az / ru
 
     
 
Ana səhifə > İşgüzar təcrübə > Pullar

Kreditə avtomobil: müsbət və mənfi tərəfləri

12.01.2012 | Rəşad Məmmədov

Avtokreditin üstünlükləri…

Bütün növ kreditlərdə olduğu kimi avtomobil kreditinin bir böyük və şəksiz müsbət cəhəti var ki, bu da lazımi əşyanı (bu halda avtomobili) dərhal almaq və pulunu tədricən, hissə-hissə ödəməkdir. Belə hallarda kreditə görə girov avtomobil hesab olunur. Buna baxmayaraq, əvvəlcə ilkin ödəniş üçün bir qədər pul yığmaq lazım olacaq. Adətən Azərbaycan banklarında avtomobilin bazar qiymətinin 15-50% həcmində ilkin ödəniş tələb olunur. Məbləğin qalan hissəsini isə sizin yerinizə bank ödəyir. Bundan sonra siz banka borclu qalırsınız və üstəlik faiz ödəməli olursunuz.
Bundan əlavə avtokreditin cəlbedici cəhəti ondan ibarətdir ki, belə variant çoxlarına avtomobil əldə etmək fürsəti yaradır. Eyni zamanda avtokredit zamanı maşının qiyməti dəyişməz qalır. Yəni alış zamanı avtomobilin qiyməti «dondurulur» və bir neçə ildən sonra avtomobilin neçəyə olmasından asılı olmayaraq siz köhnə hesabla ödəniş edirsiniz.

… və mənfi cəhətləri

Prinsip etibarilə avtomobil almaq üçün böyük həcmdə kredit almaqla həqiqətən udmaq olar. Amma əgər bank sonradan faizləri aşağı salsa belə, ödənişi siz köhnə faizlərlə etməli olacaqsınız, çünki bu göstəricilər artıq qeydə alınmış sayılır. Bu hal avtomobil həvəskarını məyus edə bilər. Çünki avtomobilin bəxş etdiyi sevinc nəticədə böyük bir məbləğin uzun müddətə ödənilməsinə gətirib çıxaracaq.
Kreditin alınması da bu kredit sistemində heç da az əhəmiyyət kəsb etməyən mənfi cəhət sayılır. İlk növbədə bu onunla bağlıdır ki, əgər şəxsin gəlirləri bankın özünün müəyyən etdiyi səviyyəyə uyğun deyilsə, krediti almaq qeyri-mümkün olacaq.

Faiz dərəcəsi birbaşa avtokreditin şərtlərilə bağlıdır. «Əgər siz bildirsəniz ki, ilkin olaraq 40-50% ödəniş edəcək və bankla 3 il deyil, 12 ay müddətinə hesablaşacaqsınız, onda kredit mütəxəssisi krediti minimum faizlə rəsmiləşdirə bilər. Həmçinin əksinə, əgər siz ilkin olaraq avtomobilin qiymətinin 1/5-ni ödəmək və müqaviləni 3 il müddətinə bağlamaq istəyirsinizsə, çox güman ki, kredit üzrə faiz dərəcəsi yüksək olacaq», - deyə «Parabank»ın kredit şöbəsində bildirirlər.

Artıq xərclər

Krediti, məsələn, illik 15% və 3 il müddətinə aldıqda, son nəticədə, ilk baxışdan belə görünsə də, artıq ödəniş əldə edilən vəsaitlərin 45%-i həcmində olmur. Əslində artıq ödəmə 45% deyil, 24,8% təşkil edir. İzafi xərcin belə azalması ona görə baş verir ki, faizlərin həcmi hər ay cari ay üzrə borcun qalığından hesablanır. Borcun bir hissəsini ödəməklə siz hər ay üstünə faiz gələn məbləği azaldırsınız. 24,8-i 3-ə bölməklə ildə real izafi ödəməni əldə etmiş oluruq ki, bu da 8,26-ya bərabərdir.

Məsələn, Rusiyada banklar avtomobili kreditə almaq üçün ən müxtəlif proqramlar təklif edirlər. Belə proqramlar arasında fərqlər isə elə də böyük olmur: fərq əsasən faiz dərəcəsi və sığorta ödənişlərində büruzə olunur. Açıq mənbələrə görə, Rusiya banklarında minimum kredit faizləri rublla 12%, xarici valyutada 9% təşkil edir. Banklar krediti 3, 5, 7, bəzilərisə 10 il müddətinə təqdim edir. Azərbaycanda avtomobil kreditlərinin özəlliklərilə aşağıdakı cədvəldə tanış olmaq olar.

