az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

“Avroviziya” müsabiqəsi qiymətlərin qalxmasına səbəb olacaq

17.01.2012 | Musa Xəlilov

Gələn ilin may ayında Bakı şəhərində, Avropanın ən vacib musiqi hadisəsi olan “Avroviziya” mahnı müsabiqəsi keçiriləcək. Tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına təxminən 100 000 nəfər əcnəbinin gələcəyi gözlənilir, bu isə tədbirin keçiriləcəyi müddətdə şəhər iqtisadiyyatının üzərinə əlavə “istehlak yükünün” düşəcəyini bildirir. Xüsusən, Bakı şəhərində yaşayış yerlərinə, ərzaq və qeyri-ərzaq mallarına tələbat artacaq.   

Doğrudur, bəzi ekspertlər hesab edirlər ki, “Avroviziya” müsabiqəsində iştirak etmək üçün Bakıya gələcək insan axını qiymətlərin artması üçün səbəb ola bilməz. Davamlı inkişaf araşdırmaları mərkəzinin sədri Nəriman Ağayevin fikrincə, Bakı şəhərində musiqi müsabiqəsinin keçirilməsi paytaxtın istehlak bazarında əhəmiyyətli qiymət dəyişikliklərinə gətirib çıxarmayacaq. «Azərbaycan əlavə 200-300 min nəfərlik istehlakçı kütləsinin qidaya və yaşayış yerinə olan tələbatlarını qəbul etmək və qısa müddət ərzində yerinə yetirmək iqtidarındadır. Gözlənilən turist axını isə o qədər də böyük deyil ki, bütünlüklə şəhər miqyasında istehlak qiymətlərinə təsir göstərsin».

Yeni qiymət səviyyəsinin təyin olunması

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov “Avroviziya” müsabiqəsinin qısamüddətli tədbir olduğunu nəzərə almağı tövsiyyə edir. «Bununla belə, bəzi məhsullara, xüsusən xidmət sahələrinə tələbatın artması müşahidə olunacaq». Ekspertin fikrincə, tələbat artımı bazara birmənalı şəkildə təsir göstərəcək.  «Buna görə də “Avroviziya” müsabiqəsinin keçiriləcəyi dövrdə mehmanxanalarda və restoranlarda qiymətlərin, eləcə də bəzi istehlak məhsullarının qiymətlərinin artması ehtimal olunur. İstehlak bazarının bu seqmentləri üzrə 15% səviyyəsində orta qiymət artımı gözlənilir».

Bundan əlavə, Mərkəzin rəhbəri bildirdi ki, mövcud təcrübəyə əsasən, qiymətlər artıqdan sonra elə həmin səviyyədə də qalmaqda davam edir. «Məsələn, bayramlar zamanı qiymətlər artır, amma bayram başa çatandan sonra ucuzlaşma baş vermir. Buna görə də, əgər “Avroviziya” müsabiqəsi dövründə istehlak bazarında qiymətlər artarsa, bundan sonra həmin qiymətlər bir daha aşağı düşməyəcək. Doğrudur, çox güman ki, bəzi amillərin təsirindən mehmanxana qiymətləri ucuzlaşa bilər».

Davamlı inkişaf araşdırmaları mərkəzinin ekspertlərinin fikrincə, əgər söhbət insan amilindən gedirsə, o halda ölkənin istehlak bazarında qiymət artımının əsas təkanverici qüvvəsi, dərəcəlilik baxımından, inhisarçılıq hesab olunur. Bu zaman istehlak qiymətlərinin artımına ümumi inflyasiya prosesləri də əhəmiyyətli təsir göstərir. İdxal olunan mallar bazarında qiymətlər, qiymət dəyişiklikləri üzrə ümumdünya tendensiyasının, eləcə də milli valyuta kursundakı dəyişikliklərin təsirinə məruz qalır.   Amma əgər söhbət təbii amillərdən gedirsə, o halda qiymətlərə mövsümi şərait də təsir göstərir. Məlum olduğu kimi, idxal olunan ərzaq məhsulları kənd təsərrüfatı məhsulları bazarında üstün mövqe tutur, buna görə də milli valyuta kursundakı dəyişikliklər həmin seqmentdə qiymətlərə ciddi təsir göstərəcək.     

Turistlərin iqtisadiyyata verəcəyi töhfələr

Məlumatlandırma məqsədi ilə qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının “Azərbaycanda turizmin inkişafı” adlı İnkişaf poqramı (BMT-nin İnkişaf proqramı) layihəsi çərçivəsində Business Insight International Research GROUP şirkəti tərəfindən keçirilən “Əcnəbi vətəndaşların Azərbaycan haqqında təəssüratlarının öyrənilməsinə dair hesabat” adlı sosioloji tədqiqata əsasən, hər bir turist Azərbaycanda orta hesabla 893 manat (təxminən 1100 dollar) xərcləyir. Ölkəmizə gələn qonaqların burada orta hesabla 10 gün qaldığını nəzərə alsaq, belə çıxır ki, orta statistik turist ölkəmizdə hər gün 96 manat (təxminən 120 dollar) xərcləyir.

Beləliklə, əgər ölkəmizə gələcək turistlərin sayını təxminən 100 000 nəfər götürsək, deməli, onlar hər gün istehlak bazarını 9,6 milyon manat həcmində “yükləyəcəklər”. Eyni zamanda, Dövlət statistika komitəsinin (DSK) məlumatlarına əsasən, 2010-cu ildə Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi və əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 18,404 milyard manata çatıb. Deməli, hər gün ölkəmizdə istehlakçılar 50,42 milyon manat məbləğində vəsait xərcləyir.

“Avroviziya” müsabiqəsində iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqların istehlak xərcləri ölkənin “istehlak büdcəsini” 19% artıracaq. Bu “yükün” istehlak bazarını nə dərəcədə dolduracağını demək çətindir. Amma bu cür əlamətdar hadisə naminə qısamüddətli qiymət artımı ilə barışmaq olar.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.