayenin inkişafı, ikinci isə kiçik və orta sahibkarlığın inkişafıdır.

Azərbaycanda kiçik biznesdə məhsuldarlığın artırılmasına yönələn bəzi qanunverici aktlar tətbiq edilir. Bunlardan biri də 1999-ci il iyunun 4-də qüvvəyə minən «Kiçik sahibkarlığa dövlət yardımı haqqında» Qanundur. Amma bu qanunverici aktlar lazımi səviyyədə icra olunmur.
Belə ki, Qanunun 13.1-ci maddəsinə əsasən, icra hakimiyyətinin müvafiq orqanları dövlət məqsədləri üçün məhsul istehsalı, tədbirlərin həyata keçirilməsi və xidmətlərin göstərilməsi üzrə sifarişlərin ən az 15%-ni kiçik sahibkarlığın subyektlərinə vermək məqsədilə tədbirlər həyata keçirməlidirlər. Əgər kiçik biznesə yardım üzrə qanunvericilik lazımi səviyyədə həyata keçirilsə, bu, həmin sahənin inkişafı üçün xeyli təkan ola bilər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.