Sığorta və digər sənədlər

Adətən bankların özlərinin sığorta tərəfdaşı olur. «Kreditə götürülən avtomobilin sığortasından söhbət getdikdə müqavilə tərəfləri – sığorta şirkəti, bank və alıcı arasında üçtərəfli razılaşma yaranır. Avtokreditlə əlaqədar bank kredit alandan avtomobili sığorta etməyi tələb edir. Bundan əlavə sığortanı siz özünüzün seçdiyiniz sxem üzrə deyil, mütləq sayılan «OSAQO-KASKO» formulu ilə rəsmiləşdirməlisiniz», - deyə sığorta üzrə mütəxəssis Elman İmranov bildirir. OSAQO ilə problem olmasa da (bütün Azərbaycan sığortaçılarında qiymətlər eynidir), KASKO-da vəziyyət fərqlidir.

Əgər siz avtokreditdən istifadə etməyi qərara almısınızsa, müraciət etməzdən əvvəl bankın təklif etdiyi xidmətlərin şəffaflığına əmin olun və sizi maraqlandıran bütün suallara cavab tapmağa çalışın. Məsələn: krediti bütünlüklə vaxtından əvvəl ödəmək olarmı (əgər mümkündürsə, birbaşa və ya qiyabi cərimələr/əlavə komssiyaların olub olmamasını öyrənin); kreditin vaxtından əvvəl hamısını deyil, yarısını ödəməyin mümkünlüyü (məbləğə və ya müddətə məhdudiyyətlər varmı); hansı sığorta növləri var və kredit götürən sığorta şirkətini özü seçə bilərmi və s.
 

Bank Tərəfdaş-distribyutor % İlkin ödəmə Kreditin maksimum məbləği (AZN) Maksimal müddət, il Komissiya
Bank Respublika Subaru, Mazda, Hyunadai,Mitsubishi 14 40% Məhdudiyyətsiz* 5 1,50%
VTB Toyota, EutoStyle, Chery, Vaz, Bogdan, Xazar-Lada, Bentley, Audi, Volkswagen, Performance Center, Jaguar, Hummer 16 50% 120 000 2 2%
Bank of Baku Hyundai, KIA, Jeep, Wolksvagen, Chevrolet, Rusiya istehsalı avtomobillər 17 10-15% 50 000 5 2-3%
Parabank Rusiya istehsalı olmayan avtomobillər 17 30% 100 000  5 4%
Amrahbank Toyota 18 50% 50 000  3 məlumat yoxdur
Accessbank Yoxdur 20 50% $30 000 3 1%
Azərbaycan Sənaye Bankı Yoxdur 20 35% Məhdudiyyətsiz* 3 2,50%
Rabitəbank BMW, Mercedes, Porsche, Wolksvagen 20 30% 20 000 3 1,30%
AGBank Saba motors, Improtex 22 20-50% Məhdudiyyətsiz* 3 1%
Nikoyl bank VAZ 22 20% Məhdudiyyətsiz* 3 3,50%
Xalq bank Yoxdur 25 20-30% 60 000 4 1,10%

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək
 
+ Apteklər və əczaçılıq (203)
+ Avtomobillər (259)
+ Ayaqqabı və aksesuarlar (119)
+ Banklar və sığorta (125)
+ Daşınmaz əmlak (212)
+ Ev və ofis üçün mallar (133)
+ Geyim (274)
+ Gözəllik və sağlamlıq (190)
+ Heyvanlar və bitkilər (60)
+ Hotels (168)
+ Hüquq xidmətləri (293)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (193)
+ İnteryer əşyaları (48)
+ İşgüzar xidmətlər (271)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (178)
+ Kurslar və Təlimlər (153)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (213)
+ Mebel və interyer (236)
+ Mətbuat (168)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (149)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (158)
+ Poliqrafiya (211)
+ Reklam və ictimai əlaqələr (199)
+ Restoranlar (202)
+ Stomatologiya (106)
+ Sənaye (306)
+ Telekommunikasiya (91)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (358)
+ Tikinti, tədarük (217)
+ Topdansatış ticarəti (136)
+ Turizm və istirahət (255)
+ Təhlükəsizlik və mühafizə (96)
+ Təmir xidmətləri (90)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (75)
+ Xidmətlər (213)
+ Xüsusi avadanlıq (153)
+ Yeməklərin hazırlanması (75)
+ Ərzaq məhsulları (153)
 
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.